MTN olayına yeni baxış...
Bir ildən artıqdır ki, Azərbaycan cəmiyyəti Milli Təhlükəsizlik Nazirliyi ( MTN ) ilə bağlı baş verənlər üzərində “baş sındırsa” da hələ ki suallara cavab tapa bilmir.
Nəinki siravi insanlar, hətta təcrübəli ekspertlər belə MTN olayı ilə bağlı konkret fikir söyləyə bilmir.
Nə baş verib..? Obrazlı desək, “cini şüşədən kim buraxdı, niyə buraxdı..?”
Əlbəttə, ölkənin milli təhlükəsizliyi ilə bağlı qurum bütün zamanlarda diqqət mərkəzində olub.
70 il tərkibində yaşadığımız, dünyanın fövqəl dövləti olan SSRİ-də belə güc stukturları arasında bir “nüfuz-təsir söhbəti” olub.
Məlumdur ki, SSRİ kimi nəhəng dövlətdə Daxili İşlər Nazirliyi ilə Dövlət Təhlükəsizlik Xidməti ( KQB ) arasında həmişə “nüfuz-təsir” rəqabəti olub. Bu rəqabət müəyyən həddə qədər effektli olur və cəmiyyət-dövlət üçün lazımdır. Yəni qarşılıqlı nəzarət xarakteri daşıyır. Ancaq bu rəqabət müəyyən həddi keçəndən sonra cəmiyyət üçün təhlükəyə çevrilir.
Müstəqillik əldə etdiyimiz 25 ildə ölkənin bu iki qurumunda ciddi proseslər baş verib.
İlk öncə MTN-nin təcridxanasından keçmiş müdafiə naziri Rəhim Qazıyev başda olmaqla bir qrup şəxsin qaçırılmasını yada salaq...Nazir və ətrafı həbs olunur...
Sonra Daxili İşlər Nazirliyi ilə bağlı “Qara kəmər” əməliyyatı yada düşür.
Məlum olur ki, “ölkənin baş killeri” Hacı Məmmədov uzun müddət Daxili İşlər Nazilrilyində əyləşib.
Bu rəqabət sonra da davam edir.
Aqil Xəlill olayını yada salaq.
Ölkənin baş Hava limanında genarallar üz-üzə gəlir...
Bunlar cəmiyyətə məlum olanlardır...
Biz hər iki qurumun son 20 ildə gördüyü müsbət işlərə kölgə salmaq istəmirik. Amma ortada ciddi problem var.
Və bizim məqsədimiz kiməsə vəkillik eləmək, kiminsə “əlini-üzünü yumaq” deyil.
Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi, heç kim toxunulmaz deyil. Hər kəs öz əməlinə-cinayətinə adekvat olaraq cəzasını almalıdır. Amma...hər şeyi yoğurub-yapıb kiminsə üstünə atmaq özü də ...yolverilməzdir. ( Bəlkə Rəhim Qazıyev və digər şəxslərin qaçırılmasını da bu şəxslərin üzərinə qoyaq..?)
Son bir ildə mətbuatdan izlədiyimiz məlumatlardan aydın olur ki, əsas ittiham budur: “MTN-nin generalı Akif Çovdarov mənə hədə-qorxu gəldi...pulumu aldı...məni ölümlə təhdid elədi”.
Müdriklər demişkən, dənizin dadını bilmək üçün bir damcı da kifayət edər.
Həmin ittihamlardan birinin üzərində dayanaq və problemə nəzər salaq.
Ölkənin bərk gedən, azad mətbuat nümayəndəsinə “nə burcudursan?” deyən Metropoliten rəisi Tağı Əhmədov deyir ki, Akif Çovdarov mənə hədə-qorxu gələrək 3 milyon manatımı aldı..)
Birincisi, Tağı müəllim loru dildə desək "qabağından yeyən oğlan" deyil ki, Çovdarovdan qorxub ona 3 milyon verə...
İkincisi, axı Tağı müəllim sıradan biri, yaxud sahibkar-zad deyil ki, səsi-ünü-harayı, əli-qolu heç yerə çatmaya...
Üçüncüsü, Tağı Əhmədov ölkənin strateji obyektlərinin birinin rəhbəri kimi asanlıqla prezident cənab İlham Əliyevə, Prezident Adminstrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə məruzə edə bilərdi...
Dördüncüsü, Tağı müəllimdə 3 milyon manat haradandır..?
Axı, o ömrü boyu dövlət işində çalışıb...konkret əmək haqqı alıb...bunu hesablasaq ən çoxu 400-500 min manat edər...
Əgər Tağı Əhmədov həqiqətən də Çovdarova 3 milyon veribsə, deməli özündə də 30 milyon saxlayıb...Bu pullar haradandır..?
Axı, Tağı müəllim həmişə deyirdi ki, kinoya getməyə 20 qəpik tapmırdım...yazdığım şeirin 3-4 manat qonorarını almaq üçün günlərlə redaksiyaların qabağında gözləyirdim..
Axı, belə adam birdən birə necə milyonçu olur...Bəlkə möcüzə baş verib..?
Əlbəttə, biz kimlərinsə pulunu sayacaq dərəcədə paxıl deyilik.
Amma suallar çoxdur...
Nə qədər ki, Azərbaycan cəmiyyəti bu suallara cavab tapa bilmir...vəziyyət belə də davam edəcək və bizlər hələ uzun müddət məhkəmə -tamaşalarının seyriçisi olacağıq.
Azərbaycan cəmiyyəti artıq tamaşadan bezib...
NUH.az
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 2024 11:53
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 2024 11:56
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 2024 21:16
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15