- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
Caspian International Hospital”ın uroloq-androloq cərrahı, uzman həkim Seymur Kərimovla müsahibə
Böyrəklər bədənimizin ən önəmli orqanlarındandır. Ürəyin dəqiqədə vurduğu 5-6 litr qanın 1.5 litri böyrəklərdən süzülür. Hər iki böyrəkdə olan nefronlardan 1 dəqiqədə 1 litr qan keçir. Böyrəklərdən keçən qan süzüldükdən sonra yararlı maddələr yenidən qana verilir, lazımsız maddələr isə orqanizmdən atılır. Bütün bunlar böyrəklərin orqanizm üçün nə qədər önəmli olduğunu göstərir.
Müsahibimiz "Caspian International Hospital”ın uroloq-androloq cərrahı, uzman həkim Seymur Kərimovdur.
O, 1998-ci ildə Azərbaycan Tibb Universitetinin (ATU) "Müalicə işi" fakültəsinə daxil olub. 2005-ci ildə M. Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında cərrahiyyə üzrə internaturanı keçib. 2005-2006-cı illərdə Rusiya Federasiyası Krasnoyarsk şəhəri Tibb Akademiyasında ümumi cərrahiyə üzrə ordinatura kursu keçib. Kursu bitirib vətənə geri dönəndən sonra Bakıda müxtəlif klinikalarda çalışıb.
2011-2016-cı illərdə Türkiyənin Ankara şəhərində Ankara Universiteti Tibb Fakültəsi İbni-Sina Xəstəxanasında Urologiya üzrə uzmanlıq təhsili aldıqdan sonra Azərbaycana geri dönüb. Asistent olduğu müddətdə müxtəlif açıq və qapalı əməliyyatlar icra edib. Həmçinin uzmanlıq təhsil müddətində bir sıra beynəlxalq elmi konfranslarda məruzəçi olub. Bir çox elmi məqalələrin müəllifidir.
- Azərbaycanda böyrək xəstəlikləri sahəsində ümumi mənzərə necədir və uroloji xəstələr üçün qidalanma rasionu necə olmalıdır?
- Azərbaycanda böyrək daşı xəstəliyi çox yayılıb. Böyrək daşı xəstəlikləri haqda nə qədər danışsaq, yenə də azdır. Çünki içdiyimiz suyun minerallığı o qədər yüksəkdir ki, az qala hər iki nəfərdən birinin böyrəyində mikrolitlərə yəni daş kristallarına rast gəlinir. İlk növbədə içdiyimiz suya diqqət etmək lazımdır. Suyun sağlamlığımız üçün çox əhəmiyyəti var. Normada gün ərzində 3-3.5 litr maye qəbul etməliyik. Duzu tamamilə istifadə etməmək yox, gündəlik 5 qrama qədər qəbul etsək daha doğru olar. Böyrək daşının müxtəlif növləri var. Məsələn, oksalat, urat ,amorf fosfat yəni, infeksiya mənşəli daşlar böyrək daşlarının ən çox yayılmış növüdür. Bu növ daşlar biokimyəvi analizlər nəticəsində ortaya çıxır. Urat tipli daş aşkarlanan xəstələrə proteinlə zəngin qidalardan uzaq durmağı məsləhət görürük, özəlliklə qırmızı ət və ət məhsullarından. Oksalat tipli daşı olan pasientlərə isə kalsiumla zəngin qidalardan, xüsusilə süd və süd məhsullarından uzaq durmaları məsləhət görülür.
Elə daşlar var ki, onlar genetikdir. Mübadilə pozğunluğu səbəbindən yaranan genetik daşlara daha az hallarda rast gəlinir. Bunlara sistin və ksantin daşları aiddir. Sistin daşları daha çox uşaqlarda görülür. Daş sidik kanalına düşdüyü zaman şiddətli böyrək sancısı yaranır. Dəfələrlə gecə gec saatlarda xəstələrin dözülməz ağrılarla bizə müraciət etməsinə şahid olmuşuq. Daşın sidik kanalına düşməsinin xarakteristik ağrısı var. Hətta müayinə etməmişdən belə xəstənin şikayətindən bilmək olur ki, bu, məhz böyrək sancısıdır. Müəyyən müddət keçəndən sonra böyrək bu ağrını kompensasiya etməyə başlayır. Yəni, sanki böyrək öncə fəryad edir, daha sonra hidronefroz adlanan vəziyyət yaranır. Hidronefroz - böyrək şişməsi və böyrəkdən sidiyin xaric edilməməsi ilə əlaqədardır. Sidiyin ifrazı zamanı ortaya çıxan hər hansı tıxanma, sidiyin böyrəklərdən çıxışının qarşısını alır. Tıxanma sidiyin böyrəkdə toplanmasına və zaman keçdikcə böyrəyin patoloji böyüməsinə səbəb olur. Hər bir xəstəlikdə olduğu kimi böyrək daşı xəstəliyində də erkən müayinə və müalicə çox vacibdir. Çünki erkən dönəmdə böyrək daşı rahat müalicə oluna bilən bir problemdir. Böyrək daşının müalicəsində gecikmək çox təhlükəlidir. Müalicə geciksə, böyrəyin böyüməsinə səbəb olan faktorlar aradan qaldırılsa belə, baş verən ağırlaşmanın nəticələrini müalicə etmək çox çətin olur. Böyrək çatışmazlığı problemləri önə çıxır və bir müddət sonra xəstə zədələnmiş böyrəyi ilə vidalaşmalı olur.
- Daha hansı hallarda böyrəklər öz funksiyasını itirir?
- Böyrəklərin funksiyasının itirilməsinin müxtəlif səbəbi ola bilər. Böyrək daşı kistalar, böyrəklərdə yaranan infeksiyaya bağlı hallar, travmalar zamanı böyrəyin 4-cü və 5-ci dərəcəyə qədər zədələnməsi və bu zaman böyrək damarlarının qopması və.s kimi amillər böyrəyin itirilməsinə səbəb ola bilər. Böyrəklər cüt orqandır. Xəstə tək böyrəklə də uzun illər yaşaya bilər. Bir xəstəmiz vardı, dediyinə görə, uzun müddətdir ki, onun sidik axarında 6 millimetr ölçüdə daş qalıb və onu düşürə bilməyib. Xəstə ağırlaşmış formada bizə müraciət etmişdi. Müayinə nəticəsində bəlli oldu ki, artıq böyrək öz funksiyasını itirib. Bundan əlavə, anadangəlmə böyrək xəstəlikləri də bu orqanın funksiyasını pozur. Bu problemlərə vaxtında tibbi müdaxilə edilməsə, böyrək yetməzliyinə gətirib çıxardır.
- Bu gün uroloji xəstəliklərin yaşı gəncləşib. Xüsusən uşaqlar arasında böyrək xəstəliklərinin çoxaldığını müşahidə edirik. Bunun səbəbi nədir?
- Qadınlar hamiləlik dövründə ultrasəs müayinəsindən (USM) mütəmadi olaraq keçirlər. Hamiləlikdə USM-də döl də müayinə olunur. Əgər müayinə əsnasında uşaqda hidronefroz durumu aşkarlanarsa, bu, xəbərdaredici siqnal sayılır. Bu zaman uşaq doğulduqdan sonra mütləq araşdırılmalıdır ki, problem həlli mümkün olan fizioloji yoxsa, patoloji hidronefrozdur. Fizioloji hidronefrozla doğulan uşaqlarda kontrollu dinamik ultrasəs müayinələrlə problemin tədricən zəiflədiyini müşahidə edirik. Patoloji hidronefrozda isə ilk növbədə bunun səbəbi araşdırılmalıdır. Əgər ona qarşı tədbir görülməsə, böyrək öz funksiyasını itirməyə doğru tədricən fəaliyyətsizləşir.
Əvvəlki illərlə müqayisədə indi bizə daha dəqiq məlumat verən cihazlar var. Hazırda xüsusi ultrasəs müayinə cihazları var ki, bunlar nəinki ananın, hətta dölün vəziyyəti haqqında dəqiq və ətraflı məlumat verir. Oğlan uşaqlarında ikitərəfli hidronefroz sidik kanalının anadangəlmə darlığı zamanı yarana bilər. Erkən və dəqiq müayinə nəticəsində bu problem aradan qaldırılmalıdır.
Anomaliyaların ortaya çıxmasında qohum evliliklərin rolu böyükdür. Təbii ki, bundan uzaq durmaq lazımdır. Bəzən də valideynlər qohum deyil, amma irsi xəstəlikləri ola bilir. Məsələn, vezikoureteral reflü dediyimiz bir xəstəlik var. Yəni, sidik kisəsi dolduqca böyrəklərə sidiyin geri qaçışı olur, nəticədə böyrək şişir. Bu da zamanla böyrəyin funksiyasının itirməsinə səbəb olur. Bu xəstəliyə sidik yolu infeksiyası keçirmiş xüsusən qız uşaqlarında daha çox rast gəlinir. Xüsusilə yüksək temperaturla olan sidik yollarının infeksiyaları təhlükəlidir. Bəzən uşaqlarda yuxarı tənəffüs yollarının xəstəliyinə bağlı olmayan temperatur olur. Bu zaman pediatr məlumatlı olmalıdır ki, uşaqda sidik yollarının infeksiyası ola bilər. Ən azından sidiyi ümumi analizini göndərməklə bunu müəyyən etmək olar. Xəstəlik aşkarlandığı təqdirdə, mütləq uroloq tərəfindən konsultasiya olunmalıdır.
- Kişilərdə yaranan böyrək xəstəlikləri cinsi problemlərə yol aça bilərmi?
- Günümüzdə kişilər cinsi problemlərin müxtəlif formalarından əziyyət çəkir. Bu problemlər infeksiya və patologiya ilə yanaşı gündəlik iş rejimi, stress və zərərli vərdişlərlə də bağlı ola bilər. Siqaret və spirtli içkilər istənilən halda erektil disfunksiyaya səbəb olur. Digər bir səbəb prostat vəzinin adenomasıdır. Adətən, yaşı 50-dən yuxarı olan kişilər arasında çox rast gəlinir. Prostatın əmələ gəlməsinin əsas səbəbləri bu günə qədər dəqiq müəyyən edilməsə də, müxtəlif fərziyyələr var. Prostat vəzinin adenomasında testosteron azalıb, estrogenlər artdıqca disbalans yaranır, nəticədə prostat vəzi böyüməyə başlayır. Xəstəliyin ilkin mərhələsində, xüsusən gecə saatlarında xəstələr tezləşmiş və bir qədər çətinləşmiş sidik ifrazının olmasından şikayət edir. Bundan başqa irsiyyət, sidik kisəsi və sidik kanalının iltihabi xəstəlikləri, sidik-cinsiyyət üzvlərinin travmaları, oturaq iş və yaşayış tərzi, spirtli içkilərin qəbulu və bu kimi digər amillər son nəticədə cinsi problemlərə yol aça bilir.
- Prostat adenomasına hansı yaşlardan sonra diqqət edilməlidir?
- Gənc yaşlarda prostat vəzinin adenomasına rast gəlinmir. Adətən, 40-50 yaşlardan sonra tamamilə fərqli mahiyyət daşıyır. Əgər nisbətən gənc yaşlarda prostat vəzi xəstəliyindən danışırıqsa, deməli, söhbət prostat vəzinin iltihabından gedir. İltihab varsa, bir qayda olaraq müalicə edilməlidir. Sidik yolları ilə qalxan infeksiya orqanları zədələməyə başlayır. Bu infeksiya prostatın yaranmasına səbəb ola bilər. Xəstəlik müalicə edilmədikdə və ya müalicə yarımçıq kəsildikdə, müvəqqəti yaxşılaşmadan sonra xəstəliyin əlamətləri yenidən özünü büruzə verir və ağırlaşmalara gətirib çıxarır.
Xroniki hal alan bu infeksiyalar irəliki yaşlarda adenomanın yaranmasına səbəb olan faktorlardan biridir. Əgər prostat adenoması varsa, həmən cərrahi müdaxilə edilməlidir fikri düzgün deyil. İlk növbədə müraciət edən xəstənin şikayətinin ağırlıq dərəcəsinə baxılmalıdır. Xəstəlik adətən özünü yüngül, orta və yüksək şiddətli əlamətlərlə büruzə verir. Prostat vəzinin adenoması müalicəyə tabe olan xəstəlik hesab edilir. Xüsusən də yüngül və orta şiddətli hallar olduğu zaman dərman müalicəsi ilə müalicə etmək olur. Prostat adenomasının ağırlaşmış halları var ki, bura sidik kisəsində daşların olması, sidik kisəsinin divarının genişlənməsi, sidikdə qanın görünməsi, böyrək çatışmazlığı kimi əlamətlər daxildir.
Bundan əlavə sidik kisəsində normadan artıq sidiyin qalması da ciddi problemdir. Normada sidik kisəsində 100 milli litrə qədər qalıq sidik ola bilər. Sidik kisəsinin həcmi 350-400 milli litrdir. Xəstə sidiyin dördə üçünü ifraz edə bilirsə, bu, qəbul ediləndir. Amma xaric olmayan sidiyin həcmi 100 milli litrin üzərindədirsə, artıq bu problemdir və cərrahi əməliyyatın bir göstərişidir.
Digər bir göstərişdə prostat adenomasının dərman müalicəsinə cavab verməməsidir. Bu zaman xəstəyə qapalı endoskopik və ya açıq yolla cərrahi müalicə təklif olunur. Avropa protokollarına görə, prostatın ağırlığı 80 qrama qədərdirsə, qapalı endoskopik yolla adenoma çıxarılır. Əgər prostatın ağırlığı 80 qramdan çoxdursa, xəstə tur adlanan əməliyyatdan fayda görmür. Birinci, ona görə ki, əməliyyatın müddəti uzanır, orada istifadə edilən maye orqanizmə sorulur. Bu zaman tur sindromu deyilən problem ortaya çıxa bilər. Buna görə də əməliyyat maksimum 90 dəqiqəyə sonlandırılmalıdır. Vaxt məhdudiyyəti bizi məcbur edir ki, böyük ölçülü prostat adenomasının çıxarılmasını açıq yolla icra edək.
- Cərrahi müdaxilədən sonra prostat adenomasının təkrar əmələ gəlmə riski varmı?
- Prostat adenomasını cərrahi yolla götürdükdən sonra yenidən yaranma riski azdır. Endoskopik əməliyyatlarda sidiyin rahat axışını bərpa edirik, buna görə də adenomanın təkrar əmələ gəlmə şansı çox azdır. Açıq əməliyyatlarda da prostat adenomasının yenidən yaranma riski demək olar ki, heç yoxdur. Əməliyyatdan sonra adenomanın təkrar əmələ gəlib-gəlməməsi əməliyyatın müvəffəqiyyətinə də bağlıdır.
NUH.az
- Gülşən Qurbanovanın bacısı: Bəlkə də, mənə elə gəlirdi, ancaq canı üstündə idi... - Müsahibə
19 dekabr 2024 21:09
- Gürcüstanın futbolçu prezidenti ilk dəfə müsahibə verdi: keçmiş prezidenti polislə hədələdi - FOTO
16 dekabr 2024 01:01
- İranda HİCABSIZ konsert verən müğənni ilə bağlı qərar
15 dekabr 2024 16:08
- Bakıda mühafizəçi - OXRANNİK- diş həkimi adı ilə xəstənin 11 dişini çəkdi
12 dekabr 2024 16:38
- Özü nazir müavini getdi, köməkçisini baş həkim, 22 yaşlı qohumunu isə... - Müdir direktora qarşı
12 dekabr 2024 12:20
- Nəyə görə xəstələr çox vaxt səhərəyaxın ölür? – Həkim səbəbi açıqladı
7 dekabr 2024 19:50
- COVID 19-la bağlı ŞOK SƏNƏD açıqlandı - 2019-cu ildə...
7 dekabr 2024 09:35
- Laçında yeni təyinat
7 dekabr 2024 00:42
- Qulu Məhərrəmli: Çox böyük qayğı göstərdiyimiz şəxslər kişilik, ləyaqət sınağından çıxa bilmədi - MÜSAHİBƏ
5 dekabr 2024 13:49
- Əfqan qadınlara həkim olmaq QADAĞAN OLDU
5 dekabr 2024 10:51
- Dünyanın 77 il susduğu cinayət – Ermənistanın cavabsız qalan əməlləri
23 dekabr 18:34
- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
23 dekabr 14:02
- Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
23 dekabr 12:59
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
23 dekabr 12:47
- İlham Əliyev Roma Papasına məktub göndərdi
23 dekabr 12:13
- İrfan Sapmaz Heydər Əliyev və Elçibəylə gizli söhbətlərini ABŞ -da yayınlamağa başladı
23 dekabr 12:00
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17