“Balaca” məmur Şükürovun çox böyük əməlləri: keçmiş quda bütün sirləri açdı
Siyasət22 aprel 2017 17:33

...Bakının çoxmərtəbəli yaşayış binalarının sakinlərindən az qala hər gün liftin xarab olması, yaxud yerli-dibli işləməməsi barədə şikayətləri eşitmək olar. Və heç kimə sirr deyil ki, əksər hallarda xarab olan liftləri elə sakinlər öz aralarında topladıqları pulla təmir etdirir.
Virtualaz.org xəbər verir ki, bunlar azmış kimi son illərdə dəfələrlə Bakı şəhərində insan ölümləri ilə nəticələnən lift qəzaları baş verib.
Bəs bütün bu problemlərin kökü haradan qaynaqlanır? Belə məlum olur ki, işləməyən liftlərə görə hər gün yuxarı mərtəbələrə ayaqla qalxanlar, ürəkləri ağzına gələnə qədər təngnəfəs olan, hər mərtəbədə dayanıb birtəhər özünə gələn və mənzilinə çatmaq üçün əzablı "yüksəlişini” davam etdirən yaşlılar, xəstələr bütün bu problemlərə görə bir nəfərə - Bakı şəhər İcra hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin "Bakı Lift-Təmir İstehsalat Birliyi”nin rəhbəri Qüdrət Şükürova borcludur.

Xatıraldaq ki, Qüdrət Şükürov günlərdir yerli medianın müzakirə etdiyi əsas personajdır. Əhvalat isə belə başlayıb ki, Şükürovun əvvəl bir dəfə evli olmuş qızı Aysel Şükürova yenidən ailə qurub, hazırda məhkəməsi gedən MTN generalı Akif Çovdarovun qohumu ilə evlənib. Toy isə Bakının hazırda ən elitar və ən bahalı şadlıq sarayı olan "Böyük Saray”da baş tutub.
Bu toy barədə mətbuat yəqin ki, xəbər tutmazdı, əgər Şükürovun keçmiş kürəkəni Elşən Əsgərli bu haqda aləmə car çəkməsəydi. Əvvəlcə mətbuatda Qüdrət Şükürov qızının toyuna 400 min manat xərc çəkdiyini yazmağa başladılar. Bu rəqəm toya dəvət edilən qonaqların sayı və həmin şadlıq sarayında hər masa üçün təyin edilmiş qiymət əsasında hesablanıb ortaya çıxarılmışdı. Əslində xərcin birbaşa "Bakı Lift-Təmir İstehsalat Birliyi”nin rəisi tərəfindən çəkildiyini iddia etmək korrekt görünmürdü, axı toya dəvət olunanlar bahalı masaya görə sanballı nəmər də atıblar. Yəni toyun xərcini Şükürov yox, ora dəvət edilənlər çəkib deyilsə, daha düzgün olardı.

Lakin daha sonra qalmaqal qızışdı. Keçmiş kürəkən Qüdrət Şükürov barədə kompromatlar açıqlamağa başladı. Belə məlum oldu ki, Şükürovun qızı əri əsgərlikdə olanda özünə yeni sevgili tapıb. O da üzə çıxdı ki, Şükürov yeni kürəkəninə son model "Porcshe” bağışlayıb və s. Mətbuat Qüdrət Şükürov və ailəsi, keçmiş kürəkəni ilə münasibətlər barədə də xeyli şeylər yazıb. Bunlar haradasa ailədaxili münaqişə kontekstində dəyərləndirilə bilər və ciddi mətbuatda ictimai müzakirəyə çıxarılmağa layiq məsələlər deyil. Əsas məsələ şübhəsiz ki, Qüdrət Şükürovun zəngin həyat tərzi, malik olduğu sərvət və dəbdəbənin mənbəyidir.
Bəs vəzifəcə balaca olan, ayda 550 manat maaşa qulluq edən Şükürov bu cür dəbdəbəli həyata necə nail olub?
Həmin sualın cavabını Şükürovun keçmiş qudası Rafail Əsgərov verir. Musavat.com Rafail Əsgərovun keçmiş qudasının əməlləri barədə müxtəlif dövlət instansiyalarına ünvanladığı məktubun məzmunu haqda yazır. (Hərçənd bu müraciətin fotosurəti saytda yoxdur)
Keçmiş quda bildirir ki, 2013-cü ilin aprelində Qüdrət Şükürov ona birlikdə Moskvaya getməyi təklif edib.Q.Şükürov içki məclisindən sonra Moskvada yaşayan bir erməni ilə əlaqə saxlayıb. Həmin erməni Vardan Avakyan idi. "OTİS” lift zavodunun rəhbərliyində təmsil olunan V.Avakyana Q.Şükürov özünü qeyri-azərbaycanlı kimi təqdim etməklə onunla görüşmək istədiyini deyib. Növbəti gün isə onunla görüşə gedib.

R.Əsgərli yazıb ki, ermənilərin işğal etdiyi Qubadlı rayonundandır və həmin vaxt qudasının erməni ilə görüşünə getməkdən imtina edib. Həmin görüşdən sonrakı günlərdə qudalar Moskvadan İstanbula uçublar. Q.Şükürov qudasına deyib ki, "OTİS” zavodu ilə müqavilə bağlayıb. İstanbulda olarkən qudalar ən bahalı yaşayış massivlərindən birinə – "Qoru-Floriya”ya gediblər. Orada Q.Şükürov hər birinin qiyməti 850 min dollar olan iki 4 otaqlı tam təmirli, içində bahalı mebelləri olan mənzil alıb. Mənzillərə görə ödənilən 1 milyon 700 min pulu "OTİS”in işçisi Andrey adlı şəxs "Qoru-Floriya”ya köçürüb! Sitat: "Bu mənim gözlərim qarşısında baş verdi. Mən ümumi söhbətlərdən başa düşdüm ki, həmin pul ”otkat”dır”.
Müraciətdə göstərilib ki, Q.Şükürov 2013-cü ildə qudası R.Əsgərovdan bir neçə dəfə onunla "Elmlər Akademiyası”nın yaxınlığındakı köhnə 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən "Azəriqazbank”ın filialına gedib pul çıxarmağı xahiş edib. Qüdrət Şükürov hər dəfə bankdan 400, 500, 700 min dollar pul çıxarıb.
Qudası bildirir ki, 2015-ci ilin fevralında, manatın birinci devalvasiyasından əvvəl Qüdrət Şükürov yaxınlaşan "manat fəlakətindən” xəbər tutaraq böyük panika içərisində bütün pullarını dollara çevirib. Bəs Qüdrət Şükürov yaxınlaşan devalvasiya barədə haradan xəbər tutub? Axı o, ölkənin yüksək maliyyə-iqtisadi dairələrində təmsil olunmurdu, Bakı şəhər İcra Hakimiyyətinin neçənci dərəcəlisə məmuru idi? Belə görünür ki, bu sualın cavabını Qüdrət Şükürovun keçmiş MTN rəhbərliyi ilə əlaqələrində axtarmaq lazımdır.

Beləliklə, keçmiş qudası bildirir ki, Qüdrət Şükürov həmin vaxt manatla olan pullarını dollara çevirib, bu da cəmi 8 milyon dollar edib. Həmin məbləği ailəvi dostu olan İlqar adlı şəxsin adına "Bank of Baku”ya yatırıb.
Q.Şükürovun var-dövləti bununla bitmir. Onun Bakının ən bahalı yaşayış binalarından hesab olunan "Gümüş plaza”da hər birinin qiyməti 2 milyon 500 min dollar olan 2 ədəd 5 otaqlı mənzili var. Həmin binada Q.Şükürov yalnız ona və yaxınlarına xidmət edən Yaponiya istehsalı olan, qiyməti 400 min dolları aşan lift quraşdırtdırıb. Azərbaycan Ali Məhkəməsinin arxasındakı "Çıraq Plaza”nın 1-ci mərtəbəsindəki "Women SPA” mərkəzi də faktiki onundur. Keçmiş qudası təkcə bu mərkəzin təmirinə 4 milyon dollar xərcləndiyini qeyd edib. Hazırda həmin mərkəzi Q.Şükürovun həyat yoldaşı Aynurə Şükürova işlədir.
Təbriz küçəsinin qurtaracağındakı çoxmərtəbəli yaşayış binasında 2 ədəd 4 otaqlı, Səməd Vurğun parkının yanında 2 yaşayış mənzili, Nəsimi rayonu ərazində isə oğlu Samid Şükürova bir neçə ay əvvəl böyük bir restoran aldığı da gələn məlumatlar sırasındadır. Q.Şükürov 2014-cü ildə Moskvanın mərkəzində 2 dənə 5 otaqlı mənzil alıb. 2015-ci ilin fevralında Q.Şükürov Tolyattidə bacanağı Müşfiqin qardaşı Salamın adına 6 mərtəbəli ticarət mərkəzi və şadlıq sarayı alıb. Buzovna qəsəbəsində 2 böyük torpaq sahəsindəki bənzərsiz imarətləri var. Birində özü, digərində qızı yaşayır. 8-ci kilometr yaşayış massivində 16 mənzili, 3 gözəllik salonunun olduğu da iddia edilir.
Q.Şükürovun keçmiş qudasının müraciətində yer alan detallardan biri də onun Xətai rayonu ərazisində, metronun "Xətai” stansiyasının arxasındakı çoxmərtəbəli binanın 2-ci mərtəbəsində şəxsi lift firmasının olması haqdadır. Həmin firmaya Q.Şükürovun kürəkəninin qardaşı başçılıq edir...

Şükürovla bağlı ilk dəfə deyil ki, qalmaqal baş verir. 2010-cu ildə ona məxsus "Range Rover” markalı maşından 210 min manat oğurlanıb. Həmin vaxt mətbuatda bu haqda geniş yazılar dərc olunub. Q.Şükürov oğurluq baş verdikdən sonra həmin maşını satıb. Hazırda o, Az 10 AA 828 nömrə nişanlı, ən son model S klass "Mersedes”də gəzir. Maşın "Mersedes” zavodunda xüsusi sifarişlə yığılıb, motorun həcmi 6.3-dür. İddialara görə, Q.Şükürov təkcə bu maşının yanacağına hər gün 100-120 manat civarında pul xərcləyir. O da bildirilir ki, xüsusi sifarişlə hazırlanan bu nəqliyyat vasitəsini Q.Şükürov 450 min avroya alıb. Bundan başqa, Q.Şükürovun "Range Rover” markalı, Az 10 ZZ 447 nömrə nişanlı maşınının olduğu deyilir. Bu maşının qiyməti də az deyil – 250 min dollar. Q.Şükürovun oğlu Samid Şükürovun Az 10 XO 777 nömrə nişanlı "Mercedes Qalendvagen”, nömrə nişanının sonu 447 ilə bitən "Lexsus” markalı maşınları var.
Bütün bunlar hələ hamısı deyil və keçmiş qohumlar Qüdrət Şükürovun əməlləri barədə ifşaedici məlumatları yenə yayacaqlarını anons edirlər.
Qeyd edək ki, Bakı şəhərində çoxmərtəbəli yaşayış binalarının liftlərinin təmiri və yenilərinin quraşdırılması üçün 2008-2015-ci illər tərəfindən dövlət büdcəsindən prezidentin fərmanı ilə üst-üstə 30 milyon manat (3 dəfəyə) ayrılıb. Bu, "Bakı Lift-Təmir İstehsalat Birliyi”inin sərəncamına verilən vəsaitin ancaq bir qismidir. Həmin vəsait Bakı sakinlərini lift əzabından qurtarmağa xərclənməliydi. Ancaq belə məlum olur ki, Qüdrət Şükürovun çoxsaylı daşınmaz əmlakına, superkarlarına, imarətlərinə və s. sərf olunub...
Bəs bütün bu ifşaedici məlumatlardan və qalmaqaldan sonra "lift idarəsi”nin rəisinin hələ də vəzifədə qalması necə mümkün olur? Axı bunlar elə kompromatlar və elə əməllərdir ki, heç bir lift trosu Qüdrət Şükürovun belinə yüklənən bu kompromatlara dözə bilməzdi, sınaraq rəisi düz quyunun dibinə-lift şaxtasına kəlləmayallaq buraxardı...
Oxşar xəbərlər
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 2025 14:11
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 2025 13:47
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
7 aprel 2025 21:58
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 2025 11:22
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 2025 23:02
- Bakıda icra başçısı olmaq istəyən şəxs 400 min rüşvət verməyə razılaşıb və ...
25 mart 2025 17:51
- Şamil Ayrım : -Ox yaydan çıxıb, Türkiyə böyük dövlət olmaq yolundadır
24 mart 2025 16:47
- Dünyanın 2-ci böyük dövlətinin Baş naziri: Tramp bizi sındırmaq və idarə etmək istəyir
24 mart 2025 01:00
Xəbər lenti
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
- Prezidentin Türkiyəyə işgüzar səfəri BAŞA ÇATDI
12 aprel 21:02
Video & Fotoqalereya
Video
Fotoqalereya