ABŞ-la Rusiya arasında savaş başladı: 72 saat vaxt verildi
Dünya30 dekabr 2016 13:42
ABŞ hökuməti ölkədən 35 rusiyalı diplomatı çıxarır. Bu barədə “Röyters”ə Amerika administrasiyasından bildirilib.
Məlumata görə, onlar diplomatik fəaliyyətin qaydalarını pozmaqda ittiham olunurlar. Diplomatlar 72 saat ərzində Vaşinqton və San-Fransiskodan çıxarılacaqlar.
Bundan başqa, ABŞ hökuməti Rusiyanın Merilənd və Nyu-Yorkdakı diplomatik nümayəndəliklərini bağlamağı qərara alıb. ABŞ rəhbərliyi qeyd olunan diplomatik nümayəndəliklərin kəşfiyyat məqsədləri üçün istifadə edildiyini iddia edir.
ABŞ prezidenti Barak Obama isə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinə dair fərman imzalayıb. Bu barədə Ağ Evin məlumatında bildirilir.
Fərmana əsasən, sanksiyalar ABŞ-da demokratiyanın pozulmasına yönəlmiş fəaliyyətlə əlaqədar və əhəmiyyətli dərəcədə artmış pisniyyətli kiberaktivliyin qarşısını almaq məqsədi ilə tətbiq edilib.
Məlumata görə, sanksiyalar 6 şəxsi və Federal Təhlükəsizlik Xidməti, Baş Kəşfiyyat İdarəsi (BKİ) və BKİ-nin kiber əməliyyatlarını dəstəkləyən şirkətlər daxil olmaqla Rusiyanın 5 təşkilatına şamil edib.
Sanksiya siyahısına BKİ rəhbəri İqor Korobov, onun birinci müavinləri Vladimir Alekseyev və İqor Kostyukov, müavini Sergey Qizunov daxil ediliblər.
Siyahıya həmçinin kiber hücumlarında şübhəli bilinən Aleksey Belan və Yevgeni Boqaçov adlı şəxslər də daxil edilib.
Fərmana əsasən, siyahıya daxil edilən şəxslərin ABŞ ərazisindəki əmlakı həbs olunacaq.
Bundan əvvəl ABŞ-ın 17 xüsusi xidmət orqanlarından bəziləri rusiyalı hakerlərin ölkənin siyasi təşkilatlarının resurslarına hücum etdiyini bildiriblər. Bildirilir ki, hücumlar Trampın seçkilərdə qələbə qazanması məqsədilə təşkil edilib.
Barak Obama Rusiyaya qarşı sanksiyaların seçkilərə müdaxilə və ABŞ diplomatlarına göstərilən təzyiqə cavab olaraq tətbiq edildiyini bildirib: "Bu gün mən Rusiya hökumətinin Amerikanın rəsmi şəxslərinə göstərdiyi aqressiv təzyiqə və ABŞ-dakı seçkilərə qarşı yönəlmiş kiber əməliyyatlara cavab olaraq bir sıra addımların atılmasına dair göstəriş vermişəm. Bu tədbirlərdən öncə Rusiya hökumətinə bir neçə dəfə fərdi və publik şəkildə xəbərdarlıq edilib. Bu tədbirlər qəbul olunmuş beynəlxalq davranış normalarının pozulması ilə ABŞ-ın maraqlarına zərər vurulması məqsədilə göstərilən səylərə lazımi və münasib cavabdır".
ABŞ prezidentinin sözlərinə görə, amerikalılar Rusiyanın əməllərindən narahatlıq hissi keçirməlidirlər: “Oktyabrda ictimaiyyətə bildirilirdi ki, Rusiya ABŞ-dakı seçki prosesinə müdaxilə etmək məqsədilə addımlar atıb. Məlumatların oğurlanması və onların ictimailəşdirilməsi üzrə sonrakı addımlar yalnız Rusiya hökumətinin ən yüksək səviyyəsində razılaşdırıla bilərdi. Bundan başqa, bizim diplomatlar Moskvada Rusiyanın xüsusi xidmət orqanları və polisi tərəfindən qəbuledilməz təzyiqinə məruz qalırlar”, - deyə Obama qeyd edib.
Dövlət Departamenti də, öz növbəsində, amerikalı diplomatların Rusiyada uzun müddət ərzində sıxışdırılmasına və törədilən kiber hücumlara görə Moskvanı günahlandırıb.
"ABŞ administrasiyası Vaşinqton-Moskva münasibətlərinin tamamilə korlanması məqsədini güdür". Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 35 rusiyalı diplomatların ABŞ-dan çıxarılmasına münasibət bildirərkən deyib.
“Bizim fikrimizcə, Vaşinqtonun, Vaşinqtondakı hazırkı administrasiyanın bu cür addımları, təəssüf ki, gözlənilməz, və demək olar ki, aqressiv xarici siyasətin təzahürüdür. Biz hesab edirik ki, səlahiyyət müddətinin başa çatmasına təxminən üç həftə qalan hazırkı administrasiyanın bu cür qərarları iki məqsəd güdür: onsuz da korlanmış Vaşinqton-Moskva münasibətlərinin tamamilə korlamaq və çox güman ki, ABŞ-ın yeni seçilmiş prezidentinin administrasiyasının xarici siyasət planlarına zərbə vurmaq”, - deyə Peskov bildirib.
Peskov, ikinci tezisin tamamilə ABŞ-ın daxili işi olduğunu qeyd edib.
“ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalara cavab tədbirlərinə dair Rusiya XİN-in bəyanatları dekabrın 30-da veriləcək”. Bunu isə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Amerika xalqı hazırda beynəlxalq terrorçular və ya düşmən ordusu tərəfindən deyil, öz prezidenti tərəfindən alçaldılıb.
“Vaşinqtona bu dəfə şilləni onun öz sahibi vurdu. Bununla da o, yeni administrasiya üçün təxirəsalınmaz işlərin sayını maksimum çoxaltmış oldu. Qisas alınmamalıdır, Yaxın Şərqdə atılan addımlar kompleks şəkildə olmalı idi”, - deyə Zaxarova qeyd edib.
“Bütün dünya… Barak Obamanın və onun azsavadlı komandasının Amerikanın nüfuzu və liderliyinə endirdiyi sarsıdıcı zərbəni müşahidə edir. Onlar bununla özlərinin əsas sirrini ifşa etdilər: müstəsnalıq onların acizliyinin maskalanması imiş. ABŞ-ın özü-özünə etdiyi pisliyi heç bir düşməni edə bilməzdi ”, - deyə o qeyd edib.
Bu arada ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi və Federal Təhqiqatlar Bürosu ötən gün Rusiyanın zərərli kiber aktivliyi barədə birgə hesabat dərc ediblər.
13 səhifəlik hesabatda hərbi və qeyri-hərbi qurumlar tərəfindən istifadə edilən vasitə və maddi-texniki bazanın texniki detalları əks olunub. Məlumata görə, həmin vasitələrdən ABŞ-dakı seçki prosesinə, habelə dövlət, siyasi və fərdi təşkilatlara təsir etmək məqsədi ilə istifadə edilib.
Hesabata əsasən, rusiyalı hakerlər 2015-ci ilin yayında və 2016-cı ilin yazında adı çəkilməyən siyasi partiyaya qarşı iki hücum ediblər.
Sənəddə qeyd edilir ki, Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli olan hakerlər qeyd olunan hallardan sonra da ABŞ-a qarşı hücumlar törədiblər. Sonuncu dəfə bu cür hücum 2016-cı ilin noyabrında, prezident seçkilərindən bir neçə gün əvvəl baş verib.
Hesabatda Rusiya ilə əlaqəsi olduğu ehtimal olunan 50-dək haker qrupunun adları açıqlanıb. (APA)
NUH.az
Oxşar xəbərlər
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 2024 21:04
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 2024 12:27
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya