“Azəriqaz”da yoxlama aparıldı, nöqsanlar var

Hesablama Palatasının Kollegiya iclasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri haqqında hesabat təsdiq olunub.
APA xəbər verir ki, müəyyən edilib ki, 2009-2013-cü və 2014-2018-ci illər üzrə Dövlət Proqramlarına əsasən ölkənin qazla təmin edilməyən məntəqələrinin qazla təchiz edilməsi, rayon və şəhərlərin qaz təchizatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi və Bakı şəhərində qaz təchizatının yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədi ilə Dövlət Neft Şirkəti tərəfindən dövlət əsaslı vəsait qoyuluşu üçün tələb olunan büdcə vəsaitlərinin proqnozlaşdırılması zamanı Azərbaycan prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə əməl edilməyərək sahə üzrə dövlət investisiya layihələrinin əsaslandırılmasını, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri tərtib edilməyib.
Birbaşa layihə-smeta sənədlərinin hazırlanması, layihənin texniki iqtisadi əsaslandırılması və qiymətləndirilməsi, həmçinin tikinti layihələrinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması və həmin tikinti obyektlərinə ayrılmış vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsi baxımından ekspertizadan keçirilməsi təmin edilməyib. Dövlət Neft Şirkətinin kapital qoyuluşu Planına daxil edilən yaşayış məntəqələrinin qazlaşdırılmasına tələb olunan vəsaitin həcmi obyektlərin layihə-smeta sənədləri hazırlanmadan cari ildəki qazla təchiz olunan yaşayış məntəqələrinin siyahısına, növbəti illər üzrə investisiya xərclərinə ayrılan vəsaitlərin məbləğinə və əvvəlki illərin faktiki göstəricilərinə əsasən hesablanıb, qüsur aktları əsasında “Azəriqaz” İB-nin tabeliyində olan Layihə-Konstruktor Bürosu tərəfindən layihə-smeta sənədləri hazırlansa da, bir sıra hallarda dövlət ekspertizasından keçirilməyib və ya bir sıra layihələr isə işlər yerinə yetirilib müvafiq qaydada rəsmiləşdirildikdən sonra dövlət ekspertizasından keçirilmiş, işlərin qiymət cədvəli mövcud qaydalara uyğun tərtib edilməyib. 1 yanvar 2016-ci il tarixə başa çatdırılmayan tikintilərin həcmi qoyulan vəsaitin 48,15 faizini təşkil etməsinin səbəblərindən biri də dövlət ekspertiza rəyində göstərilən iradların aradan qaldırılmaması olub.
Qazlaşdırma tədbirlərinin intensiv olaraq həyata keçirilməsinə, o cümlədən qaz təsərrüfatı şəbəkəsinin əsaslı surətdə yenilənməsinə, əsasən əhali istehlakçı qrupu üzrə qaz şəbəkəsinin yenidən qurulmasına vəsait qoyulsa da, Birlik üzrə normadan artıq itki 2014-cü ildə 12,4% təşkil edib, 2015-ci ildə isə 14% olub. “Azəriqaz” İB ilə Qaz ixrac idarəsi arasında təbii qazın magistral qaz kəmərləri vasitəsi ilə nəqli üzrə müqavilədə təbii qazın itkisinin örtülmə mənbəyi və miqdarı göstərilməyib, bu sahədə tərəflərin məsuliyyəti müəyyənləşdirilməyib. Bir sıra hallarda dövlət büdcəsinin vəsaiti hesabına nizamnamə kapitalının artırılmasına aid edilmiş məbləğ üzrə ƏDV məbləği əvəzləşdirilməsi hallarına yol verilib, Dövlət Neft Şirkətinin Baş ofisi tərəfindən Birliyə qaytarılmaq şərti ilə ayrılmış maliyyə yardımlarının sonradan borc kimi geri alınması ayrıca sənədlə rəsmiləşdirilməyib. Bu vəsaitin xərc istiqamətləri müəyyənləşdirilməmiş və xərclər smetası tərtib edilməyib, həmin vəsaitlərin Birliyin maliyyə-təsərrüfat fəaliyyətinə təsirləri və gələcəkdə qaytarılma mənbələri əsaslandırılmayıb. Tərəflər arasında münasibətlər, o cümlədən ödəniş qrafiki müəyyən edilməyib. Birliyin Nizamnaməsinə əsasən Birlik ARDNŞ-nin öhdəliklərinə, ARDNŞ isə Birliyin öhdəliklərinə görə cavabdeh olmadığı müəyyən edilsə də, “Azəriqaz” İB-nin balansında olan əsas vəsaitlərin və müəssisələrin Dövlət Neft Şirkətinin tabeliyində olan hüquqi şəxslərə əvəzsiz verilməsi “Azəriqaz” İB-nin gəlirliliyinin azalmasına, ödəmə qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarması ilə yanaşı əlavə öhdəliklərin yaranmasına da səbəb olub.
