“Çox çətin işdir, ailəliklə dağlardan yığırıq, sonra quruduruq...”
Bazar “sakinləri” deyəndə adətən yada meyvə-tərəvəz, digər kənd təsərrüfatı məhsulları ilə alver edənlər düşür. Amma meyvə-tərəvəzlə yanaşı, dolanışığını dərman bitkiləri toplayıb bazarda satmaqla keçirən insanlar da var. Bir çox dərman bitkilərinin şəfaverici xüsusiyyətlərini bilən bu şəxslər otları müxtəlif bölgələrdən toplayaraq qurudur və dərman kimi əhaliyə təklif edirlər.
Virtualaz.org “8-ci km” bazarında dərman bitkiləri toplayıb satan belə insanların güzəranı ilə maraqlanıb.
Bazarda bir neçə yerdə dərman otları satılır. Bəzi satıcılar otları rayonlardan toplayıb gətirənlərdən alırsa, öz əlinin zəhmətilə onları çöllərdən, dağlardan yığaraq qurudanlar da var. Dərman bilicilərinin sözlərinə görə, ən çox dərman otları ilə zəngin olan rayon Gədəbəydir. Amma bununla yanaşı Daşkəsəndən, İsmayıllıdan, Şabrandan və digər rayonlardan da dərman bitkiləri toplanır. Amma hazırda bazarda satılanlar Azərbaycanın zəngin florasına aid olan şəfalı bitkilərin yəqin ki, çox cüzi hissəsidir.
Coğrafiya müəllimi necə dərman bilicisi oldu?
İlk həmsöhbətim Vahid Həsənov coğrafiya müəllimidir, Bakı Dövlət Universitetini bitirib. Gədəbəy rayonundan gəlib burada dərman bitkiləri satan keçmiş müəllimi bu sənətə ehtiyac gətirib. Dediyinə görə, 11 il müəllimlik etsə də aldığı maaşla dolanmaq çətin idi. Belə vəziyyətdə Vahid müəllim müalicəvi otlar, dərman bitkiləri barədə yaşlılardan mənimsədiyi bilikləri tətbiq edib pul qazanmağı qərara alır:
“Mən bu otların hamısını Gədəbəy rayonunun Şınıx və Hacılar kəndlərindən toplayıram. İki aydır burada satışla məşğulam, amma əvvəldən də bu bitkiləri tanıyırdım. Əslində kənardan asan görünə bilər, ancaq olduqca çətin işdir. Otları özüm ailəmlə, balaca uşaqlarımla birlikdə toplayırıq, sonra onları günün altında quruduruq. Amma qızmar günəş şüaları bitkini məhv edir deyə onu qızmaq gündə qurutmaq olmaz. Tez-tez çeviririk ki, hər yeri qurusun. Ümumiyyətlə, bitki səhər saat 11-dən sonra yığılmalıdır. Çünki şeh tökülməlidir ki, ona qaralma verməsin. Hansı bitkinin yarpağının altında rütubət oldusa, o qapqara qaralır. Şeh töküləndən sonra yığıldıqda otlar iyini və tərkibini saxlayır”, - deyə V. Həsənov bildirir.
Kəklikotu, yemişan, gülxətmi...
Dərman bilicisi otların şəfaverici xüsusiyyətlərini də sadalayır. Bəziləri haqqında məlumatım olsa da, adını ilk dəfə eşitdiklərim də çoxdur: “İtburnu böyrək iltihabı üçün faydalıdır, əvəlik soyuqdəymənin dərmanıdır. Kəklikotu soyuqdəymə və təzyiq üçün içilir. Lipa- cökə çiçəyi bədən yumşaldıcı xüsusiyyətə malikdir, temperaturu salır, bədəni tərlədir. Yemişan çiçəyi ürəyin aritmiyası, qan-damar sistemi üçün faydalıdır. Gülxətmi bronxların sağalması, astma, öskürək əleyhinə çox yaxşı vasitədir. Qantəpər soyuqlama üçündür, çobanyastığı qarın ağrısında, iltihabi xəstəliklərdə əvəzsizdir. Bağayarpağı mədə-bağırsaq xoralarının sağalmasında çox effektiv təsirə malikdir. Solmazçiçəyi öd-mədə-bağırsaq xəstəlikləri üçün faydalıdır...”, -keçmiş coğrafiya müəllimi danışır.
