İcra başçıları ilə bağlı ciddi dəyişikliklər gözlənilir - Deputat anons verdi
İqtisadiyyat22 fevral 2017 17:18
Ölkə başçısının struktur islahatları ilə bağlı anonsundan sonra İcra hakimiyyətləri və ona bağlı strukturlarda da ciddi dəyişikliklərin olacağı gözlənilir. Ayrı-ayrı nazirliklərin bölgələrdə şöbələrinin olduğunu nəzərə alsaq, iqtisadi çətinliklərlə üz-üzə qaldığımız bir vaxtda “əyalət padşahları”nın hökmranlığı çox yersiz görünür.
Bu haqda modern.az-a danışan Milli Məclisin deputatı Zahid Oruc ümumilikdə İcra hakimiyyətlərinin ləğvindən söhbət getməsə də, müəyyən ciddi dəyişikliklərin olacağının gözlənilən olduğunu açıqlayıb:
Kompüterdən istifadə edə bilməyən icra başçılarımız...
“İcra Hakimiyyətləri ləğv olunmasa da, Azərbaycan bölgələrinin büdcənin boğazında yükə çevrilməsi dayandırılmalıdır. Çıxış yolu, adının nə qoyulmasından asılı olmayaraq, bölgənin öz-özünü təmin edə bilməsindədir. Sən pis İcra Hakimiyyəti başçısı olasan, eyni zamanda regional büdcən də dolub-daşa, bu, qeyri-mümkündür. Əgər sən, menecmenti yaxşı bilməsən, müasir informasiya texnologiyalarından istifadəni bacarmasan, investisiya cəlbi üçün aktiv tədbirlər həyata keçirməsən, iş adamlarına şərait yaratmasan, hətta adın çox cazibədar terminlə ifadə olunsa belə, qəbul olunmayacaqsan. Reallıq bundan ibarətdir ki, Azərbaycanda İcra hakimiyyətlərilə bağlı problem müxtəlif dövrlərdə ölkə rəhbərliyi səviyyəsində deyilib. Buna görədir ki, Prezident kadr islahatları sahəsində məhz bu sferada ən böyük addımları atıb. Yeni dövr tələbləri baxımından bu sahədə islahatlar davam etdiriləcək”.
“İcra başçısı dirəniş göstərirdi”
Parlament üzvü tarixə ekskurs edərək, indiki icra başçılarını əvvəlkilərlə müqayisə edib: “1990-cı illərin reallığından çıxış etsək, o dövrdə rayonlara rəhbər təyin olunarkən əsas məqsəd, bölgənin ağır xaosdan çıxarılması idi. Qorxmazlıq, igidlik, ayrı-ayrı qruplaşmalara qarşı dirəniş amili önə çəkilirdi. İndi də həmin dövrün icra başçılarının adı xatırlanır. 1991-1992-ci illərdə silah vasitəsilə 1-ci şəxsləri əvəzləyirdilər, yaxud onların ailə üzvlərini girov götürürdülər. Həmin vaxt mənim təmsil etdiyim bölgədə belə bir hadisə baş vermişdi. Hətta ulu öndər gecə saat 4-də müxtəlif şəxslərlə əlaqə quraraq problemi çözməyə çalışmışdı. Nəticədə sərt cəzalara da gedilmişdi”.
“Bəzi “media mənsubları” icra başçısına “pul tələsi” kimi baxır”
Z.Oruc XXI əsrdə padşahlıq hökmranlığına yer olmadığını vurğulayıb: “2000-ci ildən sonra menecmentlik önə çıxdı. Artıq həmin dövrdə silahlı qüvvələr mövcud deyildi və Rasim Daşdəmirovlar, Ağa dayılar, Aslan Aslanovlar erası bitmişdi. Qarşıdakı dönəm üçün parametlər dəyişməkdədir. Əgər İcra Hakimiyyətinin rəhbəri elektron sistemlərdən istifadə edə bilmirsə, ayrı-ayrı “media mənsubları”nın pul tələsi kimi görünür və onların hədəfinə çevrilirsə, bu vasitə ilə əhalinin problemləri, vətəndaşların qəbulu, sahibkarların mühüm işləri kənarda qalırsa, demək ki, problemlərimiz hələ mövcuddur. Mən hesab edirəm ki, bütün bunlar dövlət başçısına hamımızadan daha yaxşı bəllidir. Nəzərə alın ki, hər gün bölgələrdən gələn məlumatlar Adminstrasiyada toplanaraq ölkənin birinci şəxsinə məruzə edilir. Ola bilsin ki, vətəndaşın qəbul olunması problemi fonunda dərhal qərar verilməsin. Amma zaman keçdikdə insanları incidən icra başçılarını aqibətinin şahidi oluruq. Dediyim dövr baxımından gələcəkdə islahatlar prosesinin daha da sürətli olacağını düşünürəm”.
NUH.az
Oxşar xəbərlər
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 2024 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya