Sahibkardan icra başçısna ittiham: “Məndən 40 min manat rüşvət istəyir” -FOTOLAR
Hadisə19 dekabr 2016 14:52
Neftçala rayonun sakini, sahibkar Həsənov Rafil Abasət oğlu MilliYol.Az-a müraciət edərək Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin onun başına açıdığı “oyunlardan” bəhs edib. Sahibkarın sözlərinə görə, icra başçısı ona aid olan 500 hektar qış otlaq sahəsini zorla əlindən alır. Buna səbəb isə İsmayıl Vəliyevin ondan kənd təsərrüfatı İdarəsinin müdiri Mustafa Əliyev vasitəsi ilə ikinci dəfə 40 min manat rüşvət istəməsi və sahibkarın başçının bu tələbinə rədd cavabı verməsidir.
Redaksiymıza müraciət edən Rafil Həsənov aşağıdakıları söyləyib: “Mən Həsənov Rafil Abasət oğlu 2013-cü ildə heyvandarlıq ferması yaratmaq məqsədi ilə Neftçala rayonunda Dövlət Torpaq Fonduna aid olan qış otlaq sahələrindən 500 hektar torpaq sahəsini 15 illik icarəyə götürmüşəm. Bu torpaq sahəsini icarəyə götürükən sənədlərin hazırlanması zamanı Neftçala rayon İcra Hakimiyyətinin başçsı İsmayıl Vəliyevlə görüşdüm və ona sənədlərin müqabilində istədiyi məbləği verdim. Sənədləri aldıqdan sonra ərazidə müxtəlif təsərrüfat təyinatlı tikinti işləri apardım. Üç il müddətində fermanı inkişaf etdirərək müasir səviyyəli heyvandarlıq kompleksi yaratdım. Hazırda bu kompleksdə 17 ailə çalışır və mən bu ailələri işlə təmin edirəm. Fermada 300 baş iribuynuzlu, 1500 baş xırdabaşlı heyvan bəslənilir. Açığı bu təsərrüfatı qurmaq üçn mən üç ildir ki, gecə-gündüz çalışmışam.
Bir neçə ay əvvəl Neftçala rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Mustafa Əliyev yanıma gələrək bildirdi ki, icra başçsı İsmayıl Vəliyev 40 min manat istəyir. Əks təqdirdə 500 hektar torpaq əlimdən alınacaq və üç il müddətində tikdiyim heyvandarlıq komleksi isə söküləcək. Mən Mustafa Əliyevin bu tələbinə etiraz etdim və bildirdim ki, üç il əvvəl torpaq sahəsini alarkən icra başçısı ilə özüm görüşmüşəm və istədiyi məbləği də ona vermişəm. İndi isə mənim ona verməyə pulum yoxdur. Çünki bütün sərmayəmi heyvandarlıq kompleksinin qurulmasına sərf etmişəm. Bunun əvəzində isə Mustafa Əliyev bildirdi ki, ya tələb olunan 40 min manatı verməliyəm, ya da torpaq sahəsi başqa bir iş adamına satılacaq.
Dərdini hara istəyirsən deyə bilərsən. Sözün düzü mən bu boyda haqsızlığın və özbaşınalığın baş verəcəyinə inanmadım. Çünki heyvandarlıq kompleksinin qurulması üçün çoxlu pul və əmək sərf etmişdim. Hazırda bu heyvandarlıq kompleksində 17 ailə çalışmaqda və dolanmaqdadır.
Məsələ ilə bağlı Prezident Adminstrasiyasında oldum. Onlara problemimi anlatdım. Bu günə qədər çəkdiyim xərcləri, verdiyim rüşvətləri və əziyyətləri dilə gətirdim. Mənə deyilər ki, məsələni araşdıracaqlar. Lakin indi yaranan vəziyyətdən belə görünür ki, Neftçalanın icra başçısı İsmayıl Vəliyev Prezident Adminstrasiyasını saymır. Çünki artıq Mustafa Əliyev mənim adıma sənədləşdirilən torpağın satıldığını bildirərək məndən tələb edir ki, ərazini tərk edim.
Tikililəri söküm, 17 ailəni taleyin ümidinə buraxım və yüzlərlə heyvanı satım. Açığı mən özbaşınalığın bu həddinə çaş-baş qalmışam. Möhtərəm prezidentimiz hər çıxışında qeyd edir ki, icra başçıları sahibkarlığın inkişafına yardımçı olmalı, yeni iş yerlərinin açılması üçün çalışmalıdırlar. Lakin ortada olan mənzərə məni çaş-baş salır. Hazırda bir icra başçısı öz şəxsi qazancı üçün 17 ailəni dolanışıqdan məhrum edir. Mənim min cür əziyyətlə ərsəyə gətirdiyimi fermam söklür. Bütün bunlar ona görə olur ki, rüşvət tələbini rədd etdimiyə görə icra başçısı mənə aid olan torpağı başqasına satır.
Mən sizə o torpaqların mənə aid olması ilə bağlı bütün sənədləri təqdim edirəm. O sənədlərdən də açıq şəkildə görünür ki, sözükeçən qış otlaq sahələri 15 il müddətinə mənə verilib. Amma möhtərəm prezidentmizin sahibkarlığın inkişafı ilə bağlı tapşırıqlarına məhəl qoymayan İsmayıl Vəliyev iqtisadiyyatımızın inkişafına birbaşa mane olur. Buna görə də hüquq-mühafizə orqanlarından və digər əlaqədar dövlət qurumlarından xahiş edirəm ki, İsmayıl Vəliyevin bu özbaşınalığı araşdırılsın. Əgər mən bu məsələdə az da olsa haqsızamsa və yalan danışıramsa, onda istənilən cəzanı çəkməyə və heyvandarlıq kompleksini İsmayıl Vəliyevə bağışlamağa hazıram. Yox, əgər mənim dediklərim həqiqətdirsə, onda dövlət qurumları İsmayıl Vəliyevi və onun əlaltısı Mustafa Əliyevi cəzalandırmalıdır.
Bir daha Prezident Adminstrasiyasına müraciət edirəm və xahiş edirəm ki, əllərində olan səlahiyyətlərdən istiadə edərək icra başçısının özbaşınağını dayandırsınlar”.
Qeyd edək ki, son zamanlar Neftçala rayonunda sahibkarların incidilməsi ilə bağlı vətəndaşların müraciətlərinin sayı artmaqdadır. Məsələ ilə bağlı Neftçala rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, bizə bildirdilər ki, icra başçısı hazırda yerində yoxdur. Mustafa Əliyevin telefon nömrəsini isə bizə verməkdən imtina etdilər. Bütün hallarda qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
NUH.az
Oxşar xəbərlər
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya