Quru sərhədlər bu səbəblərdən açılmır - Prezidentin izahı
Dövlət başçısı İlham Əliyevdən “sərhədlərimiz dostlarımız üçün açıq olsun və bizə zərər vermək istəyənlər üçün isə bağlı qalsın” mesajı; ekspertlər də bu qərarı birmənalı təhlükəsizliklə əlaqələndirir
Pandemiya səbəbindən bağlanan quru sərhədlər artıq bir neçə il keçməsinə baxmayaraq, hələ də açılmayıb. Hazırda Azərbaycan quru sərhədləri bu səbəbdən bağlı olan yeganə ölkədir. Quru sərhədlərinin bağlı olmasının ölkəmizdə ən müsbət amil kimi turizm sektoruna təsiri göstərilsə də, qeyd edək ki, bu sektorda ötən dövrdə heç bir ciddi irəliləyiş müşahidə edilməyib. Bəzi iddialara görə, Azərbaycan iqtidarı Rusiyadan gələn və ya potensial olaraq gələ biləcək axından narahatdır.
“Yeni Müsavat” bildirir ki, son olaraq dövlət başçısı İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində sərhədlərlə bağlı danışmışdı. “Əsas beynəlxalq aktorlarla yaxşı siyasi əlaqələri olan, özünü təmin edən iqtisadiyyat və ölkədəki siyasi sabitlik və birlik - bütün bu amillər onu göstərir ki, bizdə daxili risklər yoxdur. Xarici risklər, bəli, var, lakin bu, sərhədlərimizin xaricindəki vəziyyətdən asılı olacaq. Sərhədlərimizin xaricində Şimala doğru müharibə gedir, Yaxın Şərqdə qeyri-sabit vəziyyət mövcuddur, regionumuzda potensial gərginliklər var. Beləliklə, bu, Azərbaycan üçün potensial risk ola bilər. Bu məqsədlə biz sərhədlərimizin müdafiəsinə daha çox diqqət yetirməliyik ki, sərhədlərimiz dostlarımız üçün açıq olsun və bizə zərər vermək istəyənlər üçün isə bağlı qalsın”, - deyə dövlət başçısı bildirmişdi.
Bəs “dostlarımız üçün açıq, bizə zərər vermək istəyənlər üçün bağlı qalsın” fikrinin arxasında hansı gerçəklər dayanır? Azərbaycan hər zaman şimal və cənub sərhədlərindən zərər gözləyib, həm də görüb. Bunu nəzərə alsaq, Rusiya və İran sərhədlərinin bağlı qalacağını, qərb sərhədlərinin açılacağını gözləmək olardı. Yəni Gürcüstan və Türkiyə istiqamətində quru sərhədlər açılmalıydı, lakin heç biri olmadı. Beləliklə, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadıldı. Artıq bununla bağlı baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 aprel saat 06:00-dək uzadılıb. Qeyd edək ki, bundan əvvəlki qərar 2024-cü il 2 yanvar saat 06:00-dək olan dövrü əhatə edib. Xatırladaq ki, quru sərhədlərinin açıq olması eyni zamanda bir çox vətəndaşların, o cümlədən sərhədyanı bölgələrdə yaşayan əhalinin dolanışığı üçün əsas amillərdən biri idi. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bugünlərdə deyib ki, sərhədlərin bağlanmasının büdcəyə xeyri proqnozdan azdır.
