DTX-nın ikinci şəxsi kimdir? - FOTO
Cəmiyyət3 aprel 2017 13:16

Ləğv edilmiş keçmiş Milli Təhlükəsizlik Nazirliyinin bazasında yaradılan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkə başçısının 14 dekabr 2015-ci il tarixli 706 nömrəli fərmanı ilə fəaliyyətə başlayıb.
General-leytenant Mədət Quliyevin rəisi olduğu Dövlət Təhlükəsizliyi Xidmətində ikinci şəxsin kimliyi də maraq doğurur.
Qeyd edək ki, Azərbaycanda hakimiyyət pilləsinin yuxarı mərtəbələrini tutan məmurlar arasında uzun müddətdir eyni kürsüdə əyləşənlər də var, nisbətən az staja malik olanlar da. Müşahidələr göstərir ki, bəzi dövlət qurumlarında rəhbər şəxslə yanaşı, həmin orqanın ikinci şəxsi də - birinci müavin və ya müavin postunu tutan məmur - eyni vəzifəni illərdir dəyişmir.
Təbii ki, dövlət qurumlarının birinci və ikinci şəxsləri ilə bağlı bu fikirləri Dövlət Təhlükəsizliyi Xidmətinə aid edə bilmərik. Çünki bu qurumun yaradılmasından cəmi 1 il 4 aya yaxın vaxt ötür.
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad ediləndən (17.10.2015) sonra onun kadrları da xüsusi xidmət orqanlarından təmizləndi. Və Azərbaycanın xüsusi xidmət orqanları yenidən təşkil olundu.
Eks-nazir Eldar Mahmudovun vaxtilə xüsusi xidmət orqanlarından uzaqlaşdırdığı bəzi bacarıqlı kadrlar yenidən formalaşdırılan Dövlət Təhlükəsizliyi Xidmətinə qaytarıldı. Elə hazırda DTX-da ikinci şəxs olan general da həmin kadrlardandır.
Bəs DTX-nin ikinci şəxsi kimdir?
1491162587.jpg)
"Qaynar" modern.az-a istinadən bununla bağlı informasiyanı təqdim edir.
Dövlət Təhlükəsizliyi Xidmətində rəhbərlikdə təmsil olunan general-mayor İsmayıl Bağırov ölkə başçısnın 2 mart 2016-cı il tarixli sərəncamı ilə DTX rəisinin müavini təyin edilib.
İsmayıl Məmmədəli oğlu Bağırova Prezident İlham Əliyevin 17 mart 2016-cı il tarixində imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsi verilib.
İsmayıl Bağırov vaxtilə keçmiş Milli Təhlükəsizlik Nazirliyində çalışmış, lakin sonradan Eldar Mahmudov tərəfindən bu sistemdən uzaqlaşdırılmışdı.
Hələ keçmiş MTN sistemində çalışdığı müddətdə - 28 mart 2009-cu ildə - o zaman polkovnik rütbəsində olan İ.Bağırov xüsusi xidmət orqanlarındakı fəaliyyətinə görə, milli təhlükəsizlik orqanlarının 90 illik yubileyi münasibətilə “Vətənə xidmətə görə” ordeninin üçüncü dərəcəsi ilə təltif edilib. Bu təltif zamanı onun Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat fəaliyyətinin aşkarlanması və qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə yüksək peşəkarlıq göstərməsi, xidməti vəzifələrini yerinə yetirərkən fərqlənməyi əsas götürülüb.
Keçmiş MTN əməkdaşları İ.Bağırovu təhlükəsizlik sisteminin ən professional şəxslərindən biri kimi xarakterizə edirlər. Onun 2016-cı ildə yenidən xüsusi xidmət orqanlarına işə qaytarılması vaxtilə təhlükəsizlik orqalarında çalışanlar tərəfindən yüksək qiymətlənrilib. Vaxtilə Dağlıq Qarabağ müharibəsindn keçmiş general-mayor İsmayıl Bağırovun öz işini mahir bilən çekist olduğu vurğulanır.
İ.Bağırov vaxtilə keçmiş MTN-də Əks-kəşfiyyat üzrə baş idarənin rəisi, eks-milli təhlükəsizlik naziri Namiq Abbasovun beynəlxalq əlaqələr üzrə köməkçisi vəzifələrini tutub.
General-mayor İsmayıl Bağırov hazırda həm də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvlərindən biridir.
NUH.az
Oxşar xəbərlər
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 2025 23:43
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 2025 23:21
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 2025 15:27
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 2025 20:31
- Hamımız türk ola-ola, niyə başqa dillərdə – ingilis və rus dillərində danışırıq?
12 aprel 2025 14:12
- Prezidentin nəvələri Ərdoğanla - Foto
12 aprel 2025 12:02
- İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü FOTO YENİLƏNDİ
11 aprel 2025 20:54
Xəbər lenti
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
Video & Fotoqalereya
Video
Fotoqalereya