Əliyevin son mesajları - Kim necə oxumalıdır?
“Atlas” Araşdırmalar Mərkəzi Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 17-də Rusiyanın “Sputnik” informasiya agentliyinə verdiyi müsahibədə Dağlıq Qarabağprobleminin həlli ilə bağlı səsləndirdiyi fikirləri şərh edib.
“Qafqazinfo” xəbər verir ki, mərkəz hesab edir ki, bu müsahibədə prezident bir sıra məsələlərə aydınlıq gətirib.
Birincisi, İlham Əliyev dedi ki, onstitusiya dəyişikliklərinə baxmayaraq, Azərbaycanda növbədənkənar prezident seçkisinə ehtiyac yoxdur və prezident seçkisi planlaşdırıldığı kimi 2018-ci ildə keçiriləcək. Halbuki, referendumdan dərhal sonra ekspert dairələrində belə bir fikir var idi ki,İlham Əliyev gələcək illərdə iqtisadi vəziyyətin ağırlığını nəzərə alaraq prezident seçkisini bu ilin sonuna təyin edə bilər.
İkincisi, İlham Əliyev söylədi ki, TAP və TANAP layihələri “Türk axını” layihəsinə alternativ deyil. Dövlət başçısının fikrincə, Avropa hər iki boru xətti ilə ixrac ediləcək qazı alacaq və buna görə Azərbaycanla Rusiya arasında rəqabət aparmağa ehtiyac yoxdur. Əslində Avropa rəsmiləri və diplomatları qeyri-rəsmi söhbətlərdə daha çox Azərbaycan qazına maraq göstərdiklərini gizlətmirlər, çünki Rusiya qazı Avropa bazarında onsuz da həddən artıqdır və Brüssel bu həcmin artırılmasında maraqlı deyil. Buna baxmayaraq, hiss olunur ki, rəsmi Bakı bu məsələdə Kremllə üz-üzə gəlmək istəmir.
Üçüncüsü, İlham Əliyev Rusiyanın Suriyaya hərbi müdaxiləsiylə bağlı konkret fikir bildirməsə də, Rusiya prezidenti Vladimir Putinin beynəlxalq terrorizmə qarşı birgə mübarizə ideyasını dəstəkləyir. Həqiqətən Putin ABŞ-a Suriyada beynəlxalq terroçulara qarşı birgə mübarizə aparmağı təklif edib. Vaşiqnton isə Putinin bu təklifini qəbul etməyib. Görünür, bu onula əlaqəlidir ki, ABŞ Rusiya ilə birgə terrorçulara qarşı aparılan mübarizənin fonunda Bəşər Əsəd rejiminin güclənməsini istəmir.
Dördüncüsü, İlham Əliyev Rusiya hərbi təyyarəsinin Türkiyə səmasında vurulmasında üçüncü qüvvələrin maraqlı olduğuna eyham vurdu. Azərbaycan prezidenti ad çəkmədən məhz həmin qüvvələrin Rusiya-Türkiyə tərəfdaşlığını pozmaq istədiklərinə işarə etdi. Əslində üçüncü qüvvə dedikdə yenə ağla məhz ABŞ gəlir. Çünki məhz ABŞ-dakı siyasi və hərbi dairələr Türkiyə-Rusiya yaxınlaşmasından narahatdırlar.
Beşincisi, Azərbaycan prezidenti müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı vacib fikir söylədi: “Yerli özünüidarəçilik məsələlərində kompromis mümkündür. Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər”.
“Muxtar Respublika” ideyası rəsmi Bakının böyük güzəşti sayıla bilər. Əgər Azərbaycan hakimiyyəti əvvəlki illərdə güzəşt kimi daha çox “yüksək statusa malik muxtariyyət” ifadəsini işlədirdisə, indi bunun konkret adını deyir: “Müxtar Rüspublika”. Muxtar Respublikanın özünün parlamenti, hökuməti, yerli polis qüvvələri və sairə atributları olur. Bir şərtlə ki, bütün bu strukturlarda Dağlıq Qarabağa qayıdan azərbaycanlılar da iştirak etsin. Çünki, məsələn Şuşanın özünün də yerli icra strukturları olmalıdır.
