Fəzail İbrahimli OD PÜSKÜRDÜ....
“Milli Məclis sədrinin yazısı ilə bağlı fikirlər səsləndirilir. Bu gün əlinə qələm alıb bu yolda çörək qazananlar düşünməlidir. Özünün elmi fəaliyyəti ilə Azərbaycan elminə şan-şöhrət gətirən bir xanımın imzasına müdaxilə etmək olmaz. Digərləri, MM-in üzvləri - Eldar Quliyev, Səttar Möhbalıyev və “Azərbaycan” qəzeti. Haradan qaynaqlanır bu? Niyə bizə qarşı bu münasibət var? Niyə bizim qəzetlər susurlar? Buna cavab verilməli, dayandırılmalıdır!”
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Fəzail İbrahimli Milli Məclisdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, bu qəzetə qarşı mövqe, kin, küdurət o qədərdir ki, hətta gözləri ayaqlarının altını görməyib Azərbaycanın bütün strukturlarına hücuma keçiblər: “Qanunvericilik orqanı ilə işlərini bitiriblər, keçiblər hökumətə. Əli Əhmədov Baş nazirin müavini, YAP-ın sədr müavinidir. Yəqin o yazını yazanlar da YAP üzvləridir. Ə. Əhmədov uzun müddət YAP-ın icra katibi işləyib. Bu nə münasibətdir, bu nə hikkədir? Onun arxasında duran məsələlər açılmalıdır! Sənin “Azərbaycan” qəzeti ilə intriqan var? Münasibətin pisdir? Nifrətin var? Nifrət dalğasını bu formada yaymaq olmaz! Hədəf kim götürülür? Cənab Prezidentin 19 illik fəaliyyəti ilə bağlı yazan bütün adamlar hədəf göürülür. Azərbaycanın nailiyyətləri ilə bağlı yazanlar hədəf götürülür. Ermənistan üzərində qələbəmizin əsas mahiyyətini ifadə edən adamlar hədəf götürülür.
Soxmayın burnunuzu belə yazılara. Azərbaycanda hər kəs bir-birini tanıyır: Genetik kodundan tutmuş ayaqqabısının ölçüsünə qədər. Həyat tərzi, elmi fəaliyyəti, düşüncəsi göz qabağındadır. Azərbaycanın bütün strukturlarına hər hansı saytın bu cür hücumu haradansa qaynaqlanır. Bu qaynaqlar dayandırılmalıdır. Cənab Prezidentin fəaliyyətini işıqlandıran adamların üzərinə gəlmək... Mən bilmirəm bu necə cəsarət sahibidir?! Kimlər durur bunun arxasında? Güman edirəm ki, Mətbuat Şurası bununla məşğul olmalıdır. Azərbaycanda qayda-qanun var. Qayda-qanun çərçivəsində də hərəkət olunmalıdır”.
Qeyd edək ki, ötən gün Konkret.az-ın Analitik Qrupu “Azərbaycan” qəzetinin 15 oktyabr tarixində çıxan nömrəsini kəskin tənqid edib. Qeyd olunub ki, qəzetdə yer alan rəsmi şəxslərin məqalələri və ya onların imzası ilə verilmiş yazılar qalib ölkənin rəhbərinin adına layiq deyil. Altında dövlət məmurlarının, siyasi xadimlərin, ölkənin tanınmış şəxslərinin imzası olan məqalələrin hamısı ucdantutma plagiat, oğurluqdur.
Sözügedən nömrədə tənqid hədəfinə tuş gələn yazılar arasında millət vəkilləri: F. İbrahimli, S.Möhbalıyev və Baş nazirin müavini Ə. Əhmədovun məqalələri də yer alıb. Maraqlıdır ki, F. İbrahimli həmin plagiat materiallara aydınlıq gətirmək əvəzinə bu ayıba güzgü tutanları hədəfə alıb.
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 1927-ci ildə 24 kəndimiz, 1929-cu ildə 9 kəndimiz, 1969-da Qaragöl yaylağı...1982-də Kəmərli, İncədərə və s Ermənistana verilib
10 mart 2024 19:20
- Əlisa Nicatdan sensasion sözlər - Bağırov Hüseyn Cavidi yanına çağırıb, deyib ki...
20 fevral 2024 11:34
- Fəzail Ağamalının oğlu məhkəməyə verildi: ölkədən çıxışına "stop" qoyulur (FOTO)
20 dekabr 2023 15:25
- Ali təhsilli Vətən müharibəsi iştirakçısının xadimə təyin edilməsi ilə bağlı..
10 dekabr 2023 20:08
- 2015-ci ildə törədilən dəhşətli bir qətlin iziylə
5 oktyabr 2023 14:41
- Lokal antiterror tədbirlərinə siyasi partiyaların - Dəstək bəyanatı
19 sentyabr 2023 16:06
- Şeytan dəyirmançıları... Surət Hüseynov – “suç keçisi”
2 sentyabr 2023 12:27
- Rauf Arifoğlu od püskürdü: Hacı Salayev və Fərhad Əhmədov "Yeni Müsavat"ı MƏHKƏMƏYƏ VERD
28 avqust 2023 18:53
- Çöhrəqanlı güneyli qızların başını qırxdırırdı....
9 iyul 2023 19:01
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
03 may 19:56
- COP29: Bakıda 70 min nəfərlik tədbir
03 may 18:53
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
03 may 18:30
- SON DƏQİQƏ! Kəlbəcərdən acı xəbər gəldi: Ölən və yaralananlar var
03 may 17:19
- Cahangir Hacıyev aclıq aksiyasına başladı
03 may 13:17
- Prezident Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi
03 may 12:58
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
03 may 12:45
- Komitə İRŞAD-dan kompüter aldı, özünü dərdə saldı — FAKT
03 may 12:39
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
03 may 11:51
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
02 may 22:16
- Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - Fotolar
02 may 21:18
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
02 may 18:19
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
02 may 17:51
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
02 may 14:13
- Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
02 may 12:44
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
02 may 12:32
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
02 may 10:47
- Həmid Herisçi AYB-nin üzvü oldu
02 may 10:36
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
01 may 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
01 may 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
01 may 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
01 may 21:56
- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
01 may 19:15
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
01 may 19:01
- İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi
01 may 15:55
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
01 may 15:50
- Sabah DEPUTAT Ramin Məmmədovla bağlı iclas keçiriləcək
01 may 15:24
- Rasim Tağıyevin oğlu həbs edildi
01 may 15:18
- 100 uşağı öldürən həkimin Azərbaycanda gizli əməlləri - VİDEO
01 may 11:53
- Bakıda beynəlxalq forum keçirilir: Prezident çıxış edib (YENİLƏNİB)
01 may 11:45