Bakının mərkəzində şiddət yaşanır: sakinləri zorla evlərindən çıxarırlar

Süleyman Rüstəm küçəsi 193 (köhnə 69) ünvanında yaşayan sakinlərə bu gün sözün əsl mənasında divan tutulub. Sakinlərin yaşadıqları mənzilə güc yolu ilə daxil olan tikinti şirkətinin işçiləri onların əşyalarını çölə ataraq təhqir ediblər.
Ötən gün Sputnik Azərbaycan-ın əməkdaşı hadisə yerində olub, sakinlərlə görüşmüşdü. Sakinlərin sözlərinə görə, ərazidə bina Rifah Plaza şirkəti tərəfindən tikilir. Şirkət ötən ilin dekabrından ərazidə söküntü işlərinə başlayıb. Sakinlərdən Sədaqət Hüseynovanın sözlərinə görə, onlara heç bir kompensasiya təklif edilməyib:
“Mən bu vəziyyətdə güclə uşaq saxlayıram. Ötən ilin dekabrında gətirib bura polis tökdülər. Biz polis idarəsinə zəng vurduq, dedilər xəbərimiz yoxdur. Sonra bəzi sakinləri qorxudaraq razılıq aldılar. Bəzisi vəzifəsinə, bəzisi işinə görə geri çəkilməli oldu. Fevral ayında gəlib qazımızı kəsdilər. Ətrafda yaşayanlar inandı ki, dövlət layihəsidir, razılaşdılar. Bu şəxslərin heç bir sənədi yoxdur. Gəlib bizim evlərimizə sahib çıxdılar”.
Digər sakin Dilavər Osmanovanın sözlərinə görə, ərazidə 27 ildir ki, yaşayır: “Yanvar ayında evimin ətrafını sökməyə başladılar. Deyirlər, evləriniz qəzalıdır. Bizim evlərimiz qəzalı olmayıb. Bu evdən iki qız köçürmüşəm, heç bir şikayətim olmayıb. Gəlib qonşunun suyunu kəsdilər, bütün gecəni su doldu zirzəmiyə evim bərbad vəziyyətə düşdü. Bizə deyirlər ki, 4 aydır sizi kim eşidib ki, indi eşitsinlər. Deyirik ki, Mehriban xanıma şikayət edəcəyik, deyirlər elə bu saat o sizi eşitdi. Odun yandırırıq şəhərin mərkəzində”. Sakinlər bildirir ki, onlara kompensasiya təklif edilmir, sadəcə kirayə üçün pul təklif edilir: “Deyirik ki, niyə bizi evimizdən edirsiniz. Deyirlər ki, torpaqlarınızı qoyub gəlməyəydiniz. Biz Qərbi Azərbaycanlıyıq və öz torpaqlarımızı öz xoşumuzla qoyub gəlməmişik. Bizi təhqir edirlər”.
Əvvəllər ərazidə 16 ailə yaşayırmış, hazırda burada 9 ailə yaşayır. Bu gün isə şikayətçi Sədaqət Hüseynovanın evinə daxil olaraq əşyalarını çölə atıb, evi dağıtmağa başlayıblar.
Biz hadisə yerinə çatanda evin əşyaları çölə töklümüşdü. Sakinlər ağlayır, qışqırır, şirkətin nümayəndələri ilə mübahisə edirdilər. Ərazinin MİS müdiri, şirkətin əməkdaşları, polis nümayəndələri sadəcə kənardan dayanıb evin sökülməsinə baxırdılar. Qeyd edək ki, şirkətin nümayəndələrindən biri əməkdaşımızın iş görməsinə mane olaraq, ətrafdakılara kameranı alıb sındırmağı tapşırıb.
Sputnik Azərbaycanın əməkdaşı jurnalistin işinə mane olduğu üçün 102 xidmətinə müraciət edib.
NUH.az
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
6 aprel 2025 18:28
- Ata balasına kömək üçün yalvarır - FOTOLAR
4 aprel 2025 22:11
- Qonaqpərvərliyə görə təşəkkür etdi - Fotolar
3 aprel 2025 13:24
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 2025 11:00
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 2025 00:30
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Allahşükür Paşazadənin səhhətində problem yaranıb
30 mart 2025 12:03
- Millət vəkili Elşad Musayev vətəndaşları qəbul etdi
29 mart 2025 15:41
- Türkün qanının su yerinə axdığı çay
28 mart 2025 15:24
- 106 yaşlı DTX: Kimlər rəhbər olub? – ARAYIŞ
28 mart 2025 12:58
- ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş - Foto
06 aprel 23:01
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
06 aprel 22:05
- Paşinyan kiminlə evlənir?- TOY OLACAQ...
06 aprel 21:46
- Azərbaycanda atların sayı niyə AZALIR?
06 aprel 21:31
- Uşaqlıq hobbisini təsərrüfata çevirən Xudat sakini: 60 dovşanı var
06 aprel 21:12
- V kurs tələbəsi dəm qazından boğulub
06 aprel 20:47
- Əbülüfos Qarayev ötən il Rusiyada təkcə balıq biznesindən 147 milyon gəlir əldə edib..
06 aprel 20:16
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
06 aprel 18:28
- Yenidən CHP sədri seçildi
06 aprel 17:45
- Milli rəqsə ilk monumental əsər Şamaxıda! - Fotolar
06 aprel 17:25
- Ağdamda ata, azyaşlı qızı və oğlu minaya düşüb - Yenilənib
06 aprel 17:10
- Bir ayda ölkəyə 69 kq insan SАÇI gətirilib - Qiymətlər
06 aprel 15:00
- AZƏRBAYCAN DİLİ DƏRSLİKLƏRİNİN MÜƏLLİFLƏRİNİN DİL BİLGİSİ ÇOX ZƏİFDİR
06 aprel 14:27
- Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
06 aprel 09:51
- Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı
06 aprel 00:18
- Estoniya XİN-dən Macarıstanla bağlı qalmaqallı AÇIQLAMA
05 aprel 23:37
- Həcisi olan silikonlu aparıcılar efirləri doldurub - Qulu Məhərrəmlidən OLAY kimi MÜSAHİBƏ - VİDEO
05 aprel 21:54
- Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi
05 aprel 20:30
- Ukrayna Rusiyanın başına OD ƏLƏYİR - strateji ZAVODLAR VURULDU, qırğın gedir
05 aprel 15:23
- Şirvan Appelyasiya Məhkəməsi bizimxeber.az saytının fəaliyyətini dayandırıb
05 aprel 14:47
- Ağdərənin Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 aprel 13:06
- Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?
05 aprel 12:46
- NАR müəllimlər üçün mobil rabitə təlimi keçib
05 aprel 12:31
- Eldar Əzizova müavin TƏYİN EDİLDİ
04 aprel 23:01
- Ata balasına kömək üçün yalvarır - FOTOLAR
04 aprel 22:11
- Ceyhun Yusifov Adəm Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyir
04 aprel 21:44
- Axı niyə bir azərbaycanlı professor erməni çıxmalıdır - Elbəyi Həsənli Altay Göyüşovu suçladı
04 aprel 21:25
- 10 gün sonra bu ərazilər Azərbaycana təhvil veriləcək - Erməni qoşunlar çıxarılır
04 aprel 21:06
- Bakıda Prezidentin iştirakı ilə iclaslar keçirildi
04 aprel 19:29
- Fermasında dağ keçiləri saxlayan ovçu tutuldu - Foto
04 aprel 19:04