247 saylı məktəbdə rüşvətxorluq … Müdhiş faktlar
Təəssüf ki, uğurlarından daha çox baş verən biabırçı hadisələrlə gündəmdən düşməyən təhsil sistemi haqqında hər gün yeni məlumatlar yayılır.
Son vaxtlar daha çox təcrübə labarotoriyasını xatırladan ölkə təhsilində baş verənlərə baxdıqda idarəetmənin hansı səviyyədə olduğunu təsəvvür eləmək elə də çətin olmur. Ölkənin tale yüklü strukturuna, dövlətin, xalqın gələcəyini təmin edən bir sahəyə biznes maraqlarından yanaşmaq, qazanc mənbəyinə çevirmək ən azından dövlətə və xalqa xəyanətə bərabərdir.
Təhsil sistemində illərdir kök salan korrupsiya və rüşvətxorluq hələ də inkişafın qarşısında sədd çəkən başlıca maneədir. Məktəbləri qazanc mənbəyinə çevirənlər, elm ocaqlarını özəl müəssisəsi hesab edənlər rəhbər mövqelərini qoruduqca vəziyyət elə belə də davam edəcəkdir. Redaksiyamıza Nəsimi rayonunda fəaliyyət göstərən Milli Qəhrəman Abdulla Rəhimov adına 247 saylı tam orta məktəbin direktoru Nihal Hacıyevanın fəaliyyətini əks etdirən ilginc faktlar daxil olub.
Məktəbi bazar qanunları ilə idarə edən direktorun fəaliyyətindən narazı olan müəllimlər artıq onun “pullu idarəetməsi” ilə barışmaq istəmirlər. Bildirilir ki, Nihal Hacıyeva direktor işlədiyi müddətdə məktəbdə rüşvət özünün çiçəklənmə mərhələsinə qədəm qoyub. Bütün müəllimlər aylıq haqq verməyə məcbur edilirlər. Yuxarı siniflərin- IX, X, XI sinif rəhbərləri hər ay 20 manat “direktor vergisi” ödəyirlər. Aşağı siniflərin rəhbərləri isə 10 manat verməklə “aylıq” borclarından çıxırlar. Həmçinin müxtəlif adlar altında pul toplanılması 247 saylı məktəbdə sıradan hal hesab edilir. Nihal Hacıyevanın məktəbdə “qara kassası” rolunu isə psixoloq Gülbəniz Hüseynova həyata keçirir. Şagirdlərin psixoloji durumundan bixəbər olan G. Hüseynova müəllimlərin psixikası ilə “oynamaqdan” sanki zövq alır. Nihal Hacıyevanın özü ilə gətirdiyi psixoloq xanım hər ay əlində siyahı müəllimlərin başının üstünü kəsdirib “aylığı” verməyə məcbur edir. Nihal Hacıyevanın məktəbdə saxladığı “ölü ştatlar”ın sayını isə yəqin ki, özündən başqa dəqiq bilən yoxdur. Adlarına maaş yazılan belə “işçilərin” hesabına hər ay büdcədən külli miqdarda pul mənimsənilir. Təhsil Nazirliyinin rəsmi saytında Bakı məktəbləri bölməsində 247 saylı məktəb haqqında olan məlumatlarda isə diqqət çəkən bir məqamı xüsusilə vurğulamaq lazımdır. Nihal Hacıyeva istənilən yüksək çinli məmurun həsəd aparacağı kreslosunda çəkdirdiyi fotosuyla sanki hər kəsə meydan oxuyur. Məktəb direktorundan daha çox orta əsr şahlarına oxşayan N. Hacıyevanın belə yenilməzliyinin, toxunulmazlığının səbələri ilə bağlı da maraqlı faktlar əldə etmişik. Bildirilir ki, onun əsas himayədarı Bakı şəhər Təhsil İdarəsində çalışan anası Yaqut xanımdır. Təhsil İdarəsində kadr məsələləri ilə məşğul olan Yaqut xanım özünün “sevimli kadrı” olan qızını bütün təhlükələrdən qorumağı bacarır. Himayədarlıq etdiyi qızının necə kadr olduğunu görəndən sonra onun kadr sahəsində fəaliyyəti haqqında adam düşünmək belə istəmir. Kadr məsələlərini ticarət sahəsinə çevirən Yaqut xanım;n özü bu sahədə “əvəzedilməz kadr”dır. Rubrika.az-a verilən məlumatlarda Yaqut xanımın belə ticari qabiliyyətinin heç də təsadüfi olmadığı bildirilir. Əvvəllər xrustal qab-qacaq alveri ilə məşğul olan bu xanım sonralar cansız xrustallardan insan resurslarına keçməyi üstün tutub. Son iş yeri olan 26 saylı məktəbdən birdən-birə Bakı şəhər Təhsil İdarəsinə keçərək burada öz “ənənəvi” fəaliyyətini davam etdirir. 247 saylı məktəbin kollektivi direktorun “bazar qanunları” ilə barışmaq istəmədiklərini və ölkə başçısından, bu sahəyə bilavasitə cavabdeh olan Təhsil nazirindən kömək istəyirlər. Məktəbdə normal pedoqoji mühiti boğan, müəllimlərə və şagirdlərə qazanc mənbəyi kimi baxan N. Hacıyevanın əməllərinə göz yumduqca vəziyyət hər gün daha da pisləşir. Onun qanunsuz əməllərinə himayədarlıq edən anası isə qızının pedaqoq adına xələl gətirən əməllərinə sanki qanuni don geydirir. Tezliklə bu rüşvət, korrupsiya “ikilisi”nin əməllərinə son qoyulmazsa kütləvi narazılığın baş verməsi qaçılmaz olacaq. Nihal Hacıyevanın fəaliyyəti isə birbaşa ölkə başçısının yürütdüyü siyasətə vurulan zərbədir. Onu himayə edənlər bunu bilməmiş olmazlar.
NUH.az
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- İNTİHAR edən hərbçimizin FOTOSU
25 mart 2024 10:19
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- Ordumuzun əsgəri intihar etdi
24 mart 2024 23:16
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- DƏLLƏK necə TERRORÇU oldu? - SENSASİON FAKTLAR
23 mart 2024 20:47
- İcra başçısı xanım müavinini işdən çıxarıb - NİYƏSİ bilnmir...
22 mart 2024 19:13
- Sünbülə Əliyeva martın 20-də gecə saat 11 radələrində yaşadığı evdən aparılıb
22 mart 2024 18:26
- Azərbaycanda tanınmış şairi motosiklet vurdu: Ciddi xəsarət aldı - Foto
22 mart 2024 13:22
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41