Ramil Məmmədli
Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a açıqladı ki, Azərbaycan dünyada gedən mürəkkəb prosesləri, onun küləyinin regiona təsirlərini müşahidə etməkdədir. Ekspertin sözlərinə görə, Azərbaycan dövləti təhlükəsizlik parametrlərinə riayət edir: “Şimal-Qərb qarşıdurmasının qəlpələri istər-istəməz bizə də toxuna bilər. Bu qarşıdurmada Azərbaycan öz istiqamətini müəyyən edib və quru sərhədlərin qapalı saxlanması rəsmi şəkildə təhlükəsizliklə əlaqələndirilməsə də, görünən budur ki, əsl səbəb məlumdur. Əgər dövlətin ciddi informasiyaları, kəşfiyyat məlumatları varsa, eləcə də prosesləri təhlil edən strateji mərkəzi bu qənaətdədirsə, deməli, quru sərhədlərin təhlükəsizlik nöqteyi-nəzərdən qapalı saxlanması məntiqlidir. Biz müharibədən yeni çıxmış dövlətik, ətrafımızda müxtəlif hadisələr cərəyan edir və bütün bu prosesləri nəzərə alaraq, dövlət belə bir addım atmaq qərarı verib”. R.Məmmədli şimalda gedən müharibənin gələn il daha da kəskinləşəcəyini gözləyir: “Rusiya baş nazirinin müavini də açıqladı ki, 2024-ci ildə müharibə davam edəcək. Qərb yeni yardımlar ayırmağı planlaşdırır, Bayden Zelenskini çağırdı və Vaşinqton dəvəti "təcili dəstək" adı ilə əlaqələndirdi. Ona görə də müharibə gələn il şiddətli forma ala bilər. Üstəlik, həm Rusiya, həm Amerikada seçkilərdir, Azərbaycanda da fevralda prezident seçkisi keçiriləcək. Bu amillər siyasi görünsə də, arxasında təhlükəsizlik faktorları dayanır. Mən quru sərhədlərin bağlı saxlanmasında başqa bir səbəb görmürəm".
Natiq Cəfərli
REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, bunun səbəbi təhlükəsizliklə bağlı ola bilər və Rusiyadan axın olması istisna edilmir. Onun fikrincə, quru sərhədlərin qapalı saxlanmasının pandemiya ilə əlaqələndirilməsinə inam qalmayıb: “Əgər məsələ təhlükəsizlikdirsə, Rusiya-Ukrayna müharibəsidirsə, o zaman Gürcüstanın da Rusiya ilə sərhəd olduğunu nəzərə almalıyıq. Üstəlik, Gürcüstanın Cənubi Osetiya və Abxaziya kimi işğal problemi var, bununla belə, sərhəd açıqdır. Azərbaycan isə güclü dövlətdir, hüquq-mühafizə orqanları, ordusu, sərhəd xidməti peşəkardır, bu məsələdə Gürcüstandan dəfələrlə üstünük, o zaman Rusiya ilə quru sərhədi açıq saxlayıb, biz qapadırıqsa, heç də yaxşı görünmür”. N.Cəfərli hesab edir ki, quru sərhədlərin bağlı saxlanması iqtisadi göstəricilərə də mənfi təsir edir: “Ölkəyə 3 milyon turist gəlmişdi, indi onun 30-35 faizini təkrarlaya bilməyəcəyik”.
Fuad Əliyev
Siyasi şərhçi Fuad Əliyev isə quru sərhədlərin açılmasını zəruri sayır: “Bunun iqtisadi zərərləri göz qabağındadır. Artıq 4-cü ilə keçir ki, insanlar yalnız təyyarə ilə ölkə xaricinə çıxa bilirlər. Ən azından Gürcüstan istiqaməti açıla bilərdi ki, bu həm də Türkiyəyə quru sərhədin açılması deməkdir. Sadəcə, bunu etsələr, təbii olaraq suallar yaranacaq ki, şimal və cənub sərhədləri niyə açılmır, hansısa təhlükə varmı? Ona görə də ya hamısı açılmalıdır, ya da heç biri. Hökumət də ikinci variantı seçib. Amma koronavirusa yoluxma minimuma enib, dünyada bu xəstəliklə bağlı hər hansı qorxulu proses də getmir, o baxımdan burada siyasi və təhlükəsizlik amilləri axtarmaq mümkündür. Prezident "Bizə zərər vermək istəyənlərə bağlı qalsın" deməklə hansısa mesajı ötürmüş oldu. Görünür, dövlət başçısı kənardan Azərbaycana ziyan vurmaq istəyənlərin olduğunu görməkdədir".
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 2024 12:48
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 2024 11:50
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 2024 20:28
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 2024 18:45
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
- Türkiyədə 2028-ci il seçkiləri: Əkrəm İmamoğlu, yoxsa Səlcuk Bayrakdar?
12 aprel 2024 12:56
- Vəkil nazirə fermerlərin saxta sənəd düzəltmə səbəbini yazdı – qoyunları qırxmaq, çimizdirmək...
6 aprel 2024 15:04
- Prezident Sankt-Peterburqun qubernatorunu qəbul etdi - Yenilənib - Fotolar
3 aprel 2024 13:36
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 13:21
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 13:01
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53