Polisin müdhiş “qız əməliyyatı”: 2 min rüşvət - Nazirə müraciət
Şirvan şəhərində sahibkarlıqla məşğul olan Həşimov İsmayıl Əli oğlu Daxili İşlər naziri Ramil Usubova müraciət edib.
Bu barədə BakiPost.az-a İ. Həşimov özü məlumat verib. Sahibkar bir müddət əvvəl Rusiyadan Azərbaycana gəldiyini və Şirvanda icarəyə yer götürüb, restoran işlətdiyini bildirir. Onun sözlərinə görə, Şirvan polisi uğurlu sahibkarlıq fəaliyyətinə görə, ondan pul almaq istəyir: "Mən orada sahibkarlıq fəaliyyəti ilə məşğulam. 35 ailənin dolanışığı üçün iş yeri açmışam. Amma Şirvan şəhər Polis İdarəsi min bir bəhanə ilə mənə "ilişib” pul almaq istəyir.
Belə ki, dostum Xalid məndən şəhərdən gələn qonaqlar üçün kirayə tutduğum evin açarını istədi. Mən də niyə istədiyini soruşmadım və verdim. Dostum da həmin evə bir qızla gedib. O qız da polislə əlbirdir. Polis Şirvanda neçə nəfəri o qızın əliylə "ilişdirib”.
İndi də Xalidi polisə işləyən qızla tora salıblar ki, üzümə dayansın və məndən pul qoparsınlar. Onu polis şöbəsinə aparıblar və izahat alıblar. Məcbur ediblər ki, izahatında mənim ondan evin qarşılığında 20 manat pul aldığımı yazsın. Yəni, Xalidi tutmaqla mənim boynuma belə bir iş qoymaq üçün zəmin yaradıblar. Çünki onlar rayonda bir az pul qazanan bütün adamlardan hansısa yolla pul almaq istəyirlər”.
İsmayıl Həşimov
İ.Həşimovun sözlərinə görə, əməliyyatçılar dostuyla yanındakı xanımı şöbəyə aparandan sonra əməliyyatçı Tural Mustafayev ona zəng edib: "Hədə-qorxu gələrək məndən şöbəyə getməyimi istədi. Mən polis şöbəsinə nə üçün çağırıldığımı soruşanda dedi ki, elə eləmə gəlib səni hörmətsizcəsinə sürüyüb gətirim bura.
Məni polisə aparmaq üçün əməliyyat üzrə müavinin sürücüsü Anar və Fərid adlı əməliyyatçı gəldilər ki, Tural müəllim səni çağırır. Fərid mənə dedi ki, bizimlə getməsən sənin üçün yaxşı olmayacaq”.
Sahibkar bildirir ki, polisin onu gəlib aparmaq istəməsi restoranın nəzarət kamerasına düşüb: "Mən elə bunların yanında 102 xidmətinə zəng vurub, bu barədə məlumat verdim. Tural polis şöbəsində dostuma və dayısına deyib ki, get İsmayıldan 2 000 manat al gətir, rəis istəyir.
Həmin saxladıqları dostumu buraxdılar . 2 gün möhlət veriblər ki, get pul gətir. İndi 2000 manatdan 1000 manata düşüblər”.
İsmayıl Həşimov bununla bağlı daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb: "Cənab nazir, əgər Şirvanda polislərin mənə qarşı şər-böhtanı durmayacaqsa, mən çıxıb Rusiyaya gedəcəyəm və 35 nəfər insan Tural kimi polisin ucbatından çörəksiz qalacaq. Amma mən sizə güvənərək fəaliyyətimi davam etdirmək istəyirəm. Sizdən bir sahibkar kimi son dərəcə xahiş edirəm ki, şikayətimin detalları ilə araşdırılmasına göstəriş verəsiniz. Günahkarlar cəzalarını alsınlar ki, mənim kimi sahibkarlara əngəl törətməyi ağıllarına belə gətirməsinlər”.
