Bakıdan oğurlanan 450 milyon dollar
İqtisadiyyat5 aprel 2017 13:51

Azərbaycanın “yaşıl”a olan ümidlərini puç etdilər
Bakının Üçüncü mikrorayon dairəsindən bir az aşağıda, keçmiş avtovağzalın qarşısında fəaliyyətə başlamış “Yaşıl market”də müştəridən çox satıcı gözə dəyir.
İstipress-in çəkiliş qrupunun “Yaşıl market”də apardığı araşdırma qiymətlərin Bakının bazar yarmarkalarından elə də ciddi fərqlənmədiyini ortaya çıxarıb. Məsələn, Bakının digər bazarlarında Tovuz kartofunun kiloqramını 90 qəpikdən almaq mümkündürsə, bu bazarda 80 qəpikdən almaq olur. Yaxud kələm əksər meyvə dükanlarında 80 qəpiyə satılırsa, “Yaşıl market”də 80 qəpikdir və s. Pomidorun kiloqramı hər yerdə olduğu kimi 2,8 - 3 manata satılır və s. Bu bazarda yalnız alma ucuzdur, yerli almanın kiloqramını 25 qəpiyə almaq olur.
Bakıda "Yaşıl bazar"
“Yaşıl market”in dayanacaqlardan və nəqliyyatın gur işlədiyi yollardan bir qədər də uzaq olması da bazarın populyarlığını aşağı salır. Beləliklə, Sahibkarlığa Kömək Milli Fondunun tərəfindən 15,7 milyon manat kredit ayrılaraq tikilmiş “yaşıl market” şəbəkəsinin gözlənlənilən nəticələri vermədiyini düşünmək olar. Bir il qabaq bu layihəyə başlanandan sonra verilən açıqlamalarda burda əsasən fermerlərin öz məhsullarını satacağı bildirlirdi.
“Yaşıl marketlər”in nə olmasını izah edən rəsmi dairələr bu qurumların ilk dəfə 1980 - 90-cı illərdə Avropanın müxtəlif ölkələrində fəaliyyətə başladığını bildirirdilər. Rəsmi qurumlar bildirirdi, “Yaşıl market”də yalnız fermerlər öz məhsullarını satacaqlar və buna görə də məhsulları ucuz olacaq.
“Yaşıl market”i idarə edən ASC-nin nümayəndəsi Emin Mustafayev İstiPress-ə bildirib ki, bunun üçün fermerlərdən yer pulu alınmır ki, bu da məhsulların qiymətinə müəyyən qədər təsir edir: “Fermerlər burada öz məhsullarını həm satırlar, həm də reklam edirlər”.
Onun sözlərinə görə, özəl biznes layihəsi olan ASC-nin gəlirləri ölkədən meyvə-tərəvəz ixracı hesabına təmin ediləcək. Yəni məntiq aydındır. Fermerlər özləri mallarını sovet dövrünün kolxoz bazarlarında olduğu kimi “Yaşıl market”ə gətirəcəklər, ASC də buradan ucuz qiymətə mallar alıb Rusiyaya ixrac edəcək.
Nəzəri cəhətdən doğurudur. Amma İstiPress-in araşdırmasına görə, həm Kənd Təsərrüfatı Nazirliyinin (KTN) təşkil etdiyi yarmarkalarda, həm də “Yaşıl market”də fermerlərdən çox, alverçilər yer alır. Sadəcə, yer pulu vermədiklərindən malları nisbətən ucuz satırlar. Əslində, fermerlərin əksəriyyətinin Bakı bazarlarına birbaşa məhsul gətirmək imkanı yoxdur. Ərzaq məhsullarını Bakıya alverçilər gətirir və əldən-ələ keçən mal 3-4 dəfəyə qədər bahalaşır.
Əslində, Azərbaycanda fermerlərin istehsal etdikləri məhsulları Bakıya gətirməklə məşğul olan xüsusi loqistika şəbəkəsinə ehtiyac var və “Yaşıl market”lər yaradılan zaman belə bir loqistik şəbəkənin yaradılağağına ümidlər yaranmışdı. Şimali Avropa ölkələrində belə şəbəkənin olması hesabına fermerin topdansatış qiyməti ilə pərakəndə satış qiyməti arasında maksimum 30 faiz fərq yaranır.
Əslində, Azərbaycanda da istehsalçının topdansatış qiymətləri ilə pərakəndə satış qiymətləri arasında elə bu səviyyədə fərq olmalıdır. Çünki qiyməti 3-4 dəfə bahalaşdıran möhtəkirlər təkcə Bakıya daşınan meyvə-tərəvəzə görə kəndli ailələrinə çatmalı olan 700 milyon manata, yəni təxminən 450 milyon dollara qədər vəsaiti öz ciblərinə qoyurlar. Bunu hesablamaq elə də çətin deyil. Bakı və Abşeronda təxminən 4 milyon adam yaşayır və adambaşına ayda 20 manat meyvə-tərvəzdən götürdükdə toplam dövriyyə 1 milyard manata yaxınlaşır. Amma göründüyü kimi, Bakı sakinlərinin dükan-bazarda ödədiyi bu vəsaitlərin əsas hissəsi bazarlara nəzarət edən möhtəkirlərin cibinə axır.
“Yaşıl market”lər yaradılan zaman vurğulanırdı ki, Quba və Lənkəran istiqamətinə xüsusi yük avtomobilləri hərəkət edəcək və məhsullar gətiriləcək. Yəni məhsul əldən ələ keçməyəcək və ucuz olacaq. Lakin görünüyü kimi, ASC bu işi fermerlərə həvalə edir. Son 20 ilin təcrübəsi göstərir ki, fermerlər bu işi bacarmırlar və dövlətin xüsusi himayəsinə ehtiyac var. KTN-dən isə İstiPress-ə bu işə müdaxilə edə bilmədiklərini bildiriblər: “Bu işə özəl şirkətlər sərmayə yatırıb. Dövlətin bu işə müdaxiləsi yolverilməzdir”.
Əslində, bu cür loqistika şəbəkəsini yaratmaq üçün bazar təşkil etməyə ehtiyac yoxdur. Qərbi Avropa ölkələrinin təcrübəsi göstərir ki, bu işi iri supermarket şəbəkələrinin vasitəsi ilə daha rahat görmək olar. Yəni Bakıda bir neçə supermarketi olan şəbəkə fermerlərlə danışıqlara gedərək məhsulların Bakıya gətirilərək satılmasına imkan yarada bilər. Bunun üçün, dövlət supermarket şəbəkələrinə aşağı faizli kreditlər verməklə yanaşı, həm də onların qarşısında yerli məhsulun satışı ilə bağlı tələblər qoyulmalıdır.
NUH.az
Oxşar xəbərlər
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 2025 23:42
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 2025 13:37
- Hacı Zeynalabdin Tağıyevlə Nərimanovun məşhur mübahisəsi: Cibində bir qəpik pulu yoxdur…
11 mart 2025 18:21
- 4 MİLYАRD manat ölkədən NECƏ OĞURLANIB - Elə faktlar var ki...
11 mart 2025 16:27
- Uinston Çörçill: Rus ayısı ilə Amerika öküzü arasındakı zavallı ingilis eşşəyi…
11 mart 2025 15:40
- Fuad Nağıyevə sərt ittihamlar - Tahir Əmiraslanovu Şuşadan qovdu
9 mart 2025 01:55
- Dünyanın ən zəngin 5 MİLYАRDER QАDINI - Müsəlmаn yoxdur
8 mart 2025 22:31
- Əhəd Abıyev villasını satışa çıxardı – 2 milyon dollara - VİDEO
8 mart 2025 14:37
- NАR 8 Martı xanım jurnalistlərlə qeyd edib - Fotolar
7 mart 2025 23:55
- Eyni kərə yağı Azərbaycanda 4,9, Ermənistanda 4,3, Gürcüstanda isə 3 dollara satılır
7 mart 2025 01:49
Xəbər lenti
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 21:37
- Keçən il nə qədər adam evlənib ?
14 mart 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 12:31
- Bu gün Anarın doğum günüdür
14 mart 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
13 mart 18:26
- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
13 mart 15:43
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 22:10
- Prezident İƏT-in Baş katibini qəbul etdi
12 mart 20:58
- Tamilla Şirəliyeva vəfat etdi
12 mart 20:00
- Nə qələt istəyirsən, et ! - Pezeşkiandan Trampa sərt cavab
12 mart 12:19
- Prezident qəbullar keçirdi (YENİLƏNİB)
12 mart 11:40
- Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Xəbərdarlıq
12 mart 00:24
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 23:46
- Anarın məhkəməyə verəcəyi şair: Daha ciddi, iyrənc faktlar bilirəm
11 mart 23:21
- Yeyintiyə qarşı çıxdım, işimdən oldum - Tahir Əmiraslanov Fuad Nağıyevi İFŞA ETDİ VİDEO
11 mart 22:18
- Kanadanın istefa verən baş naziri kreslosunu da özü ilə apardı
11 mart 21:50
Video & Fotoqalereya
Video
Fotoqalereya