Rasim Məmmədov Zülfüqarlı qardaşlarına verdiyi puldan danışdı
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla həbs edilmiş “Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun məhkəməsi davam edir.
“Qafqazinfo" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Məhkəmədə R.Məmmədovun vəkili Elçin Sadıqov iştirak etməyib. O, başqa prosesi olduğu üçün prosesə qatılmayıb.
Şahidlər R.Məmmədovun “Baku Steel Company”nin kassasından şəxsi istifadəsi üçün 13 milyon manat götürməsi epizodu üzrə dindiriliblər. Şahid Zemfira Əliyeva bildirib ki, o "Baku Steel Company" şirkətinin xəzinədarı olub. Çeklərin yazılması, pulların xəzinəyə daxil edilməsi və xaric olunmasına nəzarət edib: “2008-ci ildən bu vəzifədə çalışmışam. 2021-ci ildə məlum oldu ki, kassada 13 milyon manat kəsir var. Bununla bağlı dəfələrlə rəhbərlikdə təmsil olunan Çingiz Həsənov və Kamran Qəhrəmanova müraciət etmişəm. Demişdim ki, bu kəsri bağlamaq lazımdır. Amma mənə dedilər ki, bu sənin işin deyil. Xəzinəyə gündəlik 5-10 min manat daxil olurdu. Mən Rasim Məmmədova 13 milyon manat verilməsini görməmişəm. Sadəcə eşitdiyimə görə, pulları Rasim Məmmədov götürüb, amma bunun şahidi olmamışam. Bu pul sadəcə kağız üzərində olub.
2021-ci ildə bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etmək qərarına gəldim. Məktub yazıb DTX-nin şikayət qutusuna atdım. Bunu özümü sığortalamaq üçün etdim. Mən xəzinadər kimi Rasim Məmmədova heç vaxt pul verməmişəm. Çingiz Həsənov nə deyib, onu etmişəm".
Şahidin ifadəsində ziddiyyətlər olduğundan onun ibtidai istintaqa verdiyi ifadə elan olunub. Məlum olub ki, o ibtidai istintaqa ifadəsində bildirib ki, Rasim Məmmədova nağd şəkildə pul verilib. Amma şahid məhkəmədə bunu təsdiq etməyib və pulların R. Məmmədova verildiyini görmədiyini deyib.
“Zemfira xanım, bəlkə də mənə 10 il “iş” verəcəklər gedib yatacağam, amma siz bu gün dediklərinizlə özünüzü pis vəziyyətdə qoyursuz”, - Rasim Məmmədov xəzinədara irad tutub.
Daha sonra ikinci və əsas şahidlərdən biri, "Baku Steel Company"nin baş mühasibi Kamran Qəhrəmanov dindirilib. O, 2004-cü ildən şirkətdə çalışdığını, 2011-ci ildə baş mühasib keçdiyini deyib: “Kassada olan 13 milyonluq kəsir barədə dəfələrlə rəhbərliyə məlumat vermişəm. Çingiz müəllim deyirdi ki, bu, sənin işin deyil, Rasim Məmmədov şirkətin rəhbəridir, özü bilər. Metal alınarkən mən baş mühasib kimi deyilən məbləğə rəsmiləşdirmişəm. Metalın real qiymətini bilmirdim. 13 milyon manatı Rasim Məmmədova verməmişəm, nə də götürdüyünü görməmişəm. Amma eşitmişəm ki, pulları o götürüb”.
Rasim Məmmədov şahidin ifadəsinə münasibət bildirərkən onu yalan danışmaqda ittiham edib. O deyib ki, 13 milyon manatlıq kəsrin hesabatı aşkardır və baş mühasib də bunu bilir: “Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə metal almaq üçün 10 milyon dollar vermişdik. Rüstəm Şahbazovla (ƏMDK-ın rəsi müavini) anlaşmışdıq. Lakin komitə şirkətə 8,8 milyon dollarlıq metal verdi. Qalan 1,2 milyon dollar, yəni 2 milyon manatın qarşılığında metal verilmədi, amma pul da qaytarılmadı. Bu gün komitənin hələ də “Baku Steel”ə 2 milyon manat borcu var. Bunu Mikayıl Cabbarovla da danışmışam. Bundan başqa Poladtökmə Zavodunu almaq üçün Loğman Zülfüqarova 2,5 milyon manat verdim. Yerdə qalan məbləğ isə şirkətin digər xərclərinə yönləndirilib. Bunu baş mühasib çox yaxşı bilir. Amma başa düşürəm, burada onları səsləndirə bilmir.
