İsrail BMT-dən üzr istəməsini tələb etdi
İsrail BMT-dən üzr istəməsini tələb etdi
İsrail HƏMAS-ın "döyüş maşını” çevrilməsinə imkan verən BMT və Təhlükəsizlik Şurasının bəzi üzvlərindən üzr istəməsini tələb edib.
"Report” xəbər verir ki, bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Gilard Erdan çıxış edərkən deyib.
"Çoxunuz siyasi səbəblərdən dolayı HƏMAS-ı terror təşkilatı kimi tanımaq istəmirsiniz. Bu, faktları dəyişmir: HƏMAS imkan olduqca şüurlu şəkildə mülki əhaliyə hücum edir, uşaqları öldürür. Bu səbəbdən HƏMAS İŞİD-dən fərqlənməyən terror təşkilatıdır. HƏMAS dialoqa inanmır, dialoq istəmir, siyasi həlldə maraqlı deyil; HƏMAS yalnız yəhudilərin yox edilməsi və yəhudi dövlətinin məhv edilməsinə inanır. Heç nə belə soyqırımı ideologiyasını dəyişə bilməz. HƏMAS heç beynəlxalq hüququn varlığını tanımır. Əgər "iki dövlət” çözümü və beynəlxalq hüquq haqqında danışırsınızsa, xərçəngin müalicəsinin yalnız bir həlli var – bu hər xərçəng hüceyrəsinin məhv edilməsidir: İŞİD və "Əl-Qaidə” ilə edildiyi kimi – tam zərərsizləşdirilmə”, - o qeyd edib.
Eyni zamanda, səfir HƏMAS-ın oktyabrın 7-də törətdiyi hücumun soyqırımı cəhdi olduğunu vurğulayaraq, BMT TŞ-nin diqqət ayırmadığını bildirib:
"HƏMAS yəhudilərə qarşı daha bir soyqırımı törətmək istəyib, Təhlükəsizlik Şurası bu alçaq hücuma heç köklənmədi belə. Bu günədək heç ən sadə şeyi – Təhlükəsizlik Şurası olaraq, HƏMAS-ın terror hücumunu qınamayıbsınız <<…>> Təhlükəsizlik Şurası sadəcə humanitar yardım və humanitar dəhlizlərdən danışır. Bu, təbii ki, xoşniyyətli və vacib məqsədlərdir, lakin HƏMAS-ın növbəti kütləvi qırğınını qabaqlanması üçün həll deyil”.
Diplomat HƏMAS-ın öz xalqının arxasında gizlənərək İsrail şəhərlərini atəşə tutduğunu xatırladıb və BMT-nin bunu pisləmədiyini qeyd edib:
"HƏMAS seçkilərdə Qəzza xalqı tərəfindən seçilib <<...>> Sonra HƏMAS Qəzza zolağının hər qarışını döyüş maşına çevirib. Təhlükəsizlik Şurası harada idi? HƏMAS beynəlxalq yardımı insanların sıx məskunlaşdığı məhəllələrdə tunel tikməyə istifadə edir. Təhlükəsizlik Şurası harada idi? Susurdu. HƏMAS öz mülki əhalisinin arxasında gizlənərək İsrail şəhərlərinə minlərlə raketlər atırdı. Təhlükəsizlik Şurası harada idi? << ... >> HƏMAS-ın məqsədi Qəzzada mülki itkilərin sayını artırmaqdır: bu, ssenarinin parçasıdır. Onlar İsraili savaş meydanında yenə bilməyəcəklərini yaxşı bilirlər <<...>> Təhlükəsizlik Şurası HƏMAS-ın terror hücümlarını pisləmək yerinə humanitar dəhlizləri müzakirə edir. Başa düşmürsünüz ki, sakitlik, atəşkəsə çağırışlar necə gülməlidir? Bu, sadəcə güllə yarasına leykoplastır vurmaqdır. Humanitar yardımlar gələcək caniliyə əngəl olmayacaq, yeganə variant bu şeytani quruluşun zərərsizləşdirilməsidir”.
Yekunda Gilard Erdan BMT və Təhlükəsizlik Şurasının "bəzi” üzvlərindən üzr tələb edib:
"Biz üzr tələb edirik. BMT və bu Şuradakıların bəziləri İŞİD kimi terrorçuların yalanlarını dərhal qəbul edib və qanunun aliliyini tanıyan demokratiyanın açıq dəlillərini tanımaqdan imtina ediblər. Siz üzr istəməli, HƏMAS İsrail xəstəxanalarına raketlər atdığı zaman Şuranı heç vaxt çağırmadığınız üçün üzr istəməlisiniz. <<…>> HƏMAS Qəzzada nəzarətsiz döyüş maşını qurarkən, illərdir başınızı quma soxduğunuz üçün üzr istəyin”.
Oxşar xəbərlər
- Nazir ölkəyə yeni baş notarius təyin etdi (ÖZƏL)
30 aprel 2024 21:40
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 2024 10:46
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 2024 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 2024 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 2024 14:50
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
Xəbər lenti
- Nazir ölkəyə yeni baş notarius təyin etdi (ÖZƏL)
30 aprel 21:40
- Azərbaycanlı milyarder əfv edildi - Edam cəzası verilmişdi
30 aprel 19:48
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 19:29
- Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat
30 aprel 19:20
- Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 aprel 16:19
- Mayın ilk gününün havası
30 aprel 13:17
- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat
30 aprel 12:00
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 11:50
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 10:46
- ADNA terrorundan 15 il ötür...
30 aprel 10:28
- Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb
29 aprel 23:51
- İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 aprel 23:33
- Mehriban Əliyevadan Ülviyyəyə təbrik - Səninlə fəxr edirəm!
29 aprel 23:27
- Anar Məmmədli saxlanıldı
29 aprel 18:29
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 18:15
- Onlar nazir müavini təyin edildilər
29 aprel 18:09
- Yeni icra başçısı Ovni Muradov kimdir?
29 aprel 17:58
- Prezident qəbul keçirdi
29 aprel 11:01
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 13:21
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 13:01
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
Video & Fotoqalereya
Video
Fotoqalereya