Buna baxmayaraq, Azərbaycan hakimiyyəti “muxtar respublika” ifadəsinin özündə konkret nələri ehtiva etdiyini müəyyənləşdirməlidir. Bu mənada hakimiyyət strukturlarının “Muxtar Respublika”nın statusuyla bağlı konkret sənəd hazırlaması və bunu müzakirə üçün həmsədrlərə təqdim etməsinə ehtiyac var. Çünki çox zaman beynəlxalq vasitəçilər Azərbaycan tərəfini onda qınayırlar ki, “bizim təklifləri bəyənmirsiniz, ancaq özünüzünkü də yoxdur”. Ona görə də “Muxtar Respublika” ilə bağlı təkliflər paketi hazırlanmalıdır.
İlham Əliyev müsahibəsində belə bir məqamı da vurğuladı ki, Azərbaycan Dağlıq Qarabağda böyük investisiya layihələri reallaşdıracaq. Hazırda Dağlıq Qarabağ Ermənistanın dotasiyasındadır və İrəvan bölgəyə ən azı 150 -200 milyon dollar ayırır. Bu məbləğ ağır iqtisadi və sosial vəziyyətdə olanErmənistan üçün böyük yükdür. Deməli, Azərbaycanın Dağlıq Qarabağa yönəldəcəyi investisiyalar həm Ermənistanı maliyyə yükündən qurtaracaq, həm də Dağlıq Qarabağda birgə yaşayan ermənilərin və azərbaycanlıların sosial və iqtisadi problemlərinin həllinə yönəldiləcək. İnvestisiya layihələrinin də “muxtar respublika” ilə bağlı hazırlanan təkliflər paketində göstərilməsi Azərbaycanın beynəlxalq aləmə güclü mesajı olar.
İlham Əliyevdən müsahibəni “Sputnik” agentliyinin rəhbəri, Rusiyanın dövlət kanalı olan RTR-də bazar günü yayınlanan analitik proqramın müəllifi və aparıcısı Dmitri Kilseyov götürüb. Kiselyov sıradan bir jurnalist deyil və açıq demək lazımdır ki, həmin kanalda qatı ermənipərəst mövqeyi ilə tanınan Vladimir Solovyovdan fərqli olaraq Azərbaycan əleyhinə mövqe ortaya qoymayıb. Böyük ehtimalla Kiselyovun Əliyevdən götürdüyü geniş müsahibə bu bazar günü RTR-də yayınlanacaq. Bu proqramı Rusiyanın geniş ictimaiyyəti ilə yanaşı qonşu ölkənin siyasi elitası və ekspert dairələri də izləyir. Bu baxımdan Ermənistan rəsmiləri İlham Əliyevin müsahibədə Qarabağla bağlı fikirlərinə reaksiya verəcəklər.
Doğrusu bu reaksiyanın neqativ olacağı indidən bəllidir. Ancaq İlham Əliyevin rus agentliyinə verdiyi müsahibənin əsas hədəfi Ermənistan yox, məhz elə Rusiya hakimiyyətidir. Tatarıstan Rusiyanın tərkibində Muxtar Respublikadır. Bu respublika Rusiyanın ən varlı bölgələrindəndir. Demək, Kreml tərəfdaş adlandırdığı Azərbaycanda da Dağlıq Qarabağ Muxtar Respublikanın əleyhinə olmamalıdır. Ancaq bunu da bəyənməsələr və Ermənistan hakimiyyətinə anlatmasalar İlham Əliyevlə eyni gündə açıqlama verən Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun “Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş qalması hər an qaynar müharibəyə səbəb ola bilər” mesajını diqqətə almalı olacaqlar. Cənubi Qafqazda davamlı müharibə isə Rusiyanın maraqlarına cavab vermir.
NUH.az
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 2024 20:28
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 2024 18:45
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 2024 10:13
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 2024 20:31
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 2024 12:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 2024 10:08
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14