Kərəm Həsənovun adından vətəndaşlardan pul yığan məmur kimdir? - ŞİKAYƏT
Əmlak Komitəsinin şöbə müdiri Fərahim Mirzəyev haqda şikayətlər səngimir
Əmlak Məsələləri Dövlət Komitəsinin Torpaqlardan istifadəyə və mühafizəsinə dövlət nəzarətinin təşkili şöbəsinin müdiri Fərahim Mirzəyevin fəaliyyətindən bəhs edən yazımız oxucuların böyük marağına səbəb olub.
Missiya.az-a müraciət edən şəxslər F.Mirzəyevin Əmlak Komitəsinin işinə həqiqətən də kölgə saldığını və onun vətəndaşlarda bu qurumun korrupsiya yuvasına çevrildiyi barədə təsəvvürlər yaradan əsas adamlardan biri olduğunu bildirirlər. Qəribədir ki, F.Mirzəyev barədə müsbət fikir söyləyən bir kimsəyə rast gəlmək olmur. Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etmiş istənilən şəxsə F.Mirzəyev barədə sual ünvanlayanda, birmənalı və oxşar cavablar alınır: “Onun bildiyi bir söz var: Gətir”.
Yəqin ki, aydındır, “Gətir” deyilərkən nəzərdə tutulan heç də şokolad qutusu deyil. Üstəlik, deyilənə görə, F.Mirzəyev “Gətir” sözünü bəzən çox möhkəmdən deyir və vətəndaşlar şöbə müdirinin avazına tab gətirə bilmirlər. Nəticədə onun kabinetinin önündə uzun növbələr yaranır, insanlar get-gələ salınaraq, bu dövlət qurumundan narazı düşürlər...
...Və sanki F.Mirzəyevin əsas məqsədi də budur. Bir nəfər haqqında bunca ittihamlar səsləndirilirsə, bir şöbə müdirinin qanunsuz tələbləri barədə uzun-uzadı bəhs edənlərin sayı kifayət qədər çoxdursa və bütün bunlara rəgmən o öz işini davam etdirərək, “Arxamda Kərəm Həsənov dayanır" deyirsə, deməli bu, dolayısı ilə həm də insanların əsəblərini tarıma çəkmək, şikayətçiləri KİV-lərə istiqamətləndirib Kərəm Həsənovu korrupsioner kimi təqdim etməyə hesablanıb. Yoxsa bir şöbə müdiri təmsil olunduğu dövlət qurumu barədə bu qədər ağır ittihamların yayılmasına, şikayətlərin artmasına niyə maraq göstərsin ki? Normalda hər şey tərsinə olmalı idi. İşlədiyi yerin təəsübünü çəkən adam barəsində söylənilən suclamalardan və mətbuatda səsləndirilən şikayətlərdə n nəticə çıxarmalı və öz davranışlarında mümkün korrektələr etməlidir. Belə adamlar istəməzlər ki, müdirləri, sədrləri və ya nazirləri məhz onların qanunsuz əməllərinə görə mətbuatın gündəminə gəlsinlər, əhali arasında “rüşvətxor və korrupsioner” məmur kimi tanınaraq lənət və qınaq ünvanına çevrilsinlər. Yox əgər F.Mirzəyev bunu istəyirsə, deməli onun davranış və əməllərində qeyri-adi nəsə axtarmağa dəyməz. O, bütün mümkün cəhdlərdən istifadə edərək öz rəhbərinə, öz qurumuna və öz hökumətinə qarşı narazılıqların artmasına çalışacaq və əslində bu gün vətəndaşların dilindən səslənən ittihamlar da göstərir ki, cənab şöbə müdiri öz halını dəyişmək fikrində deyil. Olsun, F.Mirzəyev öz işində, biz də öz işimizdə olub vətəndaşların şikayətini dinləməkdən yorulmayacağıq.
Gələk konkret şikayətlərə və ittihamların predmetinə. Şikayətçilər iddia edirlər ki, F.Mirzəyev müvafiq əmlak sənədlərinin hazırlanmasına görə müraciət edən şəxslərdən fantastik məbləğlər tələb edir və bu alınmayanda sənədləşmə prosesinin mümkün qədər uzanmasına və sonra tamamilə imtina olunmasına çalışır.
Maraqlıdır ki, bu barədə iki-üç ilə əvvəl də mətbuat yazırdı və indi aradan bu qədər vaxt keçməsinə baxmayaraq F.Mirzəyev yenə də öz ampluasındadır. O yenə hamıya “Gətir” deyir. Halbu ki, F.Mirzəyev indi tamam başqa ünvanlardan boy verməliydi...
Məlumatlı şəxslərin sözlərinə görə, hazırda əmlak məsələlərinə dair sənədləşmə işlərilə məşğul olan vətəndaşlar əsasən bir nəfərin fəaliyyətindən və qanunsuz tələbetmələrindən gileylənirlər və bunu yuxarıdakılar da bilməmiş deyillər: “Necə ola bilər ki, Kərəm Həsənov Fərahim Mirzəyevin əməllərindən xəbər tutmasın? Əmlak Komitəsinin binasının həndəvərində qanad çalan quşların gün ərzində nə qədər məsafə qət etdiklərini də komitədə əzbər bilirlər. Təsəvvür edin ki, Fərahim Mirzəyev hər yerdə deyir ki, onun arxasında Kərəm Həsənov dayanıb və ona görə də kimsə ona gözün üstə qaşın var deyə bilməz. Hələ üstəlik vətəndaşlara deyir ki, o, özbaşına heç bir iş görmür, bütün addmları və tələbləri bilavasitə rəhbərliyin iradəsinə söykənir. Onun düz danışıb-danışmadığını deyə bilmərik. Ola bilər ki, öz əməllərini pərdələmək üçün belə deyir. Amma qəribədir ki, hörmətli Kərəm müəllim bütün bunlardan xəbər tuta bilmir. Tabeçiliyində olan şəxsi yanına çağırıb tənbeh etmir, bu boyda dövlət komitəsi barədə insanlarda möhkəmlənmiş xoşagəlməz qənaətlərin dağıdılmasına maraq göstərmir. Yəni doğrudanmı Fərahim Mirzəyev vətəndaşlardan qanunsuz nələrsə tələb edəndə bundan yuxarıların xəbəri olur? Hər halda biz inanmaq istəmirik ki, Fərahim Mirzəyevin dedikləri doğrudur və o, həqiqətən də Kərəm müəllimin sağ əlidir. Biz ona inanrıq ki, Fərahim Mirəzəyevin fəaliyyəti nəhayət Kərəm müəllimin diqqətini şəkəcək. Çünki bu baş verməzsə, Fərahim Mirzəyevin narazılıq doğuran davranışları və qanunsuz tələbləri günlərin birində hüquq-mühafizə orqanlarının diqqətini çəkəcək” – deyə Əmlak Komitəsinə müraciət etmş vətəndaşlardan biri bildirib.
NUH.az
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 2024 10:08
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31