Ziya Məmmədovun yeznəsindən ona və səfir Erkan Özorala şikayət olundu – Mətn
Oktyabrın 12-də Qafqaznews.az-da “Ziya Məmmədovun yeznəsi evini təmir edən ustalara 40 min manat “atıb”?” başlıqlı yazı dərc olunmuşdu.
Həmin yazıda bildirilirdi ki, Bu günlərdə Qafqaz Xəbər Agentliyinə Azərbaycanda təmir-tikinti sahəsində fəaliyyət göstərən türkiyəli iş adamı Gökhan Yazıcı müraciət edib. O, nəqliyyat naziri Ziya Məmmədovun yeznəsi, Yanacaq və Sürtkü Materialları Təchizatı İdarəsinin sabiq rəisi Adil Məhərrəmov tərəfindən aldadıldığını bildirib. Gökhan Yazıcı həm Türkiyənin Azərbaycandakı səfiri Erkan Özorala, həm də nəqliyyat naziri Ziya Məmmədova məktubla müraciət edib. Müraciətin mətnini oxuculara təqdim edirik.
Cənab Nazir, Cənab Səfir!
Mən bu müraciətimi Sizin hər ikinizə eyni zamanda yazaraq göndərməyə gərək duydum. İnanıram ki, bu məsələnin həllində mənə köməkçi olacaqsınız. Mən uzun müddətdir Azərbaycanda təmir-tikinti işlərində öz briqadamla çalışıram və vaxtlı-vaxtında vergi ödəyirəm. 2014-cü ildə mənim dostum Abbas Kişiyev bildirdi ki, onun tanışı Əlifağa İsmayıllının Adil Məhərrəmov adlı hörmətli bir dostu var, onun evində təmir işləri görmək lazımdır. Adil Məhərrəmov o vaxt “Azərbaycan Dəmir Yolları” QSC-də yanacaq xidmətinin rəisi işləyirdi. Həmçinin, onun nəqliyyat naziri Ziya Məmmədovun yeznəsi olduğunu öyrəndim. Onun “Milyonçular məhəlləsi” deyilən yerdə, M.Əlizadə 67 ünvanında villasında təmir işlərinə dair şifahi razılaşma əldə etdik. Adil Məhərrəmovun dediyinə görə, iş getdiyi zaman ortaya çıxan xərclərə dair, bizə hissə-hissə pulu verib bitirəcəkdi. Bir ay ərzində onun evində 25 fəhlə ilə suvaq, alçipan və digər təmir işləri apardıq, lakin Adil Məhərrəmov mənə bir dəfə 5 min manat, bir dəfə də 2 min manat verdi. Ümumilikdə 9 ay işlədik, A.Məhərrəmovun bizə verdiyi 7 min manatdan savayı, 40 min 500 manat xərcimiz çıxdı. Qeyd edim ki, Adil Məhərrəmov işçilərlə çox pis davranır və onların şəxsiyyətinə toxunan ifadələr işlədirdi.Ona görə, ən yaxşı işçilərim işin yarısında acıq edib getmişdilər ki, biz onunla işləyə bilmərik. A.Məhərrəmov hər gün gəlib ona-buna kobudluq edir, fəhlələrin üstünə qışqırırdı. İşlədiyimiz 8-9 ay ərzində dəfələrlə yeni ustalar gətirməyə, yenidən briqada toplamağa məcbur olmuşdum. 2014-ci ilin sonlarında villanın təmir işi tamamilə yekunlaşdı. İş bitəndən sonra isə Adil Məhərrəmov vaxtı uzatdı və hər dəfə müxtəlif bəhanələrlə pulumuzu verməkdən boyun qaçırdı. Mən ondan-bundan borc alaraq, fəhlələrin pulunu verdim. O vaxt dolların məzənnəsi 0,78 manat idi. Ona görə də, Adil Məhərrəmovun ucbatından 50 min dollardan çox borca düşmüşəm ki, hazırda bu rəqəm 80 min manat edir. İnsanların borcunu ödəyə bilmirəm, pis vəziyyətdə qalmışam. Az qala hər həftə gedib Adil Məhərrəmovun evinin qarşısında dururam, evdən maşınla çıxır, məni görürsə də, dayanıb danışmaq istəmir. Mən Azərbaycanı sevirəm və bu ölkəyə ancaq xeyir vermək niyyətindəyəm. Amma təəssüflər olsun ki, Adil Məhərrəmov kimi insanlar öz nüfuzundan və əlaqələrindən istifadə edib, həm zəhmətkeş insanların haqqını yeyir, həm də Azərbaycan və Türkiyə xalqları arasındakı qardaşlığa kölgə salırlar. Cənab nazir Ziya Məmmədov və cənab səfir Erkan Özoral! Sizdən xahiş edirəm, mənim problemimin həll olunmasında, Adil Məhərrəmovun mənə olan borcunu ödəməsində öz yardımınızı əsirgəməyəsiniz! Hörmətlə, Gökhan Yaşar oğlu Yazıcı. /qafqaznews.az/
NUH.az
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 2024 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 2024 13:04
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:08
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15