“Demokratik dəyərləri və insan hüquqlarını qurban verməməliyik" - Azay Quliyev
Siyasət28 mart 2017 18:25
ATƏT Parlament Assembleyasının vitse-prezidenti Azay Quliyev Sankt-Peterburqda ATƏT PA və Müstəqil Dövlətlər Birliyi üzv ölkələrin Parlamentlərarası Assambleyasınınbirgə təşkil etdiyi “Beynəlxalq Terrorizmlə Mübarizə üzrə Parlament Konfransı”nda çıxış edib.
“Beynəlxalq (Humanitar) Hüquq və Terrorizm: Çağırışlar və onlara cavablar” mövzusunda məruzə edən ATAT PA-nın vitse-prezidenti Azay Quliyev indiyədək terrorizmi pisləyən çoxsaylı bəyanat və qətnamələrin qəbul edilməsinə baxmayaraq, həmin sənədlərdə terror fəaliyyətinin effektiv şəkildə aradan qaldırılmasına (hərbi, siyasi, hüquqi və s.) yönələn mexanizmlərin olmadığını bildirib: “Bu gün hər bir dövlət öz vətəndaşlarını terror təhlükəsindən qorumağı bacarmalıdır. Bu dövlətlərin təkcə hüququ deyil, eyni zamanda vəzifəsidir. Dünya birliyi, ayrı-ayrı ölkələr beynəlxalq terrorla mübarizədə öz səy və potensialını birləşdirməli və “ümumidüşmənlə” effektiv şəkildə mübarizə aparmalıdır. Lakin, dövlətlər elə etməlidir ki, terrorizmlə mübarizə tədbirləri zamanı insan hüquqları və humanitar standartlar pozulmasın, başqa sözlə,demokratik dəyərlər və insan hüquqları terrorla mübarizəyə qurban edilməsin. Əksinə, terrora qarşı mübarizədə yeganə uzunmüddətli və səmərəlivasitə BMT Nizamnaməsi, insan hüquqları haqqında beynəlxalq razılaşmalar və Cenevrə Konvensiyaları kimi ən mühüm beynəlxalq sənədlərdə göstərilən insan hüquqları, demokratiya və sosial ədalətə real həyatda əməl etməklə ciddi nailiyyətlər əldə etmək olar”.
Azay Quliyev son illərdə bəzi ATƏT ölkələrində qaçqın və sığınacaq axtaranlara qarşı kriminal hərəkətlərin artmasının narahatlıq doğurduğunu deyib: “Qaçqın və sığınacaq axtaran kütlənin içərisində ağır cinayət əməlləri törətmiş şəxslərin də olması qeyd olunan kateqoriyaya mənsub bütün insanlara pis münasibət göstərilməsinə və onların lənətlənməsinə əsas vermir. Sığınacaq axtaranların həmin ölkələrə qeyri-qanuni gəlmələri onların tələblərinin rədd edilməsinə səbəb ola bilməz. Eyni zamanda onların ağır cinayətlər törətmiş etnik və ya dini qruplara aid olması həmin insanların təcrid olunmasına əsas yaratmır. Əgər biz terror aktlarına qarşı mübarizə apararkən insan hüquqlarını qoruya bilməsək, nəticədə terroristlər və bütövlükdə terror bütün bəşəriyyətə qalib gələcək. Məhz terrorçuların əsas məqsədi dünya düzənini pozmaq, ölkələrdə çaxnaşma və xaos yaratmaq, ən əsası isə hamılıqla qəbul edilən demokratik dəyər və prinsipləri məhv etməkdən ibarətdir”.
ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev çıxışında diqqəti qaçqın və sığınacaq axtaranlara birbaşa təsir göstərə biləcək 5 əsas problemə yönəldib: “Birinci, terrorla əlaqəsi olan və ya bu cür əlaqədə əsaslı şəkildə şübhəli bilinən şəxslərləhəqiqiqaçqın vəziyyətinə düşən şəxslər arasında fərq dəqiq müəyyənləşməli və qaçqın statusunu almaq üçün tələb olunan prosedurlara əməl edilməsi minimum satandartlara cavab verməlidir. Əmin olmaq lazımdır ki, qaçqınların müəyyən edilməsi ilə bağlı qərarlar bu sahədə bilikli və yüksək ixtisaslı şəxslər tərəfindən qəbul olunur.Qaçqın statusu almaq istəyən vicdanlı insanların hüquqları pozulmamaldır. Hamı qəbul etməlidir ki, bu insanlar məhz terrorun qurbanına çevrilərək qaçqın vəziyyətinə düşüb və yaranmış münaqişə vəziyyətindən canını qurtarmaq üçün başqa ölkələrə pənah gətirmək məcburiyyətində qalıblar”.
