Həmin gün həkimə getməli idi, amma qətli polisə etiraf etdi
“Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə istintaqı yekunlaşmaq üzrədir.
“Qafqazinfo”nun məlumatına, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda sonuncu şahidlər ifadə veriblər.
Şahidlərdən biri təqsirləndirilən Dəyanət Quliyevin bacısı, digəri həyat yoldaşıdır. İttihama görə, Dəyanət cinayətin təşkilatçısıdır. Hadisə vaxtı sözügedən universitetin rektoru işləyən dayısı Müşfiq Atakişiyev prorektorun qətlini ona sifariş verib, o isə qətli dostu Samir Quliyevə icra etdirib.
Dəyanətin bacısı Günel Quliyevanın dediyinə görə, iki il əvvəl qardaşının psixoloji problemləri yaranıb. Bundan sonra mütəmadi olaraq müalicə alıb: “Saxlanılan gün də həkimə getməli idi, amma imtina etdi. Axşam zəng edib polisə etiraf edib”.
Quliyeva ibtidai istintaq dövründə müstəntiqə daha geniş ifadə verib. İfadəsində həm dayısı Müşfiq Atakişiyevin onlara göstərdyi qayğıdan, həm qardaşının pis vərdişlərindən danışıb: “Atamın ölümündən sonra dayım bizə atalıq etdi. Bütün xərclərimizi o, çəkib. İçimizdən ən çox da Dəyanətə qayğı göstərirdi. Onu işlədiyi universitetdə oxutdu, sonradan polisə işə düzəltdi. Dəyanət sonralar içki içməyə, qumar oynamağa başladı. İki il əvvəl mənə zəng etdi, kreditim var deyib borca pul istədi. Onda bildim ki, qumar oynayır. Pulu ona görə istəyir. Qumara görə, sonralar dayım da ona pul verməyib”.
Daha sonra D.Quliyevin həyat yoldaşı Elnarə Quliyeva şahid qismində ifadə vermək üçün zala dəvət edilib. Qanuna görə, şahid yaxın qohumlarının əleyhinə ifadə verməyə bilər. Quliyeva da bu hüququndan istifadə edib, ifadə vermək istəməyib.
Məhkəməyə sədrlik edən hakim Siyavuş Hacıyev şahidin istintaq dövründə verdiyi ifadəsini elan edib. Elnarə müstəntiqlə danışığında deyib ki, Samir Quliyev tez-tez Dəyanətə zəng edərək ondan pul istəyirmiş. Dəyanətin həmişə razılaşması isə onu şübhələndirib. Şahid ərinin həbsindən əvvəl M.Atakişiyevə zəng etməsindən də danışıb: “Həbsindən əvvəl sonuncu dəfə dayısına zəng edib. Deyib ki, tavana görə 4 min manat lazımdır. Dayısı pul vermədiyi üçün polisə etiraf edib”.
Elnarə Quliyevanın qardaşı İsa ilə telefon danışığı da istintaq materiallarına daxil edilib. Bu danışıq Dəyanətin həbsindən sonraya təsadüf edir.
Danışıqdan görünür ki, Elnarə ərinin cinayətinə görə Müşfiq Atakişiyevi günahlandırır. Onun qardaşı ilə söhbətindən üç cümləni təqdim edirik: “Dəyanət Müşfiqin oğlu kimi idisə, başqa işə qoyardı da... Öz arxasını bərkitmək üçün polisə düzəldib. Yekə oğlu var idi, onu irəli çəkərdi, işlərini də ona gördürərdi”.
Xanım şahid istintaqda nə danışdığını bilmədiyini, yazılanlara qol çəkib getdiyini deyib.
Bununla iş üzrə bütün şahidlərin ifadəsi yekunlaşıb. Martın 13-nə təyin olunmuş prosesdə sənədlərin tədqiqi, daha sonra prokurorun çıxış edəcəyi gözlənilir.
Xatırladaq ki, hadisə 2011-ci ildə baş verib. İttihama görə, həmin vaxt “Təfəkkür Universitetinin” rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariyel Əhmədovun qətlini sifariş verib. Sifarişin təşkilatçısı bacısı oğlu Dəyanət Quliyev, icraçısı isə D.Quliyevin qonşusu Samir Quliyev olub.
Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. M.Atakişiyev həbsinə kimi Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru işləyib.
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 2024 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 2024 14:50
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31