Bakıda yayılan qrip ölüm gətirir - SOS
Günün sitatı13 yanvar 2017 15:40
Ölkəmizdə yayılan qrip virusu insanlar arasında ciddi təlaş yaradıb.
Musavat.com xəbər verir ki, hazırda H3N2 adlandırılan bu virus sürətlə yayılmaqdadır. Virus yalnız Azərbaycanda deyil, qonşu ölkələrdə də var və geniş yayılıb. Hətta bu qrip epidemiyası Fransanın Lion şəhərindəki qocalar evində 13 nəfərin ölümünə səbəb olub.
Ölkənin sosial məsələlər və səhiyyə naziri Marisol Turen ağır xəstəliyin ölümcül fəsadlarının 23 dekabrdan 7 yanvaradək olan müddətdə ortaya çıxdığını bildirib. Nazir vurğulayıb ki, belə hadisəni "fövqəladə vəziyyət” hesab edir. O qeyd edib ki, qripdən ölmüş qocaların orta yaş həddi 91,5 olub. Qocalar evində yaşayan 72 nəfərdən hazırda daha altı nəfəri xəstəxanaya yerləşdirilib. Nazir ölkənin İctimai Təminat Baş İdarəsinə hadisənin təhqiqatı ilə bağlı göstəriş verib.
Fransada qrip epidemiyası 2016-cı ilin dekabrından yayılıb. Ölkənin tibb mütəxəssisləri xəstəliyin xüsusən 65 yaşdan yuxarı insanlar üçün təhlükəli olduğunu bildiriblər.
Ölkəmizdə də qripə yoluxanlar kifayət qədər olsa da, hələ ki ölüm faktı qeydə alınmayıb. Səhiyyə Nazirliyi sonuncu açıqlamasında H2N1 adlanan bu virusun təhlükəli olduğunu deyib. RTƏS-in Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova ötən ilin oktyabr ayından indiyədək Səhiyyə Nazirliyi (SN) Respublika Taun Əleyhinə Stansiyaya (RTƏS) kəskin respirator viruslara yoluxmalara görə laboratoriya müayinələrinin aparılması üçün 265 nümunə daxil olduğunu bildirib.
Onun sözlərinə görə, bu nümunələrin müayinəsi nəticəsində 2 nəfərdə A qripinin H3N2 virusu, 5 nəfərdə paraqrip, 6 nəfərdə Adena virus, digərlərində isə kəskin respirator virus infeksiyaları aşkarlanıb. R.İsmayılova qeyd edib ki, H3N2 virusunun aşkarlandığı 2 nəfər son 1 ay ərzində ölkədən kənara çıxmayıb: "Yəni bu, onlar tərəfindən gətirilmə virus deyil. Onlar elə Azərbaycanda olarkən bu virusa yoluxublar. H3N2 virusuna yoluxan şəxslər xəstəliklərini çox yüngül keçirdiklərindən onları heç stasionar müəssisəyə də yerləşdirməmişik. Həmin şəxslər artıq sağalıblar”.
R.İsmayılova H3N2 virusunun mövsümi qrip olduğunu və onun daha yüngül klinik əlamətlərlə müşahidə edildiyini də söyləyib. Onun sözlərinə görə, bu virusa yoluxma zamanı xəstədə hərarət, başağrısı, boğaz ağrısı müşahidə edilir: "Qrip hesab olunmayan və qripə bənzər əlamətləri olan paraqrip və Adena virusa yoluxma zamanı da soyuqlama əlamətləri - yüksək hərarət, başağrısı, öskürək, boğaz ağrısı müşahidə edilir. Amma bu xəstəliklərdən ağırlaşmalar olmur. Biz müayinələr zamanı gördük ki, H3N2-yə yoluxanların vəziyyəti paraqrip və adena virusa yoluxanlarla müqayisədə daha yüngüldür".