Bunların heç biri mənim şəxsi xərcim olmayıb. Bilirsiz, biri var Rasim Məmmədov gedir İtaliyada 50 min dollara kostyum tikdirir, Pamela Andersonla görüşür, "Ferrari", “Lamborgini” alır. Bu olur şəxsi xərc. Amma bir də var şirkətin xərcləri. Bu pullar şirkət üçün xərclənib. 4,5 milyonu izah elədim nə üçün. Yerdə qalan pul da tikinti işləri və digər xərclərə gedib”.
K. Qəhrəmanovun da ifadələri arasında ziddiyyət olduğundan onun ibtidai istintaqa ifadəsi elan olunub. Məlum olub ki, o, ibtidai istintaqa ifadəsində şirkətin maliyyə direktoru Çingiz Həsənovun köməkçisi Səbinəyə pullar verildiyini deyib. Lakin məhkəmədə belə bir şey görmədiyini bildirib. Kamran Qəhrəmanov Rasim Məmmədova 13 milyon pul verilməsi ittihamını da təsdiq etməyib. O, bunu görmədiyini, sadəcə eşitdiyini bildirib. İfadədəki daha bir ziddiyyət isə Rasim Məmmədovun şəxsi xərcləri ilə bağlı olub. O, istintaqa ifadəsində bildirib ki, Rasim Məmmədov 13 milyon manatı geyim və restorana xərcləyib. Məhkəmədə isə o bu fikri təkzib edib.
Son olaraq, "Azəri Steel" şirkətində fəhlə işləyən Xəyal Əhmədov ifadə verib. O, “Baku Steel Company”yə sellofan torbalarda pul aparması epizodu üzrə dindirilib: "Mən şirkətə maşınların giriş-çıxışına nəzarət edirdim. Bəzən isə Mübariz müəllimin verdiyi sənədləri və pulları tapşırdığı şəxslərə çatdırırdım. Pulları sellofan torbada aparırdım. İçərisində nə qədər məbləğ olması barədə heç bir məlumatım olmurdu. Pulları əsasən, Çingiz Həsənovun otağında katibəsinə verirdim".
Prosesdə X.Əhmədovun da ifadəsində ziddiyyətli məqamlar aşkar edilib. Məlum olub ki, o istintaq zamanə sellofan torbada 10 min -200 min manat məbləğində pullar apardığını deyib. Amma şahid məhkəmədə bu faktı təsdiq etməyib. O bildirib ki, işlədiyi dövrdə Rasim Məmmədova heç vaxt pul verməyib.
Proses sentyabrın 30-da davam etdiriləcək.
Xatırladaq ki, R.Məmmədov 2021-ci ildə DTX-nin keçirdiyi əməliyyatla həbs olunub. Onun “Baku Steel Company”nin rəhbəri işlədiyi dövrdə 50 milyon manatdan çox pulu taladığı bildirilir. Məhkəmədə elan olunan ittiham aktında isə israf edilən və mənimsənilən pulların ümumi məbləğinin 185 milyon manatdan artıq olduğu göstərilib.
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 2024 10:05
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 2024 22:41
- Salam verməyin nə əhəmiyyəti var?
24 mart 2024 20:33
- Bunu qatığa 1 qaşıq əlavə etsəniz, sonsuz faydalarını görərsiniz- Sağlamlıq sirri
23 mart 2024 20:40
- Crocus City Hall-da YALIN ƏLLƏ terrorçunu zərərsizləşdirən şəxs danışdı - VİDEO
23 mart 2024 18:55
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41