BSU-da “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda Respublika Elmi Konfransı keçirilib
Bakı Slavyan Universitetinin Akt zalında BSU və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyev və akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda magistrant, doktorant və gənc tədqiqatçıların Respublika Elmi Konfransı olub.
NUH.az xəbər verir ki, dünən baş tutan mərasimdən əvvəl BSU-nun rəhbərliyi və professor-müəllim heyəti Fəxri Xiyabanı ziyarət edərək Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarları önünə gül dəstələri qoyub.
Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Mərasimi giriş sözüilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva qonaqları konfrans iştirakçılarına təqdim edib. O, Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birinin gənc nəslə diqqət və qayğının artırılması, respublikamızın ictimai-siyasi həyatında onların fəal iştirakının təmin olunması, yeni nəslin gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün münbit şəraitin yaradılması olduğunu bildirib. Çıxışının əsas hissəsini akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə yönəldən BSU rektoru onun Azərbaycan xalqına əsas əramağanının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olduğunu qeyd edib. O, bu gün İlham Əliyevin düşünülmüş və müdrik siyasəti nəticəsidə Azərbaycanın beynəlxalq aləmdə söz sahibi olmasını diqqətə çatdırıb. Təhsilə və elmə yiyələnməyin vacibliyininin Ulu öndər tərəfindən tövsiyə olunduğunu xüsusi vurğulayan Nurlana Əliyeva mənəvi tərbiyənin gənclərin qarşısında duran əsas vəzifələrdən biri olduğunu qeyd edib. Rektor milli dəyərlərimizi, ənənələrimizi, dilimizi, tariximizi yaxşı bilməyən gəncin vətənpərvər ola bilməyəcəyini də qeyd edib. O, hazırkı konfransın məhz belə bir məqsədə xidmət etdiyini vurğularaq iştirakçılara uğurlar arzulayıb.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxışında bu gün dövlətçiliyin inkişafında gənclərə xüsusi önəm verildiyini qeyd edib. O, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi gənclər siyasətinin Azərbaycan Respublikası Prezidenti tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Sonra Ulu öndərin gənclərə qayğısından bəhs edən video-çarx nümayiş olunub.
Konfransda çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov belə mötəbər tədbirə dəvət edildiyinə görə təşkilatçılara minnətdarlığını bildirib. O, tədbirdə iştirak edənlərin 95%-nin gənclər olmasını təqdirəlayiq hal kimi qiymətləndirib. A.Əsgərov çıxışında H.Əliyevin hakimiyyətə gəldiyi ilk gündən gənclərə xüsusi qayğı göstərdiyini, bunun bir nümunəsi kimi 93-cü ilin sentyabrında dahi rəhbərin gənclərlə görüşünü xatırladıb. O, bu gün ölkə başçısının və birinci vitse-prezidentin həmin ənənəni uğurla davam etdirdiklərini, gənclərə dövlət strukturlarında yer verdiklərini qeyd edib.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bir qədər keçmişə qayıdaraq, 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gələndə Azərbaycan gənclərini SSRİ-nin o zamankı nüfuzlu ali məktəblərinə göndərməsini xatırladıb. O özünün Moskva Dövlət Universitetinə göndərilən ilk 4 tələbədən biri olduğunu qeyd edərək qazandığı bütün uğurlara görə Ulu öndərə minnətdarlığını bildirib. M.Abbaszadə 93-cü ildə yeni siyasət kimi tətbiq olunan test üsulunun yaşamasını da Heydər Əliyevin gənclərə xüsusi qayğısı kimi diqqətə çatdırıb.
Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev çıxışında prezident
seçkiləri ilə bağlı bəzi xatirələrini yada salıb. O, həmin dövrdə həm Heydər Əliyevin, həm də Azərbaycan gənclərinin qarışılıqlı şəkildə bir-birlərinə etimad bəslədiklərini xatırladıb. İ.Babayev həmin dövrün gəncləri sırasında özünün də olduğunu bildirib və bu gün estafeti növbəti gəncliyə hazır olduğunu qeyd edib.
Türkiyənin Azərbaycandakı fövqəlaqdə və səlahiyyətli səfiri Erkan
Ozoral Ulu öndəri gənclərə böyük önəm verdiyini və bu gün qardaş Türkiyənin də həmin yolla getdiyni vurğulayıb. O, “Bir millət, iki dövlət” şüarının da ilk dəfə məhz H.Əliyev tərəfindən səsləndirildiyini dilə gətirib. Səfir Heydər Əliyevin iki qardaş ölkə arasında tələbə mübadiləsinin əsasını qoyduğunu deyib.
Sonra BSU-nun tələbəsi, TGT-nin fakültə sədri Ələkbər Mirzəyev konfransla bağlı çıxış edib.
Qeyd edək ki, konfrans 4 bölmədə öz işini davam etdirib. Konfransın bağlanışında bölmə iclaslarının moderatorlarının hesabatları dinlənilib, iştirakçılara sertifikat və diplomlar təqdim edilib.
NUH.az
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05


![_MG_7908[1]](http://kivnews.com/wp-content/uploads/2017/04/MG_79081-1024x683.jpg)