“Azercell” kollektivində qalmaqal: Gecə SMS-i, “razborka” və rəhbərliyin müəammal himayəsi
“Azercell” əməkdaşı tərəfindən mətbuata müraciət olunub.
Oxuculara xatırladaq ki, bu yazının dərcindən əvvəl biz redaksiyamıza verilən məlumatları araşdırmağa və qarşı tərəfin də mövqeyini öyrənməyə çalışdıq. Qeyd edək ki, aşağıdakı məlumatda ad və soyadları, eləcə də şöbə adlarını dəyişdirmişik. Lakin oktyabrın 6-da “Azercell” şirkətinin mətbuat xidmətinə göndərdiyimiz elektron məktubda dəqiqliyi ilə bütün şəxslərin kimliyi və adları qeyd olunub. Əlbəttə ki, sözügedən məsələnin ailə-məişət mövzusundan yarandığını anlayırıq, lakin özünü “Azercell” ailəsindən hesab edən vətəndaşların narahatlığını da nəzərə alaraq, bu məlumatı araşdırmağı və ictimailəşdirməyi lazım bildik.
Verilən məlumatda bildirilir: “E. Məmmədov (ad-soyad şərtidir) adlı şəxs uzun müddətdir “Azercell”də şöbələrin birində işləyir. Hazırda da öz fəaliyyətini davam etdirir. Bu ilin avqust ayında o ailəvi dostu olan və uzun illər “Azercell”in şöbələrin birində çiyin-çiyinə çalışdığı N.Atayevin (ad-soyad şərtidir) həyat yoldaşına axşam radələrində SMS yollayaraq nalayiq təkliflər edib. N.Atayevin həyat yoldaşı E.Məmmədov tərəfindən ona yazılan SMS-i N.Atayevə göstərib və bundan sonra N.Atayev bu məsələni E.Məmmədovdan aydınlaşdırmaq üçün görüşüb və xoşagəlməz hərəkətə aydınlıq gətirməyi tələb edib. E.Məmmədov SMS-i yazarkən içkili vəziyyətdə olduğunu N.Atayevə bildirib. Və yerindəcə layiqli cavabını alaraq, hadisə yerindən qaçıb.
E.Məmmədov hadisənin növbəti günü “Azercell”in rəhbərliyinin adına ərizə yazaraq öz xahişi ilə işdən azad olunmağını istəyib. E.Məmmədov olanları dərk edərək rüsvayçılıqdan qurtulmaq üçün və həmin şirkətdə demək olar ki, hamının bu hadisədən xəbəri olduğuna görə, rəhbərliyə birinci ərizəni yazıb və dərhal “Azercell” şirkətinin rəhbərliyi onun vəzifədən azad olunmasına razılıq verib. Lakin “Azercell”in şöbə müdürlərindən biri F.Babaşovun (ad-soyad şərtidir) təkidi ilə, E.Məmmədov hüquqşunaslarla məsləhətləşəndən sonra, yenidən rəhbərliyə ərizə yazaraq, birinci ərizəni təzyiq altında yazdığını bildirib, hətta birinci ərizəni etibarsız sayılmasını xahiş edib. Beləliklə, F.Babaşov öz yaxın dostu E.Məmmədovu “Azercell”dən xaric olunmasına mane olub, rəhbərliyə təsir göstərərək, bu şəxsi müdafiə edib. İkinci ərizədən sonra, F.Babaşov dostu E.Məmmədovu bölgələrdən birinə ezam edib ki, onu çalışdığı şöbədə saxlasın və ara sakitləşəndən sonra yenidən Bakıya qaytara bilsin. Bizdə olan məlumata görə bu hadisəni eşidən “Azercell”in bir neçə əməkdaşları “Azercell” rəhbərliyinə bu hadisəyə həssas yanaşmasını xahiş ediblər və “Azercell” ailəsində ilk dəfə belə bir hal olduğuna görə, adı çəkilən əməkdaşlar bundan sonra E.Məmmədovla birgə çalışmaq istəmədiklərini öz müraciətlərində bildiriblər.
