“Azercell”dən növbəti dələduzluq - “Huawei” kampaniyası ifşa edildi
Günün sitatı11 yanvar 2017 14:09
"Azercell” şirkətinin daha bir fırıldaq kampaniyası abunəçilərin narazılığına səbəb olub.
Bu barədə BakiPost.az-a şikayət edən Elşən Ağayev adlı "Azercell” abunəçisi məlumat verib. Şikayətçinin sözlərinə görə, şirkət kampaniya çərçivəsində uduşa düşmüş nömrənin sahibinə "Huawei” markalı ucuz telefon hədiyyə edib. Lakin şərtlərə görə, abunəçi hər ay 30 manatlıq kontur yükləməlidir: "5 gün öncə şirkətdən bir xanım zəng vuraraq nömrəmin kampaniyaya düşdüyünü, 100 nəfər içərisindən mənim qalib olduğumu, bu səbəbdən də kampaniyaya görə mənə telefon verildiyini bildirdi. Şərtlərə gəlincə dedi ki, sadəcə hər ay 30 manat ödəniş etməliyəm. Ödənişin içində həm pulsuz internet paket, həm də danışıq üçün müəyyən limit veriləcək. Bu limitlə bütün mobil operatorlarla 5 qəpikdən danışmaq olacaq. Bu, sərfəli olduğundan həmin xanımla razılaşdım. Hətta ona telefon satmaq məqsədi ilə bunu etdiklərini deyəndə təkidlə inkar elədi. Bildirdi ki, guya, onların məqsədi müştərilərinin sayı artırmaqdır. Hədiyyə kimi də telefonu verirlər. Nömrə qardaşımın adında olduğu üçün o, şirkətin Bakı ofisinə gedib sənədləri imzalayaraq telefonu aldı”.
Elşən Ağayev qeyd edib ki, "Azercell” şirkətinin ona kampaniya adı ilə verdiyi telefon 3 gündən sonra bağlanıb: "Telefon bağlanandan sonra məsələnin əsl üzü ilə maraqlandım. Məlum oldu ki, şirkət 30 manata təkcə internet paket verir. Şərtləri də odur ki, bir il ərzində 30 manatlıq internet paketin pulunu ödəmək lazımdır. Onda başa düşdüm ki, onların əsas məqsədi bu telefonu satmaq olub. Çünki çox az adam ayda 30 manatlıq internet paketdən istifadə edir. Yəqin ki, onlar mənim nömrəmə baxanda görüblər ki, ayda maksimum 5 manatlıq internet işlədirəm və telefonu da mənə satıblar. Deməli, mənin ödədiyim pulun ayda ən azı 25 manatını telefonun puluna çıxırlar”.
Şikayətçi onu da əlavə edib ki, telefonun ödənişi bir gün gecikən kimi üstünə əlavə cərimə gəlir: "O zaman da telefon ikitərəfli bağlanır. İstifadə etmək mümkün olmur”.
Şirkətdən Elşən Ağayevə zəng edilən zaman istifadə olunan nömrə ilə əlaqə saxlamaq istəsək də, həmin nömrələrin təyin olunmadığı bildirildi.
"Azercell” şirkətinin mətbuat xidmətindən məsələ ilə bağlı BakiPost.az-a verilən açıqlamada belə bir kampaniyanın olduğu təsdiqlənib: "Marketinq şöbəsi müəyyən vaxtlarda nömrələri seçib bizim müştəri xidmətlərinə təqdim edir. Müştəri xidmətləri də həmin insanlarla əlaqə saxlayıb onlara bizim təkliflərimiz haqda məlumat verir. Bu dəfə də kampaniyanın içərisində həmin "Huawei” markalı telefonun alınması var idi. Müştəriyə yalnız bu telefon və üzərində də 30 manatlıq hədsiz internet tarifi təqdim olunub. Elşən bəy söyləyir ki, bu kampaniya ərzində ona 30 manata həm internet paketi, həm də danışıq veriləcəyi bildirilib. Amma bu kampaniya çərçivəsində heç bir nömrələr arasında pulsuz danışıq məsələsi olmayıb. Belə bir şey yoxdur. Bu kampaniyada yalnız 30 manatlıq hədsiz internet tarifi təqdim olunur. Hədsiz internet tarifinə qoşulduqda, sonda telefon müştəriyə pulsuz qalır”.
Qeyd edək ki, müştəriyə təxminən 360 manata sırınan "Huawei – Y5” telefonu satışda 157 manatadır.
NUH.az
Oxşar xəbərlər
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 2024 18:40
- İmran Əliyev həbs edildi
19 aprel 2024 20:39
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 2024 11:56
- Bu rayonlara yeni polis rəisləri təyin edildi
10 aprel 2024 16:30
- Azərbaycandan Türkiyəyə növbəti humanitar yardım
9 aprel 2024 06:34
- Bakıda 800 minlik dələduzluq: Üç dövlət qurumu zərər gördü, dörd nəfər həbs olundu
9 aprel 2024 05:47
- Bir sıra məhkəmələrə hakim və sədrlər təyin edildi - SİYAHI
8 aprel 2024 14:29
- Bir sıra məhkəmələrə hakim və sədrlər təyin edildi - SİYAHI
8 aprel 2024 14:29
- Deputat Dini Komitəyə sədr TƏYİN EDİLDİ
8 aprel 2024 12:46
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya