Prezident qəbul keçirdi - Foto
Prezident İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertini qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı Leo Dokertinin Azərbaycana səfərinin ikitərəfli, eləcə də regional gündəliyin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib.
Azərbaycanın gözəl bir ölkə olduğunu qeyd edən Leo Dokerti səfərindən məmnunluğunu ifadə edib, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olmasından qürur hissi duyduğunu vurğulayıb.
Qonaq Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının regional sülh və sabitliyin təmin olunmasına hər hansı bir töhfə vermək işinə müsbət yanaşdığını deyib, uzun illərdir Azərbaycan ilə çox mühüm siyasi, iqtisadi, ticarət və enerji əlaqələrinin mövcudluğu ilə fəxr etdiklərini bildirib.
Leo Dokerti vurğulayıb ki, Azərbaycan yalnız Avropanın mühüm enerji təchizatçısı deyil, həm də Cənubi Qafqazın vacib, məsuliyyətli ölkəsidir və Azərbaycansız Avropada sülh və təhlükəsizlik olmazdı.
Prezident İlham Əliyev iqtisadi əlaqələrimizin enerji sahəsində əməkdaşlıqdan başladığını, BP şirkəti ilə uzun illər səmərəli və qarşılıqlı etimada əsaslanan işbirliyinin həyata keçirildiyini qeyd edib.
Dövlət başçısı ölkəmizə qoyulan investisiyaların bizə göstərilən inamı nümayiş etdirdiyini məmnunluqla vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, BP şirkətinin uzun illər bundan əvvəl Azərbaycanda fəaliyyətə başlaması ölkəmizin iqtisadi inkişafında və respublikamızda investisiya layihələrinin həyata keçirilməsində mühüm rol oynayıb. Dövlət başçısı hazırda Azərbaycan-BP əməkdaşlığının bərpaolunan enerji sahəsi ilə bağlı yeni mərhələyə qədəm qoyduğunu deyib və bunun region üçün çox gözəl nümunə olduğunu bildirib.
Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən Azərbaycan Prezidenti bir daha Leo Dokertinin səfərinin əlaqələrimizin inkişafı ilə bağlı məsələlər barədə fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətinə toxunub.
Dövlət başçısı vurğulayıb ki, antiterror tədbirləri nəticəsində Azərbaycan suverenliyini tam şəkildə bərpa edib.
Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün artıq hər hansı əngəlin olmadığını deyərək ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini, sülh müqaviləsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün Azərbaycanın Ermənistan ilə dialoqa hazır olduğunu vurğulayıb.
Qonaq da öz növbəsində ölkəsinin bu prosesə dəstək verməyə hazır olduğunu ifadə edib.
- Bakıda beynəlxalq forum keçirilir: Prezident çıxış edib (YENİLƏNİB)
1 may 2024 11:46
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 2024 10:46
- İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 aprel 2024 23:33
- Onlar nazir müavini təyin edildilər
29 aprel 2024 18:09
- Yeni icra başçısı Ovni Muradov kimdir?
29 aprel 2024 17:58
- Prezident qəbul keçirdi
29 aprel 2024 11:01
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 2024 11:50
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- 100 uşağı öldürən həkimin Azərbaycanda gizli əməlləri - VİDEO
01 may 11:53
- Bakıda beynəlxalq forum keçirilir: Prezident çıxış edib (YENİLƏNİB)
01 may 11:45
- Nəcməddin Sadıqovun həbsinə HAZIRLIQ BAŞLADI!
01 may 09:37
- Nazir ölkəyə yeni baş notarius təyin etdi (ÖZƏL)
30 aprel 21:40
- Azərbaycanlı milyarder əfv edildi - Edam cəzası verilmişdi
30 aprel 19:48
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 19:29
- Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat
30 aprel 19:20
- Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 aprel 16:19
- Mayın ilk gününün havası
30 aprel 13:17
- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat
30 aprel 12:00
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 11:50
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 10:46
- ADNA terrorundan 15 il ötür...
30 aprel 10:28
- Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb
29 aprel 23:51
- İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 aprel 23:33
- Mehriban Əliyevadan Ülviyyəyə təbrik - Səninlə fəxr edirəm!
29 aprel 23:27
- Anar Məmmədli saxlanıldı
29 aprel 18:29
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 18:15
- Onlar nazir müavini təyin edildilər
29 aprel 18:09
- Yeni icra başçısı Ovni Muradov kimdir?
29 aprel 17:58
- Prezident qəbul keçirdi
29 aprel 11:01
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 13:21
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 13:01
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05