Emin Sabitoğlunun xatirəsi anıldı -FOTOLAR
18 noyabr Emin Sabitoğlunun xatirə günü kimi yaddaşlarda həkk olunub. Bəstəkarın sənət yoldaşlarının, dostlarının onun haqqındakı xatirələri də yaradıcılığı qədər qiymətlidir.
Azərbaycan mahnı janrının ən nadir inciləri Emin Sabitoğlunun adı ilə bağlıdır. Çox sayda kinofilm və teatr tamaşası üçün yazdığı yaddaqalan melodiyalarla yaratdığı unudulmaz bədii lövhələr musiqi sənətimizi rövnəqləndirib. Azərbaycanın mədəniyyət salnaməsi görkəmli bəstəkarın yaradıcılığı ilə xeyli zənginləşib. Emin Sabitoğlu musiqinin əksər janrlarında yazıb. Amma bir neçə musiqi janrı, xüsusən mahnı janrı onun yaradıcılığının əsasını təşkil edir. Bəstəkarın ən ünlü müğənnilərin ifasında səslənən “Şükriyyə”, “Bakı, sabahın xeyir”, “Uzaq, yaşıl ada”, “Payız gəldi”, “Aman ayrılıq”, “Bağışla”... kimi mahnılarını sevməyən çətin tapıla... 18 noyabr Emin Sabitoğlunun xatirə günüdür. Bəstəkarın sənət yoldaşlarının, dostlarının onun haqqındakı xatirələri də yaradıcılığı qədər qiymətli və şirindir.
“Kaspi” qəzeti Anım günü ilə bağlı Emin Sabitoğlunu anıb:
Yüksək nəcabət, xeyirxahlıq və səmimilik
Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmruz Əfəndiyeva “Bizim atalarımız dost olublar və sonralar Eminlə Bakı Musiqi Akademiyasında birgə çalışmışıq”, - deyə Emin Sabitoğlunu “unudulmaz və qəlblərdə yaşayan insan kimi xatırlayır: “Atası Sabit Rəhmanın daxilində olan yüksək nəcabət, xeyirxahlıq və səmimilik Eminə də keçmişdi. Emin Konservatoriyanın xor-dirijorluq, mən isə musiqi nəzəriyyəsi kafedrasında işləyirdik. Eminin güclü, yüksək səviyyəli müəllimləri olub”. E.Sabitoğlu Bülbül adına Orta İxtisas Musiqi Məktəbini, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini - dahi müəllim və bəstəkar Qara Qarayevin sinfini bitirib. Sonra təhsilini P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında, görkəmli rus bəstəkarı Yuri Aleksandroviç Şaporinin sinfində davam etdirib.
Muğam və aşıq musiqisinə söykənən musiqilər
İ.Əfəndiyeva Emin Sabitoğlunun mahnı yaradıcılığını yüksək dəyərləndirir: “Qarşımda Eminin dörd məcmuəsi var: “Lirik mahnılar”, “Dərələr”, “Bakı, sabahın xeyir!”, “Gözümdə Leylisən!” Bu mahnıların hər biri mənim üçün əziz və doğmadır. Bu mahnıların musiqisi bizi yaşadır, həyatımızı zənginləşdirərək işıqlı yol açır. Eminin mahnılarının üslub xüsusiyyətləri ilk növbədə milli ənənələrimizə - muğam və aşıq musiqisinə söykənməsidir. Emin Sabitoğlu əsl bəstəkar-novatordur. Onun qızı Ceyran xanım atası haqqında gözəl kitab yazıb. Ceyran xanım tələbəm olub - ən istedadlı və əlaçı tələbələrimdən biri idi. O, bizim Akademiyada uzun illər işləyib və həmkarım olub”.
O qədər zarafatcıl idi ki...
Xalq artisti Flora Kərimova bəstəkarın mahnılarının ən yaxşı ifaçılarından olub. Onun yaddaşında Emin Sabitoğlu bütün zamanların ən uğurlu və sevilən bəstəkarıdır: “Tofiq Quliyev, Zakir Bağırov, Oqtay Kazımı kimi bəstəkarların musiqisindən sonra estradanı bəyənmək çox çətin idi. Amma Emin o illərin peşəkar səviyyəsini qoruyub saxlayan, hörmət qazandıran bəstəkarlardan oldu. Eminlə Oqtay bugünkü estradanın sütunlarından biri idi”. Flora xanım bəstəkarı zarafatcıl, yüksək yumor hissinə malik insan kimi xatırlayır: “Eminin gözəl xasiyyəti vardı. Şəki yumoru ilə ən çətin mübahisələri yoluna qoyurdu. Bəzən sənət aləmində kimsə bir-biri ilə dil tapmırdı, sənətçilər arasında münaqişələr olurdu. Emin belə məsələləri yumor hissi ilə həll edirdi. Musiqi bəstəkarın həyatıdır. Emin o qədər zarafatcıl idi ki, onun həyatdan məmnun olub-olmadığını bilmək olmurdu. Onu oxumaq mümkün deyildi”.
