Kəmər taxmayan sərnişinlər də cərimələnəcək - Yol Polisindən növbəti ŞOK
Baş Dövlət Yol Polisi İdarəsi sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsinə görə cərimələnməsi məsələsinə aydınlıq gətirib.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Lent.az-a açıqlamasında bildirib ki, bu məsələ qanunla tənzimlənir: “Fərqi yoxdur, avtomobilin ön və ya arxa oturacağında əyləşsin, əgər nəqliyyat vasitəsinin konstruksiyasında təhlükəsizlik kəməri varsa, həmin şəxs o kəmərdən istifadə etməlidir. İstər sürücü olsun, istərsə də sərnişin. Sürücünün öz məsuliyyəti var, sərnişinin də kəmər bağlamadan getdiyinə görə öz məsuliyyəti var. Bu məsələ ilə bağlı heç bir yenilik yoxdur. Sadəcə bütün analiz və təhlillər göstərir ki, qəzalarda ən çox zərər çəkənlər – xəsarət alanlar və ya ölənlər sərnişinlər olur. Əksər hallarda yol qəzasında avtomobilin arxa tərəfinin o qədər də əzilmədiyini görürsən, amma oradakı sərnişin həyatını itirir. Niyə? Çünki zərbə zamanı arxada əyləşmiş insan önə çırpılır. Ön tərəfdə əyləşmiş sərnişin kəmər taxmayıbsa daha pis nəticələnir”.
K.Əliyev bildirib ki, sərnişinlərin kəmər taxmamasına görə əvvəllər cərimələnməməsi müəyyən qədər mentalitetlə bağlı olub: “Bir çox hallarda avtomobildə insanlar ailəvi hərəkət edəndə onlara xəbərdarlıq edilirdi. Bu barədə dəfələrlə sujetlər hazırlamışıq, müraciətlər etmişik. Yəni görürsünüz avtomobildə təhlükəsizlik kəməri var, bağlayın. Onun məsuliyyətini sürücü yalnız o halda daşıyır ki, avtomobildə təhlükəsizlik kəməri olsa da, sürücü onu çıxarsın. Bu halda sərnişini məsuliyyətə cəlb etmək olmaz. Çünki onun təqsiri deyil ki, onun yerindəki təhlükəsizlik kəmərini sürücü kəsib çıxarıb. Konstruksiyaya dəyişiklik edilməsinə, yəni təhlükəsizlik kəmərinin çıxarılmasına görə sürücü cərimə edilir və bu hallarda 150 manat miqdarında cərimə kəsilir. Lakin təhlükəsizlik kəməri varsa və sərnişin bu kəmərdən istifadə etmirsə, bunun məsuliyyətini sərnişin daşıyır. İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə əsasən həmin sərnişinlər 30 manat cərimə edilir. Ön və ya arxa oturacaq fərqi yoxdur. Bütün avtomobillərdə ön və arxa oturacaqlarda əyləşən sərnişinlər üçün təhlükəsizlik kəməri nəzərdə tutulur. Mən sizə 80-ci illərin “VAZ” markalı avtomobilini də göstərə bilərəm ki, onun arxa oturacağında da sərnişinlər üçün təhlükəsizlik kəməri nəzərdə tutulub. Sadəcə, bizim sürücülər onu açıb çıxardırdılar. Amma bu da qayda pozuntusudur və sürücü konstruksiyaya dəyişiklik etdiyinə görə, 150 manat miqdarında cərimə ediləcək”.
Yol polisi rəsmisi əlavə edib ki, sərnişinlər avtomobilə minərkən onlara kəmərləri taxmaqla bağlı xəbərdarlıq etmək sürücünün borcudur. Sərnişinlər tərəfindən təhlükəsizlik kəmərinin taxılmamasına görə xeyli insanın cərimələndiyini deyən K.Əliyev sürücülərin sərnişinlərin həyatına cavabdeh şəxs olduğunu vurğulayıb: “Sükan təkcə nəqliyyat vasitəsini idarə etmir. Digər hərəkət iştirakçılarının həyatı da həmin sükandan asılıdır. Sözsüz ki, hər hansı qəzadan, xoşagəlməz hadisədən kimsə sığortalanmayıb. Kimsə düşünməsin ki, mən intizamlı sürücüyəm, qaydaları pozmuram, heç vaxt qəzaya düçar ola bilmərəm. Bu, istisna haldır. Çünki başqasının təqsiri ucbatından da qəza baş verə bilər və bu zaman avtomobildəki şəxsin həyatını qoruyan elementlər olmalıdır. Təhlükəsizlik kəməri dünyada indiyədək yüz minlərlə insanın həyatını xilas edib. Ona görə də sürücü özü avtomobildəki bütün təhlükəsizlik kəmərlərindən istifadə edilməsini təmin etməlidir”.
NUH.az
- Azərbaycandan Türkiyəyə növbəti humanitar yardım
9 aprel 2024 06:34
- Cahangir Əsgərov daha bir vəzifədən AZAD EDİLİB
8 aprel 2024 12:37
- Prezident Euronews-a müsahibə verib
2 mart 2024 12:36
- Bu ərazilərdə siqaret çəkənlər, ucadan danışanlar, bərkdən öskürənlər 30 AZN cərimələnəcək - VİDEO
15 fevral 2024 20:33
- Bakı və Abşeronda zəlzələ olacaq, növbəti güclü.... - Seysmoloq XƏBƏRDARLIQ ETDİ
13 dekabr 2023 01:57
- Bakıda metroda müəllimi döydü və 2 il 6 ay həbs...
9 dekabr 2023 13:51
- Bakı metrosunda 20 dəqiqə ləngimə: Sərnişinlər qatardan düşürüldü
27 noyabr 2023 11:25
- Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan üç il ötür
17 oktyabr 2023 08:37
- Prezidentdən təbrik məktubu
30 sentyabr 2023 16:40
- Siyasi partiyanın toplantısını keçirənlər 8 min manatadək cərimələnəcək..
20 iyun 2023 17:22
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10