“Azəriqaz” İstehsal Birliyinin maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlansa da, qüvvədən düşmüş normativ sənədlərə uyğun hazırlanmış hesabat göstəriciləri arasında fərqlər mövcud olub. Maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı Səmərəlilik, Likvidlik və Borclanma göstəricilərinin təhlili zamanı xalis aktivlər və xalis mənfəət mənfi olduğundan xalis aktivlər üzrə və əməliyyat gəlirlərinin olmaması, cari öhdəliklərin cəmi aktivlərdən çox olması səbəbindən sərf edilən kapitaldan istifadə üzrə mənfəətliliyə nail olunmaması, maya dəyərinə çəkilmiş xərclər ötən illərlə müqayisədə artaraq 2013-cü ildə ümumi gəlirlərin 48,4%-ni, 2014-cü ildə 53,2%-ni və 2015-ci ildə isə 55,2%-ni təşkil etməsi, həmçinin, gəlir əldə olunması üçün təşkilat tərəfindən aktivlərin istifadəsi üzrə fondverimliliyinin hər il azalaraq 2013-cü ildə 23,1%, 2014-cü ildə 22,4% və 2015-ci ildə isə 21,8% təşkil etdiyi müəyyən olunub. Qazın topdan alışı, nəqli və pərakəndə satışı prosesində bəzi hallarda mərkəzləşdirilmiş qaydada iqtisadi nəticəliliyi tam əsaslandırılmayan idarəetmə qərarlarının qəbul edilməsi halları, o cümlədən nəqliyyat xidmətlərinə olan tələbatın təsərrüfat daxili əsaslarla deyil, sifarişçilər əsasında (icarəyə götürülməklə) reallaşdırılması, təbii qazın topdanalışı və nəqli prosesində iştirakçı qismində üçüncü hüquqi şəxsin cəlb edilməsi, Birliyin balansında olan əsas vəsaitlərin əvəzsiz olaraq digər hüquqi şəxslərin balansına köçürülməsi, və digər bu kimi hallar “Azəriqaz” İB-nin fəaliyyətinin (auditlə əhatə olunan dövrdə) zərərlə başa vurması ilə nəticələnib.
Hesablama Palatasının Kollegiyası müəyyən edilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi və bu istiqamətdə görülmüş tədbirlər haqqında Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surətinin Dövlət Neft Şirkətinə, auditin nəticələri üzrə vergi qanunvericiliyinin tələblərinə uyğun tədbirlərin görülməsi məqsədilə müvafiq məktubun Vergilər Nazirliyinə göndərilməsi barədə qərar qəbul edib.
Auditin nəticəsi barədə Milli Məclisə məlumat təqdim edilib.
NUH.az
- Təsərrüfat müdiri məktəbin direktorunu DÖYDÜ
7 mart 2025 15:36
- 65 qəpiklik toyuq ətini insanlara yedizdirirlər, ciddi cəzalar lazımdır - Çingiz Qənizadə
6 mart 2025 19:31
- SƏRİN-də mənşəyi məlum olmayan ətdən yemək hazırlanırmış - Fotolar
6 mart 2025 11:29
- 15 respublika arasında TƏK Azərbaycanda EŞŞƏK ƏTİ yeməli hesab edilib...
5 mart 2025 15:47
- Mal əti adıyla at ətindən dönər hazırlanırmış - Fotolar
5 mart 2025 13:31
- Bələdiyyə sədri : Arvadı mühasib, qardaşı oğlu müavin
23 fevral 2025 17:36
- Bakıda ayı əti satan mağaza sahibi onları görən kimi qaçdı ..
20 fevral 2025 12:07
- Zaur Hüseynovun dövründə - 4 milyonluq pozuntu olub
15 fevral 2025 15:07
- Bu şəraitdə meyvə şirəsi istehsal edirmişlər - Video
12 fevral 2025 17:25
- Eldar Həsənovun övladlarından İlham Əliyevə müraciət
10 fevral 2025 00:18
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 21:37
- Keçən il nə qədər adam evlənib ?
14 mart 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 12:31
- Bu gün Anarın doğum günüdür
14 mart 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
13 mart 18:26
- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
13 mart 15:43
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 22:10
- Prezident İƏT-in Baş katibini qəbul etdi
12 mart 20:58
- Tamilla Şirəliyeva vəfat etdi
12 mart 20:00
- Nə qələt istəyirsən, et ! - Pezeşkiandan Trampa sərt cavab
12 mart 12:19
- Prezident qəbullar keçirdi (YENİLƏNİB)
12 mart 11:40
- Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Xəbərdarlıq
12 mart 00:24
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 23:46
- Anarın məhkəməyə verəcəyi şair: Daha ciddi, iyrənc faktlar bilirəm
11 mart 23:21
- Yeyintiyə qarşı çıxdım, işimdən oldum - Tahir Əmiraslanov Fuad Nağıyevi İFŞA ETDİ VİDEO
11 mart 22:18
- Kanadanın istefa verən baş naziri kreslosunu da özü ilə apardı
11 mart 21:50