Vahid Həsənovun sözlərinə görə, hazırda bazarda ən çox tələbat olan bitkilər kəklikotu, itburnu və gülxətmidir. Əhalinin ən çox şikayəti soyuqlamadan olduğuna görə, hər kəs soyuqdəymə üçün dərman bitkisi axtarır. Bundan başqa böyrəkdə daş olması və qan təzyiqi ilə bağlı otlar axtaranların da sayı çoxdur. 100 qramı 50 qəpiyə - 1 manata təklif olunan bu otların öz alıcıları var.
“Çox əziyyətli işdir, günə 5-6 manat düşür...”
V. Həsənovun sözlərinə görə, bitkilərin toplanıb qurudulması çox baha başa gəlir. Məsələn, bir günə ən çox yığsan, 2 kilo kəklikotu yığa bilərsən ki, o da quruyanda bir dəstə olur. Bunu əməyə böləndə isə günə 5-6 manat düşür. Yəni bir ailənin səhərdən axşama qədər min bir əziyyətlə yığdığı məhsulun dəyəri ən yaxşı halda bu qədərdir.
“1 kilo qurudulmuş bitki 5 kq yaş bitkidən alınır. Bitkini yığmaqla da iş bitmir, qurutma prosesi özü də asan olmur. Hər gün o üzünü, bu üzünün çeviririk. Çətinliklə əmələ gəlir. Vicdanla çalışıram, heç vaxt pul naminə kiməsə lazım olmayan bitkini satmaram. Mütəmadi olaraq bitkilər haqqında kitabları oxuyuram. Həkim resepti olmadan bitkilərdən istifadəni bəziləri məqbul saymır. Amma bizim satdığımız otların heç birinə resept lazım deyil. Bu ata-babadan qaynaqlanan bir şeydir. Hamı faydalarını gördüklərinə görə inanır. Məsələn, itburnunu və ya kəklik otunu satmağa resept lazımdırmı?”
Satıcının sözlərinə görə, ən bahalı bitki solmazçiçəyidir. O, bir qədər çətin tapılır. Daha çox Naxçıvanda bitən bu bitkiyə Gədəbəyin ancaq dağlıq hissələrində rast gəlinir. Öd, qaraciyərə faydalı olan bu bitki bədəndən toksiki maddələri çıxarır.
Ən çətin başa gələn bitkilərdən birincisi kəklikotudur. Bundan sonra cökə çiçəyi gəlir. Cökə çiçəyinin yarpaqları ağacın başından bir-bir yığılır. İtburnu özü tikanlı olduğuna görə onu yığmaq çətinlik törədir. Bir gündə isə ən çox iki-üç kiloqram itburnu və ya digər bitkini yığmaq olar.
Söhbətimizin sonunda işin çətinliyi və gəlirin azlığından şikayətlənin dərman bilicisinə son vaxtlar Azərbaycanda dərman vasitələrini hazırlayan zavodun tikiləcəyilə bağlı məlumatı da çatdırdım. “Əgər məndən kömək istəsələr can-başla gedərəm, ataram bu işimi” - dedi.
“Mən istəyərəm ki, bu bitkiləri tədarük edim, heç gətirib burada satmayım. Sadəcə əməyimizə qiymət verilsin. İstənilən təşkilatla, müəssisə ilə, apteklə müqavilə bağlayıb işləməyə cani-dildən hazıram. Bitkilər çoxdur, yığan yoxdur. Təki kiməsə köməyim dəysin”, - deyə V. Həsənov bildirdi.
Əvvəlcə öz xəstəliyini müalicə edib, sonra...
Növbəti müsahibim isə 70 yaşlı Gülağa Ağayevdir. Deyir 20 ildir dərman otlarını toplamaqla məşğuldur. Gülağa kişinin dediyinə görə həyat özü məcbur edib ki, bütün şəfaverici bitkiləri öyrənsin, toplasın.
“Əslində sənətim ekskavatorçudur. Dəvəçi, indiki Şabran rayonunda Samur kanalının tikintisində iştirak etmişəm. Sonra uzun müddət ağır xəstə oldum. Astmadan əziyyət çəkirdim, getmədiyim həkim qalmamışdı. Həkimlər deyirdilər ki, bu sağalan xəstəlik deyil. Bir dəfə vəziyyətim ağırlaşdı, boğulmağa başladım. Evdə də tək idim. Yadıma düşdü ki, xalam İstisudan bir dəstə ot gətirmişdi, ot iki ilə yaxın evdə idi, toz basmışdı. Son ümidim o otlar oldu, qaynadıb içdim. Heç yarım saat keçmədi ki, nəfəsim açıldı. Həmin otun adını 5 ildən - həyatımı bu otlara həsr edəndən sonra öyrəndim – gülxətmi imiş. Az-çox savadım var, amma bitkilərlə bağlı hər gün oxuyuram”, - deyə G. Ağayev bildirir.
“İnsanları başa salmaq olmur...”
Elə biz yaxınlaşanda da rus dilində hansısa bitkinin təsirlərilə bağlı ucadan mütaliə edirdi. Həmsöhbətimizn sözlərinə görə, otları toplamaqda kiməsə etibar etmir. Deyir ki, bir bitkinin kökünü bilmədən onun haqqında heç nə bilmək olmaz.
Satıcının sözlərinə görə, insanlar öz tanıdıqları otları almaq istəyirlər. Amma dazotu ən çox satılan bitkidir. Unsuz çörək bişirilmədiyi kimi dazotusuz da xəstəlikləri müalicə etmək mümkün deyil. Amma hər bir bitkinin də əks təsiri var, dazotunu da qızdırması, təzyiqi olan adama vermək olmaz.
“Mən çətinlikdən qorxmuram, çətin şəraitdə belə bu bitkiləri toplayıram. Amma ən çətin işim isə burada insanları başa salmaqdır. Bəziləri bitkini ovucla daha ucuz satır. Amma mən bunları sellofan torbalara yığaraq təmiz şəkildə satıram, üstünə toz qonmur. Həm də çəkisi çox olur, üzərində hansı xəstəliklərdə istifadəsi yazılıb. Amma insanlar bunun qiymətindən narazılıq edirlər. Heç kim bu bitkilərin hansı əziyyətlə yığılıb başa gəldiyini nəzərə almaq istəmir”.
Dərman bitkilərinin satıcısı bizə Qafqaz meşələrində 41 gün azıb qalan filosof haqqında da danışdı. Onun sözlərinə görə, ürəyində stenokardiya olan filosof bu müddət ərzində ancaq yemişan yeyib və bütün problemləri aradan qalxıb. Dərman bilicisi hesab edir ki, əslində ayağımızın altında bitən bu otların qədrini bilmirik.
“Həkimlər heç bir dərman vasitəsini özlərindən kəşf eləmirlər, onlar elə ayağımızın altında olan bu otları toplayaraırlar. Bir həmyerlimin uşağında nəsə problem var idi. Həkim ona “romaşka” bitkisini yazıb. O da Şabranın apteklərini axtarıb, tapmayıb, Qubanı axtarıb tapmayıb gəlib ki Bakıdan alsın. Buradan tapıb alıb, aparıb evə açanda çobanyasdığı olduğunu görəndə təəccüblənib: “Bu ki mənim ayağımın altında bitir ki?
“70-ə yaxın dərman bitkisini tanıyıram”
“Bitkiləri ancaq özüm yığıram. 70-ə yaxın bitki tanıyıram, amma hamısını yığmaq mümkün deyil. Bu qədər əziyyətlə başa gələn bitkilərə çox vaxt insanlar qiymət vermirlər. Məsələn, söyüd qabığının üzünə baxan yoxdur. Bəziləri bu ağaca pis baxırlar ki, bəhər vermir. Əslində qızdırmanı çox yaxşı salır, öd qovucudur. Onun qabığı da, yarpağı da dərmandır”.
Dərman bilicisi ilə söhbətimizi görüb artıq xeyli adam yığışmışdı. Hərə bir otu soruşur, qiymətlə maraqlanırdılar. G. Ağayev insanların toplaşmasından ilhamlanaraq stolun üstündəki otlardan birini göstərir və söhbətini davam etdirir: “Bu otu Şabranın Leyti kəndinin ətrafından yığmışam, orada vaqonlarla belə ot yığmaq olar. Amma insanlar tanımırlar. Əslində bu ot ağ ciyər vərəminə dərmandır”
Gülağa kişi deyir ki, onun fikrincə bütün xəstəlikləri otlarla, şəfalı bitkilərlə müalicə etmək olar, bir şərtlə ki, xəstənin sağalmağa heç olmasa 50% inamı olsun...
Xatırladaq ki, prezidentin sərəncamı ilə Azərbaycanda dərman bitkilərinin toplanması işi lisenziyalaşdırılıb. Bu lisenziyaları İqtisadi İnkişaf Nazirliyindən 250 manat ödəyib almaq olar.
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 2024 21:14
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 2024 20:32
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 2024 11:06
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56