Stansiya rəsmisinin sözlərinə görə, paraqrip, Adena virus və H3N2 viruslarından hansının insan orqanizmi üçün daha təhlükəli olması barədə fikir yürütmək olmaz: "Çünki bu xəstəliklərin necə keçməsi insanın özünün immunitetindən, gigiyenik qaydalara, yataq rejiminə əməl etməsindən asılıdır. Əgər insan yataq rejimində olmursa, özünü soyuğa verirsə, lazım olan həcmdə maye qəbul etmirsə, əllərini tez-tez sabunla yumursa, onda ağırlaşmalar baş verə bilər. Ona görə də demək mümkün deyil ki, bunlardan hansı daha ağır keçir. Bu, fərdi məsələdir”.
Ümumiyyətlə qripə yoluxanlar artıq onlara antibiotiklərin də təsir etmədiyini deyir. Bəs qripdən qurtulmaq üçün hansısa təbii yollarla müalicələr, türkəçarələr varmı?
Təbii üsullarla müalicə həkimi Seyfəddin Əsəd pripə qarşı təbii vasitələrdən istifadə etməklə ondan xilas olmağın mümkün olduğunu dedi: "Əgər qrip olma ehtimalınız varsa və ya artıq qrip olmusunuzsa, burun boşluğuna hər iki saatdan bir soğan suyu tökülür. Əgər qripə yoluxan körpə uşaqdırsa, soğan suyu mütləq su ilə qarışdırılmalıdır. 2 saatdan bir 1 çay qaşığı bal ağızda sovrulur. Bir diş səhər, bir diş günorta və bir diş də axşam sarımsaq yeyilməlidir. Bir diş sarımsaq da kəsilib evdə boşqabda qoyulur ki, o virusların yayılmasının qarşısını alsın. Arı məhsulları, arı südü, çiçək tozu, bal, xüsusilə də tərkibində çoxlu təbii antibiotik olan, göbələk verməyən vərəm unu məhsulları qripin qarşısının alınmasında və müalicəsində çox əhəmiyyətlidir. Moruq, zoğal mürəbbəsi, sulu xəngəl, əvəlik yeyilməli, banka qoyulmalıdır. Xəstə keçi piyi ilə özünü yağlatmalı və möhkəm tərləməlidir. Bununla da qrip bir günə keçib gedir, ikinci günə keçmir”.
S.Əsəd qriplərin fərqli olduğunu dedi: "Bu cür yayılan qriplər fərqlidir. Eləsi var ki, heç burundan su gəlmir. Birbaşa temperatur kəskin şəkildə qalxır. Bu, xüsusilə körpə uşaqlarda immunitet aşağı olduğu üçün kütləvi hal alıb. Ona görə də belə vəziyyətdə uşaqları evdə saxlamaq təhlükəlidir. Temperatur qalxanda qıcolmalar ola bilər və ciddi fəsadlara gətirib çıxara bilər. Ona görə də immuniteti yüksək olan adamlar qripə yoluxmurlar. Məsələn, arıçılar qripə heç vaxt yoluxmur. Qripli adam 10 adamla görüşür. Kimin immuniteti aşağıdırsa, o qripə yoluxur.
İmmuniteti yuxarı olan adamlarda isə bu özünü göstərə bilmir. Qripin növləri çox olduğuna görə təəssüflər olsun ki, onun birbaşa müalicəsi üçün vaksin yoxdur. Bu da ciddi fəsadlara gətirib çıxarır. Orqanizmdə saçdan dırnağa qədər zədələyə bilmədiyi bir nöqtə yoxdur. Çünki qrip virusdur. Virus olduğu üçün də hər yeri deşib zədələyə bilir. Ürək əzələsində, oynaqlarda və yaxud da ki, müxtəlif boşluqlarda həmin yerin iltihabına qədər ciddi fəsadlara səbəb ola bilir. Xüsusilə də beyin toxuması olduqca həssasdır. Bu virus bütün mərkəzləri zədələyə bilir. Ona görə də qripdən qorxmaq və müdafiə olunmaq lazımdır”.
NUH.az
Oxşar xəbərlər
- Elmira Süleymanova vəfat etdi
25 aprel 2024 14:50
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 2024 11:53
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 2024 11:16
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 2024 20:39
- Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər
12 aprel 2024 11:30
- Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - Rəsmi açıqlama
11 aprel 2024 20:25
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya