Polkovnik generalları işfa edən ifadə verib: “Bizi özlərinə yaxın buraxmırdılar”
Günün sitatı15 yanvar 2017 14:52
MTN polkovnikinin istintaqa verdiyi ifadəsi məlum olub. Şöbə rəisi olan polkovnik dedikləri ilə həbsdə olan MTN generallarının ayrı-ayrı şəxsləri qanunsuz olaraq necə dinləməsini danışıb və üzləşdirmə zamanı onları ifşa edib.
Həmin polkovnik 2006-cı ildən MTN-nin Monitorinq Mərkəzinin 5-ci şöbəsinin rəisi vəzifəsində çalışmış polkovnik Soltanov Vidadi Seyfulla oğludur.
Polkovnik ifadəsində MTN-nin Anti-Terror Mərkəzinin rəis müavini polkovnik İlqar Əliyev, Monitorinq Mərkəzinin rəisi general-mayor Teymur Quliyev və digərləri barəsində ifadə verərək onların qanunsuz əməllərindən danışıb.
MTN ləğv edildikdən sonra hazırda Dövlət Təhlükəsizlik Xidmətində (DTX) fəaliyyətini davam etdirən polkovnik ifadəsində söyləyib ki, vəzifəsi MTN-nin strukturlarından daxil olan tapşırıqların icrasını və mərkəzdə olan kompüterlərdən məlumatların sızma kanallarının təhlükəsizliyinə nəzarət etmək olub.
“Şöbənin baş mütəxəssisi (hədəf inzibatçısı) Fərhad Atayevin vəzifəsi nəzarətə qoyulan mobil nömrələri sistemə daxil etmək, tapşırıq blanklarının qeydiyyatını aparmaq, kompüterlərdə məlumatların sızma kanallarını yoxladıqdan sonra nəticəsinə dair akt tərtib etmək idi. Monitorinq Mərkəzinin rəisi general mayor Teymur Quliyev dəfələrlə konkret şəxslərin istifadələrində olan mobil nömrələrlə aparılan danışıqlara qulaq asılması barədə mənə qeyri-rəsmi, qanunsuz göstərişlər verib”- deyə polkovnik ifadəsində deyib.
Vidadi Soltanov həmçinin onu da etiraf edib ki, MTN zabitləri tutduqları vəzifələrdən istifadə edərək sahibkarları dinlədikləri kimi, şəxsi münasibətlərinin pis olduğu şəxsləri də dinləyiblər:
“İlqar Əliyevlə Teymur Quliyev dost idi. Günlərin birində söhbət zamanı Teymur Quliyev mənə dedi ki, “İlqar Əliyevlə MTN-dən çıxarılan şəxslər arasında intriqa var. O, xahiş edib ki, həmin şəxslərin istifadələrində olan mobil nömrələr nəzarətə götürülərək telefon danışıqlarına qulaq asılsın”. Sonra Teymur Quliyev, İlqarın ona verdiyi sabiq MTN əməkdaşlarına aid mobil nömrələri mənə verdi. Mən də həmin nömrələrin qanunsuz olaraq sistemə daxil edilməsini təmin etdim. Hətta İlqar Əliyevin verdiyi mobil nömrələrlə aparılan danışıqlara şəxsən özü və Monitorinq Mərkəzinin rəisi Teymur Quliyev otaqlarda olan texniki vasitələrlə qanunsuz qulaq asırdılar”- deyən polkovnik bildirib ki, bütün göstərişlər şifahi şəkildə həyata keçirilib.
Şahid kimi dindirilən polkovnik əlavə edib ki, Teymur Quliyev şifahi göstərişlər əsasında nəzarətə qoyulan mobil nömrələrə dair tapşırıqların çoxunu İlqar Əliyev vasitəsi ilə rəsmiləşdirib: “MTN-nin 4-cü Baş İdarəsinin rəis müavini Füzuli Əliyev də bir neçə dəfə Teymur Quliyevə müraciət edərək konkret şəxslərə aid mobil nömrələrin nəzarətə götürülməsini istəyirdi. Teymur Quliyev bu barədə mənə göstərişlər verirdi”.
Vidadi Soltanov ifadəsində bildirib ki, telefon danışıqlarının dinlənilməsi konkret olaraq bir dəstə tərəfindən həyata keçirilib. Digər MTN əməkdaşları bu işə yaxın buraxılmayıb.
Polkovnikin istinataqa dediklərindən: “Qanunsuz dinləmələr həmin mərkəzin rəisi olmuş Teymur Quliyev tərəfindən təşkil olunmaqla konkret etibar etdiyi hədəf inzibatçısı Fərhad Atayev və 1-ci şöbənin 2-ci bölməsinin rəisi Anar Şirəliyev vasitəsi ilə həyata keçirilirdi. Onların şəxsi münasibətləri də yaxşı idi. Teymur Quliyev onlara tam etibar edirdi. Qalan əməkdaşları, məni və mərkəzin rəis müavini Fuad Səfərovu yaxın buraxmırdılar, etdiklərinin səbəblərini dəqiqliyi ilə bildirmirdilər. Bizi özlərinə yaxın buraxmırdılar. Dinlənilmələr məhkəmə qərarları alınmadan həyata keçirilirdi”.
Şahid qismində 2005-ci ildən MTN-nin Monitorinq Mərkəzinin 2-ci şöbəsinin rəisi vəzifəsində çalışmış polkovnik Rövşən İsmayılov da ifadə verib.
O deyib ki, vəzifələri beynəlxalq terrorçuluqla mübarizə və ictimai-siyasi vəziyyət sahələrində mobil telefon nömrələrinin zəruri monitorinqinin və analizinin aparılması olub.
R.İsmayılov bildirib ki, əməkdaşların vəzifə bölgüsü Mərkəzin əsasnaməsi və rabitə kanallarının monitorinqi (RKM) barədə təlimatla tənzimlənib. Əməliyyat-axtarış tədbirləri əsasən telefon nömrələrinə qulaq asma və rabitə kanallarından məlumatların çıxarılmasından ibarət olub.
Telefon danışıqlarına qulaq asmanın yalnız müvafiq məhkəmə qərarı və onun əsasında verilən tapşırıqlar üzrə həyat keçirilməli olduğunu deyən R.İsmayılov bunları deyib:
“Mənə şifahi qaydada hansısa telefon nömrəsinin nəzarətə qoyulması barədə göstəriş verilməyib. Nömrələrin nəzarətə qoyulmasına yalnız sistem administratoru Fərhad Atayev səlahiyyətli idi. 2015-ci ilin oktyabr ayının əvvələrində Monitorinq Mərkəzinin rəisi Teymur Quliyev məni çağırıb, əməliyyat müvəkkili Eşqin Əliyevin qeyri-iş saatlarında monitorinq zalında oturmasının narahatlıq doğurduğunu dedi. Onun fəaliyyətinin araşdırılmasını tapşırdı. Statistik bölmə mənim şöbəmdə olduğundan sistem administratoru və statistik proqram üzrə audit xidmətini mən aparırdım. Eşqin Əliyevin son bir ay ərzində fəaliyyətini yoxladım və müəyyən etdim ki, həmin şəxs işçi yerindən 170 səhifəlik sorğuların cavabları olmaqla ümumilikdə 40-a yaxın nömrə barədə sorğu göndərib. Eyni nömrələrlə eyni əməliyyatı təkrar edib. Sorğuları gəlmiş nömrələrin mesajlarında CVC sözləri və parolu yazılmış mətnlər, telefon istifadəçilərinin plastik bank kartları ilə bağlı əmliyyatlara dair məlumatlar var idi. Eşqin Əliyevin sorğu göndərdiyi nömrələrin içərisində xarici operatorlara aid nömrələr də oldu. Məlumatları təhlil etdikdə Eşqin Əliyevin ayrı-ayrı şəxslərin plastik kartlarından pul köçürdüyü qənaitinə gəldim. Bu barədə Teymur Quliyev məlumat verdim. Eşqinin ciddi şəkildə cəzalandırılması barədə nazir qarşısında Teymur Quliyevin vəsatət qaldırdığını bilirdim”.
Qeyd edək ki, MTN zabitləri Fizuli Əliyev, Teymur Quliyev və İlqar Əliyev qulluq mövqelərindən sui-istifadə etmədə, gizli qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin telefon danışıqlarını dinləmədə, çoxsaylı sahibkarların külli miqdarda əmlaklarını ələ keçirmədə, bu əməllərində odlu silahdan istifadə etmədə, vətəndaşalra qarşı zorakılıqda, sahibkarların və digər vəzifəli şəxslərin qanunsuz azadlıqdan məhrum edilməsində təqsirləndirilirlər.(musavat.com)
NUH.az
Oxşar xəbərlər
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 2024 12:17
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 2024 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 2024 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 2024 10:17
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 2024 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 2024 21:16
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
Xəbər lenti
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04
Video & Fotoqalereya
Video
Fotoqalereya