Bakı Tikiş Evi məktəb direktorlarını ittiham edib....
Maqazin12 sentyabr 2022 13:57
Bakı Tikiş Evinin qarşısında izdiham yaşanır.
"Report"un xəbərinə görə, 3 gün sonra yeni tədris ilinin başlaması ilə əlaqədar valideynlərin məktəbli geyimləri əldə etmək üçün Bakı Tikiş Evinin qarşısına toplaşması böyük izdihama səbəb olub.
Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin rəisi Etibar Əzimov "Report”a açıqlamasında bildirib ki, yeni məktəbli formaları ilə bağlı qərar gec verilib, ona görə də formaları tikib çatdırmaq mümkün deyil.
O söyləyib ki, qərardan sonra da bu məsələyə cavabdeh olanlardan heç kim müəssisəyə müraciət etməyib: "Bizim heç kimlə müqaviləmiz yoxdur. Dörd rəngdən hansının tikilməsi belə deyilməyib. Bizim əsas işimiz güc strukturlarının formalarını tikməkdir. Onu axsada bilmərik. Çünki tender olub və həmin nazirliklərlə müqaviləmiz var. Əlavə vaxt və imkan daxilində istədik ki, məktəbli formaları da istehsal edək. Gündə təxminən 1500 ədəd məktəbli forması istehsal edib, satışını təşkil edirik. Bu saydan artığına bizim gücümüz çatmır. Çünki biz özəl müəssisəyik və kreditlə işləyirik. Dövlət yardımımız yoxdur. Bu səbəblərdən tək müəssisə Bakı məktəblərinin tələbini qarşılaya bilməz. Başqa əlavə müəssisə məktəbli forması istehsal etmir”.
E.Əzimov vurğulayıb ki, izdihama səbəb məktəb direktorlarının valideynləri məcbur etməsidir: "Göndərirlər ki, mütləq alınmalıdır. Niyə? Elm və təhsil naziri də yeni məktəbli formalarının alınmasının könüllü olduğunu deyib. Məcburiyyət yoxdur. Amma məktəb direktorları valideynləri məcbur edirlər. Niyə direktorlar barədə ölçü götürülmür? Niyə onlara başa salınmır ki, valideynləri incitməsinlər. Yaranan ajotaja səbəb məktəb direktorlarıdır. Anbarımızda köhnə məktəbli formaları var. Amma heç kim istəmir. Hamı yenisini istəyir. Məktəbli formaları 1-4-cü siniflər üçün məcburdur. Yuxarı siniflərdə oxuyan şagirdlərin valideynləri də gəlir ki, forma verin”.
Şöbə müdiri valideyinlərə müraciət edib: "Biz davamlı olaraq formaları istehsal edəcəyik. Hamısını birdən istehsal etmək mümkün deyil. Başqa müəssisələr varsa, satışa çıxarsın. Var, amma keyfiyyəti o qədər də yaxşı deyil”.
Oxşar xəbərlər
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 2024 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 2024 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 2024 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya