Samir Şərifovun başı dərddə! — Prezidentin tikintisini dayandırdığı şirkət nazirin imiş

Xəbər verdiyimiz kimi, iki gün əvvəl prezident İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində yaşayış binasının tikintisi dayandırılıb.
Qafqazinfo xəbər verir ki, buna səbəb həmin ərazidə tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və yaşıllığın tamamilə məhv edilməsidir. Nəticədə yaşıllığı məhv edən şirkət 130 min manat məbləğində cərimələnib.
Prezidentin sərt reaksiyasından sonra “Böyük plaza” adlanan yaşayış və ticarət mərkəzinin tikintisinin aparılmasına qadağa qoyulub.
Maraqlıdır ki, yayılan xəbərlərdə tikinti şirkətinin qaydaları pozduğu bildirilsə də, ancaq ictimaiyyətə hansı icraçı qurumdan söhbət getdiyi məlum deyildi. Layihənin də adından göründüyü kimi, bu, sıradan bir tikinti şirkətinin həyata keçirəcəyi proyekt deyil. Xüsusilə, mətbuatın yazdığına əsasən, həmin plaza deputatlar üçün inşa edilirmiş. Bu faktlara söykənərək layihəni kifayət qədər maliyyə tutumlu hesab etmək olar.
“Qafqazinfo” məsələ ilə bağlı kiçik bir araşdırma aparıb. Məlum olub ki, tikintini həyata keçirəcək şirkət “A-3” Sənaye Tikinti Korporasiyası MMC-dir. Bu MMC haqqında internetdə heç bir informasiyaya rast gəlinməsə də, onun arxasında böyük bir oliqarx məmur dayanır. Əldə etdiyimiz məlumata görə, sözügedən MMC Maliyyə naziri Samir Şərifovun birbaşa şəxsi şirkətidir.
Sənədlərdə şirkətin direktoru Dilşad İsmayılova göstərilsə də, bütün fəaliyyəti nazirə məxsusdur. Bu məqamda maraqlı bir məsələ ortaya çıxır ki, “A-3”ün arxasında S.Şərifov dayanmasına baxmayaraq bu, onun şirkətinin cəzalandırılmasına mane ola bilməyib. Belə ki, dövlət başçısının sərt mövqeyi ən yüksək oliqarx məmura təsir edib.
Bu arada qeyd edək ki, S.Şərifovun fəaliyyəti ilə bağlı ilginc informasiyalar da redaksiyamıza daxil olub. Məlumatlara görə, nazirin fəaliyyəti Beynəlxalq Bank və “Azər-Türk Bank” olayından sonra heç də ürəkaçan deyil və o, nəzarət altına götürülüb. Məlum olduğu kimi, Beynəlxalq Bank olayında Azərbaycan dövləti maliyyə xəyanəti ilə üzləşmişdi. Nəticədə Cahangir Hacıyev vəzifəsindən azad olunmuşdu və bir müddətdən sonra da həbs edilmişdi. Ondan sonra Samir Şərifov fürsət taparaq öz kadrı olan Elmar Məmmədovu bankın rəhbərliyinə gətirsə də, o, Cahangir Hacıyevdən daha betər üsullara əl ataraq “qara bazar”ın yaranmasına və dolların süni bahalaşmasına səbəb olmuşdu. Nəticədə E. Məmmədov da bank sistemindən qovuldu.
Bu cür maliyyə maxinasiyalarının arxasında Maliyyə nazirinin olması üzə çıxıb. Bundan dərhal sonra, təxminən 2 ay əvvələ qədər, Maliyyə Nazirliyində bir neçə ay davam edən yoxlamalar həyata keçirilib və böyük məbləğlərdə pozuntular aşkarlanıb. Və beləliklə, bu hadisələr nazirin özünün fəaliyyətinin nəzarətə götürülməsi ilə nəticələnib. Məlumatlar aktlaşdırılaraq ölkə rəhbərliyinə məruzə edilib. Məhz bundan sonra S. Şərifovun böyük bir ehtimalla Ziya Məmmədovun taleyini yaşayacağı, yəni zaman-zaman məhvə gedəcəyi gözlənilir.
Sonda onu da xatırladaq ki, Azərbaycanda yüksək strateji postlar həvalə olunmuş məmurların xəyanəti, ölkənin imicinə xələl gətirən və kütləvi pozuntularla müşayiət olunan və maliyyə riskləri yaradan fəaliyyətlər bağışlanılmır. Bu cür məmurlar zaman- zaman sərt şəkildə cəzalandırılır.
NUH.az
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 2025 14:56
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 2025 12:08
- Prezident İƏT-in Baş katibini qəbul etdi
12 mart 2025 20:58
- Prezident qəbullar keçirdi (YENİLƏNİB)
12 mart 2025 11:40
- Qorbaçov zınqırovdur, dövlət papağı onun başı üçün deyil - Qromıko; 40 il öncə bu gün...
11 mart 2025 18:05
- 4 MİLYАRD manat ölkədən NECƏ OĞURLANIB - Elə faktlar var ki...
11 mart 2025 16:27
- Uinston Çörçill: Rus ayısı ilə Amerika öküzü arasındakı zavallı ingilis eşşəyi…
11 mart 2025 15:40
- Artur Rasizadə adının tarixçəsini danışdı - ÖZƏL
10 mart 2025 11:29
- Zelenskinin geyimlərini hazırlayan azərbaycanlı dizayner kimdir? (FOTO)
10 mart 2025 02:53
- Fuad Nağıyevə qarşı ittihamlar: Hər şeyi ermənilərə verdilər, pula satdılar
9 mart 2025 11:09
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 21:37
- Keçən il nə qədər adam evlənib ?
14 mart 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 12:31
- Bu gün Anarın doğum günüdür
14 mart 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
13 mart 18:26
- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
13 mart 15:43
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 22:10
- Prezident İƏT-in Baş katibini qəbul etdi
12 mart 20:58
- Tamilla Şirəliyeva vəfat etdi
12 mart 20:00
- Nə qələt istəyirsən, et ! - Pezeşkiandan Trampa sərt cavab
12 mart 12:19
- Prezident qəbullar keçirdi (YENİLƏNİB)
12 mart 11:40
- Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Xəbərdarlıq
12 mart 00:24
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 23:46
- Anarın məhkəməyə verəcəyi şair: Daha ciddi, iyrənc faktlar bilirəm
11 mart 23:21
- Yeyintiyə qarşı çıxdım, işimdən oldum - Tahir Əmiraslanov Fuad Nağıyevi İFŞA ETDİ VİDEO
11 mart 22:18
- Kanadanın istefa verən baş naziri kreslosunu da özü ilə apardı
11 mart 21:50