“Yox” cavabıyla tanış olan “Azercell”in bir neçə əməkdaşları ikinci dəfə təkrarən Azercell rəhbərliyinə müraciət edərək bildiriblər ki, “heç olmasa E.Məmmədov başqa şöbəyə keçirilsin, biz əməkdaşlar onunla ünsiyyətdə olmayaq”. Lakin yenə də, çox müəmmalı şəkildə, daha doğrusu, F.Babaşovun müdaxiləsindən sonra “Azercell”in rəhbərliyi E.Məmmədovu çalışdığı şöbədə saxlamağa qərar verib. Və bu qərardan narazı olan əməkdaşlara xəbərdarlıq edilib ki, E.Məmmədovun çalışdığı şöbədə qalması ilə barışmalısınız. Lakin, “Azercell”dən aldıqları cavab narazı qalanları qane etmədiyi üçün, onlar məcburiyyət qarşısında qalaraq bu hadisənin ictimailəşməsinə razılıq veriblər”.
Oktyabrın 7-də “Azercell”dən sorğumuza aldığımız cavabda bildirilir: ““Azercell Telekom” MMC işçilərin şəxsi həyatına aid və iş vaxtından kənar baş vermiş hadisələrə dair şirkət adından rəsmi açıqlama verilməsini qanuna uyğun hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının asağıdakı maddələri vətəndaşların şəxsi və ailə həyatının toxunulmazlığını təmin edir. Müvafiq olaraq, KİV haqqında qanunun asağıdakı 8-ci maddəsi şəxslərin şəxsi və ailə həyatı ilə bağlı məlumatların yayımını nəzərdə tutmur. Tam tərsinə, qanunun 10-cu maddəsində belə hallar jurnalistlərin sui-istifadəsi hesab edilir və 44-cü, 60-cı maddələrdə bu kimi pozuntu ilə bağlı əks tədbirlər və məsuliyyət müəyyən edillib. Qeyd olunan hüquqi əsasları nəzərə alaraq, vətəndaşların şəxsi həyatı ilə bağlı məsələlərin ictimailəşdirilməsindən imtina etməyinizi təklif edir, Azercell işçilərinin şəxsi həyatında baş verənlərin şirkət rəsmiləri tərəfindən şərh olunmasına ehtiyac görmürük”. Həmin məktuba Azərbaycan Konstitusiyasının və “KİV haqqında” Qanunun bir neçə maddəsi də əlavə olunub.
“Azercell” rəhbərliyinin və oxucuların da diqqətinə çatdırırıq ki, biz insanların şəxsi həyatına müdaxilə etmirik və şərti olaraq E.Məmmədov kimi qeyd etdiyimiz şəxsin də münasibətini öyrənmişik. “Yalandır, böhtandır, belə şey olmayıb”, – deyə E.Məmmədov bildirib. “Yaxşı, bəs sizinlə bağlı niyə belə ittihamlar səsləndirilsin ki?” – deyə maraqlandıq. “Bilmirəm. Yəqin, kimlərinsə mənimlə qərəzi var”, – deyə həmsöhbətimiz sualımızı cavablandırdı.
Əlavə edək ki, oktyabrın 7-də “Azercell”ə daha bir sorğu göndərmişdik (şirkətin birinci cavabından sonra). Lakin hələ də aşağıdakı sorğumuza cavab ala bilməmişik: “Çox sağolun, təklifinizi dəyərləndirərik, lakin bizdə sual doğuran məqam odur ki, əməkdaşların “Azercell” rəhbərliyinə E.Məmmədovla bağlı müraciəti olubmu, bu müraciətin mahiyyəti və ona verilən cavab nədən ibarətdir.
Əlbəttə, biz heç kimin ailə-məişət problemlərini “qurdalamırıq”, şəxsi həyatına müdaxilə etmirik. Lakin bu məsələylə bağlı şirkət rəhbərliyinə həqiqətən də müraciət olunub-olunmadığı barədə rəsmi münasibətinizi bildirməyi xahiş edirik”.
Təəssüflər olsun ki, ikinci sorğumuzdan yazının dərcinə qədər keçən 6 gün ərzində “Azercell”dən bizə cavab verən olmadı. (365info.az-ın araşdırma mərkəzi)
NUH.az
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Bakıda məsciddən oğurluq - Axundun seyfindən 20 min apardı, gecə klubunda yedi
4 aprel 2024 21:35
- 31 Mart soyqırımından 106 il ötür
31 mart 2024 12:22
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- Ürəyinizi qorumaq üçün 25 qayda...
24 mart 2024 06:59
- Xaçmazda qadın özündən 39 yaş kiçik qohumu tərəfindən öldürüldü... VİDEO
23 mart 2024 18:31
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56