Müğənni seçimində yanılmırdı
Müğənni Emin Sabitoğlunu öz yaradıcılığına hörmət edən sənətkar kimi dəyərləndirir:
“O vaxtlar dinləyicilər təkcə musiqinin məftunu olmurdular. Onlar musiqini yaradan müəlliflərin həyatda kim olduğunu, şəxsiyyətlərini, xasiyyətlərini də bilirdilər. Bəstəkarları müğənninin sənəti cəlb edirdi. Mən Eminin bir çox mahnısını oxuyurdum. Artıq onunla şəxsi dostluq münasibətim də formalaşmışdı. Emin “Hansı səsə, hansı ürəyə malik səsə yazım”, - deyə düşünürdü. O, müğənninin qabiliyyətini nəzərə alıb yazırdı. Hər müğənniyə ürək açıb mahnı vermirdi. Mən Eminin orta qabiliyyətli müğənniyə üz tutduğunu görməmişəm. Düzdür, hamı ilə eyni münasibəti vardı, amma müğənni seçiminə çox həssas yanaşırdı. Seçimində yanılmırdı da. Çünki zövqü gözəl idi. Pianoda da gözəl ifa edirdi. O çalanda elə bil orkestr ifa edirdi. Musiqini elə yazırdı, elə bil muncuq düzürdü. Xalq çalarlarına hörmət edirdi. Bu, hər bəstəkarın yaradıcılığında rast gəlinmir. Həmişə özünə deyirdim: sənin musiqində şeytan tükü var. Onun musiqisini qəbul etməmək qəbahət idi. Bu, insanın öz zövqünə şübhə yaradırdı. Eminin musiqisi xoşuna gəlmədisə, demək problem sənin zövqündədir”. F.Kərimova deyir ki, Emin Sabitoğlunun elə bir musiqisi yoxdur ki, dinləyicilər xoşlamasın: “Eminin operettalarının hər parçası bir mahnı idi. İşbirliyimizdə Emin heç vaxt mənə “bunu belə və ya elə oxu” deməyib. O, mənim ifama qarışmırdı. Bəzən sözləri dəyişirdim, ya musiqinin dəyişməsini istəyirdim, heç vaxt etiraz etmirdi. Bir ifaçı kimi mənə bu ixtiyarı verirdi”.
Melodiya gözəl olanda...
“Azərbaycanda elə bir tanınmış müğənni yox idi ki, onun yazdığı mahnını oxumasın. Gülağa Məmmədov, Anatollu Qəniyev, Akif İslamzadə, Hüseynağa Hadıyev, Şövkət Ələkbərova, Rəşid Behbudov, Flora Kərimova…”, - deyə Xalq artisti Faiq Sücəddinov xatırlayır: “Emin Sabitoğlu gözəl əsərlər yazıb. Nə yazıbsa, hamısını çox gözəl yazıb. Melodiya gözəl olanda hər şey gözəl olur. Eminin bəzi əsərlərini vaxtilə estrada orkestrində aranjeman etmişəm. Bir gün Tofiq Quliyev dedi ki, Emin, sənə simfoniya, opera yazmaq lazım deyil. Sən o qədər gözəl mahnılar, kino və tamaşa musiqiləri yazırsan ki, bunlar bizə bəsdir. Sənin yaradıcılığında daha çox mahnılar eşitmək istəyirəm. Emin Sabitoğlu xoşbəxt bəstəkar idi. Onun musiqiləri bu gün də sevilə-sevilə oxunur, instrumental olaraq çalınır. Emin Sabitoğlunun mahnıları həmişə səslənəcək, eşidiləcək və seviləcək”.
- Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
9 may 2024 12:11
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
7 may 2024 00:25
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
4 may 2024 17:23
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
4 may 2024 11:51
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
2 may 2024 22:16
- Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - Fotolar
2 may 2024 21:18
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 2024 19:29
- ADNA terrorundan 15 il ötür...
30 aprel 2024 10:28
- Onlar nazir müavini təyin edildilər
29 aprel 2024 18:09
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 2024 13:01
- Sənədsiz evi olanlara şad xəbər
09 may 23:29
- Rusiya sərhədçiləri Ermənistanın hansı bölgəsində qalacaq?
09 may 23:20
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
09 may 23:03
- Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
09 may 12:11
- Bu ölkədə ilk dəfə qadın prezident seçildi
09 may 12:06
- Azərbaycanda Qələbə Günü qeyd olunur
09 may 11:57
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
07 may 00:32
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
07 may 00:25
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
07 may 00:10
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31