SOCAR-ın xərclədiyi milyonlar - AĞACIN KÖKÜNDƏ PROBLEM VARSA...
SOCAR-ın Avro-2016-nın sponsoru olması doğrudan da hər kəsi həm təəccübləndirdi, həm də düşündürdü. Hurriyyet.org SOCAR-ın baş tutan sponsorluğu və ölkədə federasiyaların maliyyələşdirilməsi ilə bağlı araşdırma aparıb.
Axı devalivasiyanın olduğu, işçi ixtisarlarının baş tutduğu vaxtda bu necə gerçəkləşib? Bildiyimiz kimi, SOCAR ölkədə təkcə AFFA-ya sponsorluq etmir. SOCAR Azərbaycanda futbol, cüdo, şahmat və digər idman növlərini maliyyələşdirən bir şirkət kimi tanınır.
Hətta Beynəlxalq Cüdo Federasiyası və Avropa Futbol Federasiyaları İttifaqı ilə tərəfdaşlıq sazişləri imzalanıb. UEFA ilə imzalanan sazişə əsasən, SOCAR Azərbaycanda futbol üzrə keçirilən UEFA U-17 Avropa Kuboku və Fransada keçirilən UEFA Avropa Kuboku yarışlarında UEFA-nın rəsmi tərəfdaşı qismində çıxış edir. Bu tədbirlər yüz milyonlarla futbolsevərlərə, o cümlədən Azərbaycandakı futbol azarkeşlərinə sevinc bəxş etməklə yanaşı, ölkəmizi və SOCAR-ı dünyaya tanıtmaq, nəhayət, biznes fəaliyyətimizə təkan vermək üçün effektli bir platformadır.
Mayın 5-21-də Azərbaycanda keçirilən UEFA U-17 Avropa Futbol Kuboku oyunlarına biletlər SOCAR işçiləri üçün şirkət tərəfindən hədiyyə edilir. 10 iyun - 10 iyul tarixlərində Fransada keçiriləcək Avropa Çempionatı oyunlarına birlikdə baxmaq üçün SOCAR tərəfindən Bakı Olimpiya Stadionunda iri monitorlu birgə tamaşa zonası qurulub.
Milyonluq sirr
İddia edilir ki, Avropa çempionatının sponsoru olmaq üçün şirkət təşkilatçılara 70 milyon avro (təxminən 120 milyon manat) ödəyib.
Mətbuatda yayılan xəbərdə bildirilir ki, SOCAR-ın bu turnirdə reklamının təşkilində əsas məqsədi Avropada olan yanacaqdoldurma məntəqələrinin tanıdılmasıdır. Ancaq SOCAR-dan UEFA ilə əməkdaşlığının neçə milyona başa gəldiyini demirlər. Bildirilir ki, bu kommersiya sirridir.
Rövnəq Abdullayev isə bu barədə belə danışıb:“Avropa çempionatında SOCAR-ın reklamının olması böyük şeydi. Bu, kommersiya məqsədlidi və uğurlu olacaq. Bunu böyük çətinlik hesabına, rəqabətdən qalib ayrılaraq etmişik. SOCAR-ın, Azərbaycanın adının orda yazılması böyük uğurdur”.
Bəs maraqlıdır, bu qədər federasiyaya sponsorluq edən, beynəlxalq turnirləri maliyyələşdirən digər qurumlar arasında pul bölgüsünü necə aparır?
Bir zamanlar Rövnəq Abdullayevin sevimlisi olan, SOCARA və AFFA-ya xidmət edən Tahir Süleymanov SOCAR-ın AÇ-2016-ya sponsorluq etməsinə belə münasibət bildirib: “UEFA ilə müqavilə çoxdan, krizisdən öncə bağlanıb. Təbii, Azərbaycanın indiki dönəmində SOCAR-ın Avropa çempuonatında sponsorlardan biri olması birmənalı qarşılanmır. Son 10-12 ildə dövlət, SOCAR, klub himayədarları ölkə futboluna bir milyard dollardan çox vəsait xərcləyib. "Neftçi", "Qarabağ", "Qəbələ"nin qruplara düşməsindən başqa heç bir uğur qazanılmayıb. Millidən isə danışmağa dəyməz. Baxmayaraq ki, 6-7 il öncə baş məşqçi Berti Foqtsa, təlim-məşq toplanışlarına, mükafatlara külii miqdarda pul ayıraraq AFFA ideoloqları Avro-2016-nın final mərhələsinə vəsiqə qazanmağa söz vermişdilər. Bunun əvəzinə finallarda sponsor kimi peyda oldular. Ölkədə futbol klublarının dağılması fonunda bu heç də xoş deyil. Ölkə futbolunda idarəçilik, sistem yenilənməlidir. Əks halda bundan sonra da 1-2 milyard xərclənsə, yenə də heç bir uğur olmayacaq. Ağacın kökündə problem varsa, nə qədər vəsait qoysan, keyfiyyətli bar verə bilməz”.
Narazı qalan neft mütəxəssisi və hüquq müdafiəçisi
Neft sahəsi üzrə mütəxəssis İlham Şaban SOCAR-ın AÇ-yə sponsorluq etməsinə çox maraqlı bir tərzdə yanaşıb. O saytların birinə açıqlamasında belə deyib: “Xammal şirkətləri bu cür kütləvi idman yarışlarında reklam vermirlər. 2008-ci ildən hökumət özünün qeyri-neft sektoruna keçidini elan edib. Hər il də 10 faiz bunun artımını qeyd edir. Ancaq bizim “adam arasına çıxarılası” yenə də neftdən başqa bir şey tapılmadı ki, orada nümayiş etdirək. Biz bu baxımdan doğrudan geri qalmışıq”.
Hüquq müdafiəçi Mirvari Qəhrəmanlı isə verdiyi açıqlamada bildirib ki, bu sponsorluğa görə məyusdur: “O vəsait daha ağır problemlərin həllinə yönəlməlidir. Bu cəmiyyət tərəfindən çox pis qarşılanır. İstər Neft Fondu, istər neft şirkəti dövlət büdcəsinə keçirilir. Pisləyirəm, çox məyusedici bir xəbərdir. SOCAR-ın vəsaitindən istifadə olunması həm şirkətin işçilərinin, həm də Azərbaycan işsiz insanların hüquqlarının pozulmasıdır”.
Aldığımız məlumata görə, SOCAR tərəfindəın maliyyələşdirilən Azərbaycan Şahmat Federasiyasında maaş gecikmələri və pulda azaldılmalar var. AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlunun sözlərinə görə isə SOCAR-ın başqalarına sponsor olması onların maliyyəsinə təsir etmir: “AFFA-ya olan ödənişlər vaxtında ödənilir. Bizim qurumda maaşla bağlı bir problem yoxdur”.
Qəribədir ki, SOCAR Bakıda keçiriləcək “Formula-1”-ə də sponsorluq etməyi öz boynuna götürüb.
Aygün İlqarızı, Hurriyyet.org
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 2024 11:56
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - Rəsmi açıqlama
11 aprel 2024 20:25
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:08
- Bu qan qrupundan olan qadınlar ən ağıllı və gözəl uşaqları dünyaya gətirir
7 aprel 2024 20:59
- Ruslan Əliyevə yeni vəzifə verildi
3 aprel 2024 13:01
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31