İkinci məsələ sığınacaq axtaranlarla rəftarla bağlıdır. Bir çox hallarda sığınacaq axtaranlara münasibət müsbət olmur. Onlar dini və milli zəmində diskriminasiyaya məruz qalır və ciddi təzyiqlərlə üzləşirlər. Hesab edirəm ki, sığınacaq axtaranların həbsi istisna hal olmalı, adi bir qaydaya çevrilməməlidir. Bu həbslər yalnız o zaman qəbul edilə bilər ki, onların terrorla əlaqəsinin olmasına əsaslı şübhələr olsun və ya həbslə bağlı şərtlər ədalətli olsun. Bununla belə, daxili qanunvericiliyə əsasən bu həbslər məhkəmə təftişinə tabe olmaqla yanaşı, həm də qeyd edilən prosesə uyğun olmalıdır.
Digər bir mühüm məsələyə - qaçqınların və sığınacaq axtaranların təcrid edilmə məsələsinə toxunan Azay Quliyev qeyd edib: “Unutmaq olmaz ki, həqiqi qaçqınlar və sğınacaq axtaranlar terrorun qurbanı olaraq ölkələr tərəfindən tam şəkildə müdafiə olunmalıdır. Ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərdən başqa heç kim üz tutduğu ölkədə təcridə məruz qalmamalıdır. Onlar beynəlxalq humanitar qanunların tələblərinə uyğun olaraq müdafiə olunmalı və əsasssız olaraq qaçqın statusundan məhrum edilməməlidirlər. Mən dövlətləri beynəlxalq hüququn tələbinə əməl etməyə çağırıram” .
1951-ci il Konvensiyası göstərilən proseslə bağlı qanuna əsaslanaraq verilmiş qərara uyğun olaraq qaçqınların ölkədən çıxarılmasına - deportasiyasına milli təhlükəsizlik və ya ictimai asayişə təhlükə ola biləcəyi hallarda icazə verir. Bu halda qaçqına ona qarşı irəli sürülən ittihamlara cavab vermək üçün sübutların təqdim edilməsinə şərait yaradılmalıdır”.
Azay Quliyev çıxışında BMT Təhlükəsizlik Şurasının terrorist və sığınacaq axtaranlar/qaçqınlar arasında əlaqələrin olduğunu irəli sürən 1373 nömrəli qətnaməsini tənqiq edərək bildirib ki, bu qətnamənin olduğu kimi tətbiqi bir sıra anlaşılmazlıqlara, sui-istifadələrə qanun pozuntularına səbəb olur. “Qətnamədəki müddəaların bəziləri möbcud vəziyyətə tam olaraq adekvat deyil və onların yerinə yetirilməsi qeyri müəyyənliyə, ədalətsiz qərarların qəbuluna, bir sıra hallarda isə pozuntularla səbəb olur. Ona görə də sözügedən qətnamə beynəlxalq qaçqın hüququnun tələblərini nəzərə alaraq tətbiq edilməlidir. Terrorçuların sığınacaq axtaranlarla bağlı sistemdən sui-istifadə etməsinin qarşının alınması üçün dövlətlərin qəbul etdiyi qanuni tədbirlər günahsız qaçqın və sığınacaq axtaranların təqibi ilə nəticələnməməlidir”.
Sonda, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev aparılan müzakirələrin, səsləndirilən tövsiyələrin qlobal terrorizmlə mübarizə konteksində insan hüquqlarının müdafiə edilməsi işinə töhfə verəcəyinə ümid etdiyini bildirib.
NUH.az
Oxşar xəbərlər
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 2024 20:16
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 2024 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 2024 16:42
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 2024 13:38
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 2024 12:05
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 2024 17:44
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 2024 13:22
- Hər kolbasa yedikcə, ömrünüzdən 24 dəqiqə oğurlanır: SENSASİON tədqiqat
20 dekabr 2024 11:41
- Gülşən Qurbanovanın bacısı: Bəlkə də, mənə elə gəlirdi, ancaq canı üstündə idi... - Müsahibə
19 dekabr 2024 21:09
- Prezident Ermənistandan qovulmuş azərbaycanlılardan danışdı
19 dekabr 2024 11:27
Xəbər lenti
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
Video & Fotoqalereya
Video
Fotoqalereya