Məsələ ilə bağlı BakiPost.az-a açıqlama verən polis əməkdaşı Tural Mustafayev məsələnin tamam başqa cür olduğunu bildirib: "17 yaşlı bir xanım şöbəyə gəlib, Xalidlə bağlı şikayət edib. Qız bildirir ki, Xalid onunla parkda görüşüb və qızı məcburən evə aparıb. Orada əxlaqsız təkliflər edib. Qız da imtina edib. Orada mübahisə yarandığından qız şöbəyə gəlib, şikayət ərizəsi yazıb. Biz də gedib o oğlanı tapıb gətirmişik. Məlum olub ki, oğlanın qızı apardığı ev öz evi olmayıb. Biz də təhqiqat işinə görə evi Xalidə verən şəxsi tapmışıq. Xalid evin açarını ona verən adamın İsmayıl olduğunu deyib. İsmayıl şöbəyə çağırılıb. O da gəlməyib. Ona zəng edəndə polislə mübahisə olduğundan, ola bilsin ki, qorxub gəlmir. Təhqiqatda izah verməyib. Lakin o ifadə verməlidir. Biz heç kimin boynuna heç nə qoymamışıq. Sadəcə suallar vermişik”.
"Qız evə öz xoşuyla gedibsə, niyə ərizə yazır” sualına əməliyyatçı, "öz xoşuyla getməyib” cavabını verib. "Bəs məcbur aparılıbsa, məcburiyyət nədən ibarət olub? Bir adamı məcbur evə aparmaq üçün yəqin ki, güc tətbiq olunmalıdır. Güc tətbiq olunubsa ekspertiza rəyi varmı?” sualını isə T. Mustafayev belə cavablandırıb: "Qız bizə şikayətində belə bildirib. Deyib ki, məcbur aparıb məni. Amma evə getməyindən narazı deyil. Sadəcə evdə oğlanın ona əxlaqsız təklif etməyindən şikayətçidir. Deyir ki, Xalid mənə dedi ki, evə gedək söhbət edək, mən də razılaşdım. Düşündüm 5-10 dəqiqə söhbət edib çıxacağıq. Amma evdə başqa variantlar təklif elədi ki, belə olmalısan, bu cür etməlisən. Mən də ona görə çıxdım gəldim”. Təhqiqatçı da deyir ki, evin açarını da Xalidə verən şəxs izahat verməlidir.
Sahibkardan pul tələb olunması məsələsinə gəlincə, əməliyyatçı bunu təkzib edib: "Biz heç kimdən pul istəməmişik. Pul almaq istəsəydik, axşam alardıq. Xalidi buraxmışıqsa, demək ki, pul söhbəti də olmayıb”.
- 19 MIN AZN )) RÜŞVƏT alan Rusiya Müdafiə Nazirinin müavinini 15 İL HƏBS gözləyir )))
17 dekabr 2024 20:54
- Gürcüstanın futbolçu prezidenti ilk dəfə müsahibə verdi: keçmiş prezidenti polislə hədələdi - FOTO
16 dekabr 2024 01:01
- Qroznıda OMON bazası vuruldu
15 dekabr 2024 12:02
- Xruşşovun nəvəsi ilə bağlı donos yazılıb, Rusiya Prokurorluğu -döyüşə atılıb-...
15 dekabr 2024 01:43
- Bizi cəbhəyə vuruşmağa göndərirsiniz, özünüz isə arvadlarımızı yoldan çıxarırsınız -Azərbaycanda Baş Nazirə deyilib...
12 dekabr 2024 16:13
- ŞOK! Bakıda 13 yaşlı qız bir kilo qızıl oğurlayıb sevdiyi oğlana verdi
11 dekabr 2024 21:00
- Rusiyaya sığınan LİDERLƏR - Onların taleyi NECƏ OLDU?
10 dekabr 2024 16:26
- SON DƏQİQƏ: Əsəd xalqa müraciət edəcək: Dəməşqdə vəziyyət KƏSKİNLƏŞİR
7 dekabr 2024 23:47
- Başladı! Tiflis küçələrində qırğın düşdü!
7 dekabr 2024 09:20
- Ermənilər də, gürcülər də axmaqdırlar, çünki… - AVETİSYAN
6 dekabr 2024 10:38
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41