Millət vəkili: “Ölkəni monopoliya bürüyüb, biabırçılıqdır...”
"Bu gün Azərbaycanda monopoliya və inhisarçılıq baş alıb gedir"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Azərbaycanda “Rəqabət Məcəlləsi haqqında” qanunun hələ də qəbul edilməməsinə görə kəskin tənqidi debatlar olub. Deputat Vahid Əhmədov 10 ildir bu qanunun qəbul edilməsinə imkan verilmədiyini deyib. Bildirib ki, qanun layihəsi Milli Məclisdə iki dəfə oxunuşdan keçib. Lakin üçüncü oxunuşda geri qaytarılıb. “Prezident “Strateji Yol xəritəsini” imzalayıb. Buna görə bir sıra qanunlar qəbul olunmalıdır. “Hesablama Palatası” haqqında təzə qanun qəbul etməliyik. Hər il biz bu məsələni qaldıranda deyirlər ki, nazirlik üstündə işləyir. Amma qanun layihəsi yoxdur. Buna görə də bu gün Azərbaycanda monopoliya və inhisarçılıq baş alıb gedir. Bu qanun varsa, niyə qəbul etmirik? Demək ki, o zaman biz cənab prezidentin “ Strateji yol Xəritəsi” ndə göstərilənləri qəbul etmirik?”-son vaxtlar hökumətin iqtisadi sahədə fəaliyyətini tez-tez tənqid edən deputat çıxışında deyib. Vahid Əhmədovun sözlərinə görə Azərbaycanda yaranmış indiki vəziyyətdə Milli Məclisin günahı hamıdan çoxdur. Çünki Milli Məclis lazım olan qanunları qəbul etmiri. Kiminsə mənafeyini müdafiə etmək məcburiyyətində qalır. “Üçüncü bir qanun layihəsi “Maliyyə nəzarəti haqqında” qanun layihəsidir. İndi biz bank sistemini ayırdıq, palata yaratdıq. Bank sistemi düzəldimi? Biabırçılıqdır. Necə var idisə, ondan da pis vəziyyətdə davam edir. Biz təşkilatı yaradanda mən dedim ki, lazım deyil. Bu indiki halda Azərbaycana heç bir xeyir verən deyil. Amma indi Mərkəzi Bankla Palata arasında müəyyən mübahisəli məsələlər gedir. Bank sistemini biz bu gün sağlamlaşdıra bilmirik. Ona görə bu qanunun qəbul etmək sərf eləmir. Çünki bu gün Azərbaycanda müəyyən qurumlarda maliyyə maxinasiyaları gedir. Təklif edirəm ki, üç qanun layihəsi gündəliyə salınsın”-Vahid Əhmədov bildirib. Komitə sədri Ziyad Səmədzadə bildirib ki, “Rəqabət Məcəlləsi haqqında” qanun Milli Məclisə daxil olmayıb: “Daxil olsun ki, biz onu qəbul edək. Prezident Adminstrasiyasında, müvafiq nazirliklərdə üzərində işləyirlər. Bu günə qədər iş planına salınan qanunların hamısı Milli Məclisdə qəbul olunub Ona görə də indiki yaranmış vəziyyətə görə Milli Məclisi günahlandırmaq doğru deyil”. Millət vəkili Əli Məsimli qeyd edib ki, hər iki qanun dünyanın bütün ölkələrində qəbul olunub: “Amma bizdə bu qəbul olunmur. Ona görə də iqtisadiyyatımızda fəsadlar baş verir. Tez zamanda onu qəbul etməliyik” Millət vəkili İlham Əliyev bildirib ki, bu qanun gəlmirsə onda gedib Prezident Administrasiyasından yapışmaq lazımdır.
NUH.az
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 mart 2024 22:03
- Sünbülə Əliyeva martın 20-də gecə saat 11 radələrində yaşadığı evdən aparılıb
22 mart 2024 18:26
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- Heydər Əsədovun kürəkəni qəza törətdi – HƏBS EDİLDİ
22 mart 2024 14:39
- Ağacan Abıyevə ağır itki
22 mart 2024 13:17
- Day-dayım olsaydı, qısa zamanda … - Aysel Əlizadə
21 mart 2024 22:16
- Ruhi deputat olmaq istəyir - Qənirə Paşayevanın yerinə - ViDEO
21 mart 2024 21:38
- Tarixdə adı olmayan xalq: Ermənilər kimlərdir? - Bilmədiyimiz faktlar açıqlandı
21 mart 2024 19:19
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41