“Axır günlərimizi yaşayırıq… Çoxlu müharibə və qan olacaq…” – Ekstrasensdən QORXUNC PROQNOZ
Zirəddin Rzayev: “Bölgəmizdə qan axmaqda davam edəcək, yaxın illərdə orada sülh görünmür”
Dörd-beş ildən sonra dünyadakı situasiya ciddi surətdə dəyişəcək. Hərbi münaqişələrin yeni ocaqları meydana gələcək. NUH.az bildirir ki, bu qorxunc proqnozları sputnik-ə müsahibəsində, Moskvada yaşayan məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev açıqlayıb. Ekstrasensin müsahibəsinin tam mətnini təqdim edirik:
— 27 dekabr 2016-cı ildə Böyük Britaniyanın üzərini qara buludların alacağını demişdim. Lakin bu, yanvarın 1-də yayımlandı. Mənə Britaniya kraliçası II Yekaterinanın tezliklə vəfat edəcəyini demək çətindir. Orada üç günlük matəm elan ediləcək. Mən həmçinin, iki tarixi görmüşdüm “7” və “8”. Hələ bilmirəm, bu, nə deməkdir. Mən yuxu gördüm. Səs məni xəbərdar etdi ki, bu barədə vaxtından əvvəl danışmayım. Amma mən qərara gəldim ki, bu barədə məlumat vermək lazımdır. Hər kəs bilir ki, qara buludlar yuxuda yaxşı əlamət deyil.
– Bu öncəgörmədən sonra siz Britaniyanın gələcək taleyini necə görürsünüz?
— Böyük Britaniyada heç nə dəyişməyəcək. Aydındır ki, kraliçadan sonra onun oğlu şahzadə Çarlz taxta çıxacaq. Yaxın vaxtlarda Britaniyanın siyasi tarixində ciddi dəyişikliklər gözlənilmir. Mən onu deyə bilərəm ki, kraliçadan sonra taxta çıxacaq monarx daha enerjili, nüfuzlu, parlaq, aktiv və sərt lider olacaq.
– Donald Trampın hakimiyyəti dövründə ABŞ-da vəziyyət necə olacaq?
— Trampın hakimiyyəti dövründə ciddi böhran gözlənilmir, amma ondan sonra daha pis olacaq. Tramp, əslində özünü apardığı kimi adam deyil. O, yaxşı adamdır, Rusiyanı dəstəkləyir, dünyanı sevir. Amma onu ona görə ora qoyublar ki, hakimiyyəti dövründə dünyadakı hərbi fəaliyyətlərlə bağlı yeni planları, xüsusilə də Şərqdəki problemləri yerbəyer eləsinlər. Onsuz da onların Şərqlə bağlı planları başa çatıb. İndi növbə Rusiya ilə sərhəd olan ölkələrə çatıb. Ukrayna ssenarisi Moldovada, Qazaxıstanda, Özbəkistanda təkrarlana bilər. Hazırda onlar fəal surətdə çalışırlar ki, üç-dörd ilə yeni ssenarilər hazırlasınlar.
Trampın hakimiyyəti dövründə sakitçilik olacaq. Suriya, İraq, Əfqanıstan, Ukrayna kimi ölkələrlə bağlı planlar bir ildən artıq müddətdə inkişaf etdiriləcək. Amma hazırda o planlar başa çatıb. Nə isə lazımi istiqamətdə getməyib. Onlar plansız işləyə bilmirlər. Trampa gəlincə, o, eynilə Bill Klinton kimi özünü yaxşı insan kimi təqdim eləməyə çalışacaq. O, demək olar ki, publikanı əyləndirəcək. Və bütün bu vaxt ərzində birmənalı şəkildə Rusiyanın qonşu dövlətləri, o cümlədən də islam dövlətləri ilə bağlı layihələr üzərində iş aparılacaq. Onların məqsədi bu dövlətləri işğal etmək və sonra da Rusiyanı parçalamaqdır.
– Bəs Azərbaycanı yaxın zamanlarda nə gözləyir, bu barədə nə deyə bilərsiz? Xüsusilə maraqlıdır ki, ölkənin iqtisadi vəziyyəti necə olacaq?
— Azərbaycanla əlaqədar mən heç bir proqnoz vermək istəmirəm. Çünki mənim adımdan çoxlu yalan məlumatlar yazırlar. Xüsusilə də bundan müxalifət istifadə edir. Ona görə də mən açıq şəkildə bəyan etmişəm — Azərbaycanla bağlı heç nə deməyəcəm ki, kimsə mənim sözlərimi öz bildiyi kimi şərh etməsin.
– Qərbin Azərbaycanla bağlı planları təhlükəlidir?
— Orada nə olursa olsun təhlükəlidir. Belarus prezidentinin dediyi kimi, “Əgər Rusiya parçalansa, bizim hamımız üçün pis olacaq”. Bu, məhz belədir. Rusiya dünya, eləcə də Amerika və Avropa İttifaqı ölkələrinin iqtisadiyyatında vacib rol oynayır. Rusiyada böhran başlayanda, ona qarşı sanksiyalar tətbiq olunanda, bundan Azərbaycan da ziyan çəkir, çünki çox sayda azərbaycanlı işsiz qalır. Bütün bunlar Azərbaycana təsir edir. Trampın ardından, 3-4 ildən sonra bütün dünya üçün çox pis olacaq. Yenə böhran gələcək, yenə çoxlu müharibə və qan olacaq. Artıq yeni-yeni qonşu ölkələr Suriya və Ukrayna kimi faciələrdən əziyyət çəkməyə başlayacaq.
– Dünyanın ən sabit adası hara olacaq?
— Ən sakit yer?
– Bəli.
— Elə yer yoxdur. Əgər elə yer olsaydı, mən orada yaşayardım. Biz dünyanın sonundan əvvəlki axır günlərimizi yaşayırıq. Qiyamət günü yaxındadır və ona görə də heç yerdə dinclik yoxdur.
– Siz Dağlıq Qarabağ münaqişəsi ilə bağli nə deyə bilərsiz?
— Mən bir daha deyirəm ki, Azərbaycanla bağlı proqnoz vermək istəmirəm. Bircə onu deyim ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Kremldən asılıdır.
– Suriya münaqişəsinin sona çatdığını demək olar?
— Suriyada qan axmaqda davam edəcək. Yaxın illərdə orada sülh görünmür.
– Siz Türkiyənin gələcəyini necə görürsünüz? Terror aktlarının sonu olacaqmı?
— Kiçik dövlətlər həmişə nəhəng birliklərə daxil olur. Məsələn, Avropa İttifaqı və Sovet İttifaqı kimi. SSRİ artıq mövcud deyil. Son dövrlərdə Türkiyədə terror aktları baş verir. Son zamanlara qədər o, Qərblə yaxınlaşmağa çalışırdı, indi isə Rusiya ilə. Bəs niyə orada terror aktları baş verir? Bu, Qərbin süni surətdə təşkil etdiyi terror aktlarıdır. Qərb bu yolla demək istəyir ki, əgər Rusiya ilə yaxınlaşsanız, biz sizin ölkəni dağıdacağıq. Ona görə də Türkiyə orta mövqe tutur. Amma Türkiyəyə Rusiya ilə yaxınlaşmaq sərf edir, çünki Qərblə dostluq edən ölkələrin hamısında böhran, aclıq, mənəvi tənəzzül baş alıb gedir. Ərdoğan bunu yaxşı başa düşür və bilir ki, Türkiyə iqtisadiyyatı Rusiyadan asılıdır. Öz növbəsində Amerika da Türkiyəni heç bir şəkildə dəstəkləmir. Hazırda Türkiyədə baş verən terror aktlarının arxasında Qərb dayanır. Mən orada yaxşı heç nə görmürəm. Bu elə belə də davam edəcək.
– Ərdoğan Fətullah Güləni həbs etməyə nail ola biləcək?
— Ərdoğan Güləni həbs edə bilməyəcək. O, öz əcəli ilə öləcək. O, ya infarkt, ya da insult keçirəcək. Bu, ani ölüm olacaq. Mən onun damarlarında problem görürəm.
– Yaxın illərdə yeni aparıcı siyasi fiqur ortaya çıxacaqmı?
— Dörd-beş il ərzində yox. Bizim hazırda gördüyümüz şəxsiyyətlər öz reytinqlərini qoruyacaqlar. Vladimir Putin və digərləri kimi ciddi siyasətçilər hələlik meydana çıxmayacaq.
NUH.az
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 2024 20:10
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 2024 10:17
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31