"Mehriban Əliyeva yeni vəzifəsində də böyük nailiyyətlərə imza atacaq" - Cəmil Quliyev
Mehriban xanım Əliyeva yeni vəzifəsində də böyük nailiyyətlərə imza atacaq. Bunu Trend-ə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyev deyib:
"Möhtərəm Prezidentimizin Mehriban xanım Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi haqqında sərəncamını çox yüksək qiymətləndirirəm. Azərbaycanın birinci xanımı uzun illərdir ki, ölkənin ictimai-siyasi və mədəni həyatında fəal rol oynayır. Xüsusən, Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyəti cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Fondun təşəbbüsü ilə istər ölkədə, istərsə də Azərbaycanın hüdudlarından kənarda bir çox önəmli layihələr, proqramlar həyata keçirilir. Mehriban Əliyevanın Rusiya, Pakistan, İtaliya, Bolqarıstan və digər ölkələrdə gördüyü işlər, atdığı humanist addımlar beynəlxalq səviyyədə də təqdir olunur". O bildirib ki, Azərbaycan ictimaiyyətinə Heydər Əliyev Fondunun mədəniyyət və incəsənətlə bağlı layihələri yaxından məlumdur. Bu layihələr mənəvi, tarixi, mədəni irsimizin qorunması işində əvəzolunmaz rol oynayır. Birinci xanımın muğam sənətinə olan münasibəti, muğamımızın beynəlxalq müstəviyə çıxarılması məhz Heydər Əliyev Fondu və Mehriban Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün oldu: "Biz Mehriban xanım Əliyevanın fəaliyyətinin daha mühüm bir istiqamətini də mütləq qeyd etməliyik. Azərbaycanın birinci xanımı xalqlararası dostluq münasibətlərinin inkişafına da ciddi töhfələr verir. Onun Rusiyada, Yunanıstanda, Pakistanda keçirdiyi tədbirlər, Fransanın Kann şəhərində Azərbaycan Mədəniyyət günlərinin təşkilində oynadığı rol dünya dövlətlərinin liderləri və tanınmış ictimai-siyasi xadimlər tərəfindən də qeyd olunur. Mehriban xanımın Pakistan, Fransa, Polşa və digər ölkələrin ali mükafatları ilə təltif olunması onun bu sahədəki xidmətlərinə verilən ən layiqli qiymət kimi dəyərləndirilməlidir". C.Quliyev vurğulayıb ki, Mehriban Əliyeva həm də əhəmiyyətli humanist addımları ilə seçilən şəxsiyyətlərdən biridir: "Belə ki, bu günə qədər birinci xanım bir neçə Amnistiya aktının Milli Məclisdə qəbul olunmasının təşəbbüskarı kimi çıxış edib. Mehriban Əliyeva Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri kimi bu sahədə də böyük uğurlara imza atıb. Məhz bunların nəticəsidir ki, Mehriban Əliyeva UNESCO və ISESCO kimi təşkilatların xoşməramlı səfiri seçilib. Azərbaycan ziyalılarından biri kimi mən əminəm ki, Mehriban Əliyeva yeni vəzifəsində də böyük nailiyyətlərə imza atacaq, ona göstərilən etimadı layiqincə doğruldacaq. Bu yolda birinci xanımımıza uğurlar arzulayıram".
NUH.az
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 2024 11:53
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 2024 11:56
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15