Hərbi əməliyyat, yoxsa müasir müharibə..?

Azərbaycan ordusunun 4 gün davam edən uğurlu hərbi əməliyyatları başa çatdı. Bunun hərbi-siyasi əhəmiyyəti zaman keçdikcə daha aydın görünəcək. Amma tələsik də olsa bu irimiqyaslı hərbi əməliyyat barədə ilkin fikirlər söyləmək olar.
İlk öncə onu qeyd edim ki, 1-ci Qarabağ savaşından fərqli olaraq bu dəfə Azərbaycan cəmiyyətində cüzi də olsun panika-təşviş yox idi. Əksinə, cəmiyyətimizdə çox yüksək vətənpərvərlik əhval-ruhiyyəsi, döyüş əzmi var idi. Öz övladını müharibədən yayındırmaq kimi əvvəllki savaşda rastlaşdığımız hallar hətta heç kimin ağlının ucundan belə keçmədi. Yəni cəmiyyət 7-dən 77-yə kimi döyüşə hazır ovqatda idi. Erməni cəmiyyətində olan dəhşətli PANİKA-dan fərqli olaraq Azərbaycan cəmiyyətində daxili inam və rahatlıq var idi. İlk dəfədir ki, Azərbaycan xalqı öz dövlətinə, öz ordusuna, öz prezidentinə inanaraq onun ətrafında sıx birləşdi.
Digər vacib cəhət odur ki, Azərbaycan ordusunun bu günədək ancaq hərbi təlimlərdə gördüyümüz müasir silahları ilk dəfə olaraq döyüşdə sınaqdan uğurla çıxdı. Və Azərbaycan cəmiyyəti öz müstəqillik tarixində ilk dəfə olaraq müasir müharibənin nə olduğunu öz gözləri ilə gördü və yaşadı. Yəni bugünədək Azərbaycan insanı müasir müharibəni ancaq xarici kinolarda görmüşdü.
4 günlük hərbi əməliyyatlarda nöqtəvi zərbələrin, müxtəlif qoşun növləri arasında dəqiq koordinasiyanın şahidi olduq. Bu artıq adi hərbi əməliyyat deyil, müasir müharibə idi. Bunu hərbi təlimlərdə həyata keçirmək olmur. Çünki hər şeyin əvvəlcədən planlaşdırıldığı hərbi təlimdən fərqli olaraq bu dəfə qarşıda real düşmən var idi.
Məlumat üçün onu da qeyd edim ki, bir neçə il əvvəl nəhəng Rusiya ilə kiçik Gürcüstan arasında baş verən müharibədən sonra rus generalları açıq etiraf etdilər ki, rus ordusu müasir müharibəyə hazır deyildi. Bəli, müasir müharibə bambaşqadır. Müasir müharibə əsgər sayından çox texnoloji resurslara üstünlük verir. 4 günlük əməliyyatda Azərbaycan ordusu müasir müharibə aparmaq qabiliyyətini ortaya qoydu. Yəni bu müharibə 1991-93-cü illərin müharibəsi deyildi.
Yeri gəlmişkən, 4 günlük müharibə həm də yeri gəldi-gəlmədi “Neft pulları hara gedib?” soruşanlara da tutarlı cavab oldu.
Məlumdur ki, 30 ilə yaxındır davam edən bu savaşda az qala dünyanın əksər dövlətləri bizi başkəsən, quldur kimi, ermənilər isə cəfakeş, məzlum kimi qələmə verirdlər.
Bu dəfəki əməliyyatlarda isə az qala dünyanın xeyli dövləti bizim haqq işimizə dəstək verdilər, ən azı neytral qaldılar. Qardaş Türkiyənin, Pakistanın, qonşu Gürcüstanın dəstəyini gördük. Həmişə bizim əleyhimizə olan Qərb ölkələri ən azı neytral qaldılar. Yeri gəlmişkən, bir neçə il əvvəl cənab İlham Əliyev Belorusiyaya kredit köməyi edəndə bəziləri buna yumşaq desək ağız büzdü. Bəllidir ki, həmin kredit zamanında geri qayıtdı. Ancaq ölkə başçısının həmin düzgün addımı, uzaqgörən qərarı bu gün öz bəhrəsini verdi. Belorusiya dövləti və başçısı hətta Ukraynaya vermədikləri dəstəyi bizə verdilər. Bütün bunlar ölkə başçısını siyasətə qoyduğu investisiyalardır. Prezidentin 10 illik düzgün siyasətinin nəticəsi olaraq Qərb, qatı ermənipərəst Fransa neytrallıq nümayiş etdirdilər. Bax, bu bizim diplomatiyanın qələbəsidir.
Həmişə, bizə ironiya ilə yanaşan və “Elə etməyin ki, Bakıya qədər gələk” deyən yekəbaş ermənilər başda prezident Sarkisyan olmaqla panikaya düşdülər.
Bir məsələni də qeyd etməyi vacib hesan edirəm.
Bu 4 günlük hərbi əməliyyatlar nəticəsində Ermənistan və onun havadarları Azərbaycan və Ermənistan orduları və cəmiyyətləri arasındakı FƏRQİ gördülər. Yəqin ki, müxtəlif vasitələrlər bu FƏRQİ aradan qaldırmağa cəhd edəcəklər. Ona görə də arxayın olmaq olmaz. Və 3 istiqamətdə ( informasiya savaşı, kəşfiyyat və diplomatiya ) təcili hücuma keçməliyik.
Kəşfiyyat kanallarından istifadə edərək Minsk Qrupunun bəzi üzvlərinin mənəvi cəhətdən həmsədr olmaq hüququnu itirməkləri ilə bağlı faktları ortaya qoymalıyıq.
Beləliklə, hərbçilərimiz öz işlərini uğurlar yerinə yetirdi. İndi isə diplomatiya və informasiya müstəvisində mübarizə aparmağın zamanıdır.
Onu da qeyd edim ki, bəzi insanlarımızın hərbi əməliyyatların dayandırılmasına münasibəti birmənalı deyil.
Bilmək lazımdır ki, bu müharibədən tam qələbə gözləmək sadəlövhlük olardı. Əslində 4 günlük maharibə gələcək Qarabağ müharibəsinə hazırlıq idi. Bu həm də erməniləri sülhə məcbur etmək üçün vacib idi.
Sonda bir məsələni də qeyd etməyi vacib hesab edirəm.
Bu 4 günlük müharibə eyni zamanda bizim bəzi minuslarımızı da ortaya çıxardı. Bəli oldu ki, 20 il fəaliyyət göstərn telekanalarımızın hərbi müxbirləri yoxdu, hərbi əməliyyatlarla bağlı canlı reportajlar görmədik.
Biz Ermənistan və Rusiya mənbələrinin dünyaya yaydığı xəbərləri 2 gün sonra deyil, anındaca təkzib etməli idik, gecikməli deyildik. Bunları vaxtında etməklə qarşı tərəfin informasiya mənbəyi olaraq etibarsızlığına nail olardıq.
Bir sözlə, informasiya savaşında geri qalırdıq.
Yəni o boyda müasir müharibənin informasiya tərəfini Vahid Naxış kimilərin ümidinə buraxmaq olmaz.
Sonda bir məsləni xüsusi olaraq vurğulamaq, məncə yerinə düşər.
Dünyanın nüfuzlu təşkilatları öz sorğularında Azərbaycan ordusunun reytinqini ön sıralarda qeyd edəndə bizim özümüzün inanmağımız gəlmirdi. Ancaq 4 günlük müharibə bunu sübut etdi. Yəqin ki, bundan sonra ordumuz öz reytinqinə görə dünya orduları sırasında daha bir neçə pillə irəliləyəcək.
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 2025 12:28
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Qəzza razılaşmasının növbəti mərhələsinin müzakirəsinə hazırıq – Netanyahu
30 mart 2025 22:22
- Şeyxə görə məni niyə narahat edirsiz? - Paşazadədən sərt açıqlama
30 mart 2025 16:32
- Tаnınmış аlimin Аli Məhkəmənin sədrinə, Bаş prokurorа MÜRАCİƏTİ
30 mart 2025 14:44
- SON DƏQİQƏ! Polis Biləsuvarda əməliyyat keçirdi: saxlanılanlar var FOTO
30 mart 2025 12:34
- Donuzdan insana qaraciyər köçürüldü – Tibb elmində YENİLİK
29 mart 2025 23:55
- O ünsürlər buna layiq deyillər - Prezident
28 mart 2025 14:33
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45