Qromıko Yardımlıya niyə gəlmişdi? - 6 liderlə işləyən “kəndli balası”
Siyasət18 fevral 2017 15:33
Stalindən tutmuş Qorbaçova qədər 6 sovet lideriylə işləmişdi, "mister net”. Bu ləqəbi isə ona Qərbdə vermişdilər. Heç bir kompromisə getmədiyi üçün. Bu odioz fiqur qərbli həmkarları ilə diplomatik danışıqlarda SSRİ-nin mövqeyindən bircə addım da geri çəkilməmişdi. Və bu ləqəbi doğrudan da haqq edirdi.
1909-cu il iyulun 18-də Belarusun Qomel vilayətinin Starı Qromıki kəndində anadan olmuşdu. Kasıb kəndli ailəsində. Əslində Andreygilin nəslini Burmakovlar adlandırdılar. Amma o, məhz kəndlərinin adıyla özünə soyad götürmüşdü.
Üstündən 30 il keçəndən sonra bu soyad onun köməyinə çatacaqdı. Deyilənə görə, SSRİ Xalq Xarici İşlər Komissarlığına cəlb olunan yeni kadrların siyahısı Stalinə verilir. Stalin siyahıya nəzər salıb nazir Molotova elə beləcə də deyir: "Bu kəndli balasını Amerika ölkələri üzrə şöbəyə rəhbər qoyun. Çox gözəl familiyası var: "Qromıko”.
Və həmin gündən düz 50 il onun həyatı diplomatiyaya bağlanır.
1957-ci ilin bu günü, fevralın 15-də SSRİ-nin xarici işlər naziri təyin edilir, nə az, nə çox, düz 28 il bu vəzifədə qalır.
Deyilənə görə, Qromıkonun heç vaxt SSRİ-nin birinci şəxsi olmaq fikri olmayıb. Amma Andropovun ölümündən sonra sovet liderləri Ustinov, Tixonov və digərləri ilə danışıqlara gedib. Amma Ustinov Qromıkonun sonradan başağrısına çevriləcəyindən ehtiyat edib, Çernenkoya üstünlük verib. Çernenkonun liderliyi isə uzun çəkməyib. Bir il keçməmiş vəfat edib.
Onun yerinə Qorbaçovun seçilməsinin təşəbbüskarı isə elə Qromıkonun özü olub. Xatirələrində yazacaqdı:"Peşmanam, bu mənim ən böyük səhvim idi”.
SSRİ DTK-sının sədri Vitali Kryuçkov da sonradan xatırlayacaqdı: "Mənə məlumdur ki, partiyanın lideri mövqeyinə namizədlər müzakirə edilərkən, Qorbaçovun adını ilk çəkən Qromıko oldu. Əvvəlcə başladı ki, bəsdir oyun oynadıq, rəhbərliyin arasında gənc, enerjili adam var və onu da seçmək lazımdır. Qromıkonun mövqeyi müzakirənin gedişini müəyyənləşdirdi, onu başqaları da dəstəklədi, məsələ həll edilmişdi. Tezliklə Qromıko partiyanın lideri postuna Qorbaçovun namizədliyini verməsi barədə təəssüflə danışmağa başladı. Ömrünün axırında artıq bu barədə daha yüksəkdən heyfsilənirdi, böyük səhv etdiyini, Qorbaçovda yanıldığını deyirdi. Özünü, təklif etdiyi və namizədliyində təkid etdiyi insanın ucbatından ölkədə dövlət və cəmiyyət üçün təhlükəli proseslərin başlanmasında günahkar bilirdi”.
Rusiyanın indiki xarici işlər naziri Sergey Lavrov Qromıkonu "SSRİ dövrünün ən böyük diplomatı” adlandırıb. Ən azı Karib böhranından tutmuş, dünyanın irili-xırdalı müharibə ocaqlarının yaranmasına yol verməyib. Elə onun özü belə deyirdi: "Bir gün müharibədənsə, 10 il danışıqlar aparmaq daha yaxşıdır”. Bu sözlər diplomatlar arasında bir aforizmə çevrilib. Hə, onun bir maraqlı deyimi də var. "Ova çıxarkən mən hər şeyi unuduram. Hətta atom bombalarını belə”.
Qromıko fəaliyyəti dövründə bircə dəfə Azərbaycana gəlib, Yardımlı rayonunun, Deman kəndinə.
1948-ci ilin oktyabrında Yardımlı rayonu ərazisindən SSRİ-nin sərhədi pozulmuşdu. İranın Xoy briqadası gözlənilmədən dövlət sərhədini keçərək neytral əraziyə və Azərbaycanın sərhədyanı kəndinə soxulmuşdu. Üç gün davam edən döyüşlər nəticəsində qarşı tərəf böyük itkilər verərək geri çəkilməyə məcbur olmuşdu.
Baş vermiş hadisəylə bağlı dərhal Moskvaya xəbər verilmişdi. Stalin isə hadisə yerinə məhz Qromıkonu göndərmişdi. Qromıko bir müddət Yardımlıda qalmışdı. Həmin vaxt İran tərəfi həlak olmuş və Azərbaycan ərazisində qalan əsgərlərinin meyitini tələb etsə də, Qromıko ənənəvi olaraq "yox” demişdi. Həlak olmuş İran əsgərlərinin meyitləri çox az adamın bildiyi yerdə torpağa tapşırılmışdı.
Azərbaycanın xalq yazıçısı, baş nazirin müavini Elçin də bir məqama görə Qromıkonu xatırlayır. Yazıçı müsahibələrin birində deyir: "Bu yaxınlarda təsadüfən İlhüseyn Hüseynovun (Azərbaycan DTK-sının keçmiş sədri – (S.M.) xatirələr kitabı əlimə keçdi. O, həmin dövrlərdə KQB-nin tez-tez dəyişən sədrlərindən biri idi və o kitabda oxudum ki, "Vətən” Cəmiyyəti Sov.İKP MK-nın Politbüro iclasında müzakirə edilib, o zaman SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində işləyən keçmiş xarici işlər naziri Andrey Qromıko "Vətən” Cəmiyyətinin əleyhinə kəskin çıxış edib”.
Maraqlıdır, görünür "Vətən”ə də yox deməyə hazırlaşırmış. Sadəcə, ömür vəfa etmədi. 1989-cu ilin iyulunda vəfat etdi. Səbuhi Məmmədli. Lent.az
NUH.az
Oxşar xəbərlər
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Krokus teraktının qəhrəmanı olan 15 yaşlı QIRĞIZ BALASI danışd - Əvvəlcə qorxdum…
24 mart 2024 21:13
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- DƏLLƏK necə TERRORÇU oldu? - SENSASİON FAKTLAR
23 mart 2024 20:47
- Azərbaycanlı ictimai fəalı Türkiyədə kim döy(dür)üb?-Zərəçəkən bəzi məmurlardan şübhələnir-Video
22 mart 2024 20:55
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- ...AZƏRBAYCAN DEYİLƏNDƏ ayağa dur ki
22 mart 2024 10:38
Xəbər lenti
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
Video & Fotoqalereya
Video
Fotoqalereya