“Ərazi itkilərimiz yoxdur” - Polkovnik Ramaldanov
Hadisə25 fevral 2017 19:13
Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı Azərbaycan ordusu tərəfindən alınıb, tərəfimizdən heç bir ərazi itkisi yoxdur.
Bunu virtualaz.org-a polkovnik Şair Ramaldanov deyib.
Polkovnikin sözlərinə görə, hər iki tərəf canlı qüvvə itkisi verib. Ramaldanov neytral zonada Azərbaycan əsgərlərinin meyitlərinin qalması barədə məlumatı təsdiqləyib. “Həmin hərbçilər müəyyən qədər neytral zona daxilində yerləşən “önə çəkilmiş postlar”da xidmət edirdilər”, - ekspert bildirib.
“Keşikçi postları neytral ərazinin 100 metr dərinliyinə qədər məsafədə yerləşə bilər. Həmin əsgərlər erməni ordusunun zərbəsini ilk olaraq dəf ediblər və qəhrəmancasına vuruşublar. Hazırda həlak olanların meyitlərinin qaytarılması üçün operativ tədbirlər görülür. Beynəlxalq Qırmızı Xaç Komitəsi baş verənlərlə bağlı xəbərdar edilib. Problem bundan ibarətdir ki, erməni tərəfi snayperlərini ön cəbhəyə çəkib. Buna görə də, həlak olmuş əsgərlərin meyitlərini itkisiz götürmək çətindir”, - o qeyd edib.
Ramaldanov məlumat verib ki, ötən gecə ermənilərin hücumu, güman ki, əvvəllər aparılmış atışmaların davamı olub və qarşı tərəfin kəşfiyyat-diversiya qruplarının hərəkəti ilə bağlıdır. “Onlar müxtəlif istiqamətlərdə, o cümlədən Xocavənd istiqamətində Azərbaycan ordusunun mövqelərində zəif yerlər axtarıblar. Azərbaycan hərbçiləri əsl hərbi rəşadət göstərərək gərgin gecə döyüşündə layiqli cavab veriblər və düşməni əvvəlki mövqelərinə qayıtmağa məcbur ediblər”, - Ramaldanov deyib.
Hərbi mütəxəssisin sözlərinə görə, hazırda ermənilər qüvvələrini cəbhə xəttinə çəkirlər, tanklar ön xəttə toplanıb. Ekspert qeyd edir ki, cəbhə xəttində kəskinləşmə Ermənistan hakimiyyəti tərəfindən yaradılıb və onlar əhalinin diqqətini daxili problemlərdən Qaarabağdakı vəziyyətə yönəltməyə çalışırlar.
“Rəsmi Yerevan daim öz əhalisini inandırmağa çalışıb ki, ötən ilin aprel ayında itirilmiş əraziləri geri qaytaracaq. Lakin erməni ordusu bunu edə bilmir. Bizim ordumuz istənilən hərbi tapşırığı yerinə yetirməyə hazırdır”, - Ramaldanov vurğulayıb.
NUH.az
Oxşar xəbərlər
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 2024 20:31
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 2024 12:17
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
15 aprel 2024 10:27
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
Xəbər lenti
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
Video & Fotoqalereya
Video
Fotoqalereya