Xaricdəki azərbaycanlı iş adamı Cocuq Mərcanlıya 3 milyon manat yardım edəcək
1993-cü ildə işğal olunmuş, 1994-cü ilin əvvəlində həyata keçirilmiş uğurlu "Horadiz əməliyyatı" nəticəsində isə azad edilmiş Cəbrayılın nəzarətimizdə olan yeganə yaşayış məntəqəsində - Cocuq Mərcanlı kəndində Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra tezliklə əsaslı bərpa işləri başlayacaq.
Qeyd edək ki, 2016-cı ilin aprelində həyata keçirilən uğurlu döyüşlər zamanı kəndin yaxınlığındakı Lələ təpə erməni işğalından azad edildi və Cocuq Mərcanlıya təhlükə aradan qalxdı. Bununla da işğala qədər burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün kənddə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yarandı.
Hazırkı dünya iqtisadi böhranı və neft qiymətlərinin aşağı olduğu şəraitdə Azərbaycandan kənarda işləyən və yaşayan azərbaycanlı iş adamlarının sərmayələrinə ehtiyac duyulur. Qeyd edək ki, Modern.az “Aprel döyüşləri”ndən sonra Azərbaycanın erməni işğalından zərər görmüş ərazilərinə və əhalisinə yardımlar etmək üçün xaricdəki azərbaycanlı iş adamlarına müraciət etmişdi. Bu müraciətdən sonra Amerikadakı həmvətənlərimiz məhz Modern.az vasitəsilə şəhid ailələrinə yardımlar edib.
Modern.az Vətənin bizə ehtiyacı olduğu bir məqamda diqqəti Cocuq Mərcanlıya yönəltməyə çalışır.
Azərbaycanı xaricdə təmsil edən tanınmış iş adamı, Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” nın rəhbəri, “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu" Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurasının sədri Fizuli Məmmədov Modern.az-a özəl açıqlamasında ehtiyac duyulduğu vaxtda xalqı ilə birgə olduğunu açıqlayıb.
İş adamı deyib ki, əsl vətənpərvərliyi və doğma Azərbaycana olan səmimi sevgimizi məhz bu gün - köməyimizə ciddi ehtiyac duyulduğu məqamda göstərməliyik:
“Torpaq o zaman Vətən olur ki, orda yaşayan insanlar onun uğrunda canlarından keçməyə, öz güclərini və vəsaitlərini gizli mənafeləri olmadan onun çiçəklənməsinə səfərbər etməyə hazır olurlar. Nə zaman ki, insanlar ümummilli maraqlar barədə düşünmədən doğma vətənlərinə yalnız kommersiya münasibəti bəsləməyə başlayırlar, o zaman o, torpaq vətən olmaqdan çıxır və adi yaşayış yerinə çevrilir. Buna görə də doğma respublikaya yalnız şəxsi varlanma naminə sərmayə qoymaq - əsl vətənpərvərlik duyğusuna yaraşmayan davranışdır. İnfrastruktura və ölkə üçün strateji əhəmiyyət daşıyan obyektlərə qoyulan investisiyalar adətən gəlir gətirmir. Bu gün erməni işğalından azad olunmuş ərazilərdə və Azərbaycanın cəbhəboyu rayonlarında məhz bu cür sərmayələrə ehtiyac duyulur.
Bununla əlaqədar olaraq, Prezident İlham Əliyevin 27 yanvar tarixində imzaladığı, erməni silahlı qüvvələrinin işğalından zərər çəkmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası haqqında sərəncamını həlledici addım hesab edirəm. Bizim hərəkətlərimiz ilk növbədə təmənnasız maddi yardım şəklində yalnız Cocuq Mərcanlı kəndinin yox, həmçinin Azərbaycanın digər cəbhəboyu rayonlarının bərpasında əks olunmalıdır”.
F.Məmmədov Prezident İlham Əliyevin sərəncamına dəstək olaraq, Cocuq Mərcanlının bərpasına 3 milyon manat vəsait ayırdığını bəyan edib:
“Prezident İlham Əliyevin müvafiq sərəncamına dəstək olaraq "Dünya Azərbaycanlıları İttifaqı" azad olunmuş Azərbaycan ərazilərinə sərmayələrin cəlb olunmasında iştirak etməyə hazırdır. “Dünya Azərbaycanlıları İttifaqı”, başda mən olmaqla, ilkin olaraq erməni işğalından azad edilmiş torpaqlarımıza 3 milyon manat vəsait qoymağa hazır olduğumuzu bəyan edir və bütün dünyada yaşayan iş adamlarını da eyni məsuliyyətlə prezidentimizə və hökumətimizə dəstək nümayiş etdirərək yardımlarını əsirgəməməyə çağırırıq.
Çox ümid edirəm ki, Cocuq Mərcanlıdan sonra erməni işğalından azad olunacaq Xankəndinin, Xocalının, Şuşanın, Ağdamın, Laçının, Qubadlının və Azərbaycanın digər şəhər və kəndlərinin də bərpasında iştirak edəcəyik. Bu gün Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirərək, vətənimizi etibarlı müdafiə edir və addım-addım onun işğal olunmuş torpaqlarını azad edirlər. Biz, bütün dünyada olan azərbaycanlı iş adamları öz növbəmizdə əsl vətənpərvərlik göstərməli və Azərbaycan hökümətinə bu ərazilərin bərpa olunmasında kömək etməliyik”.
NUH.az
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 2024 14:30
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31