Xətai rayon sakinlərinin nazir Kəmaləddin Heydərova müraciəti
Xətai rayon sakinlərinin nazir Kəmaləddin Heydərova müraciəti
Cənab Nazir !
Biz Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11 ünvanda yaşayan sakinlər xeyli müddətdir ki, Sizə və tabeçiliyinizdəki qurumlara müraciət etməkdən yorulub-bezmişik. Bu müddət ərzində DAŞDAN SƏS ÇIXIB, sizin nümayəndələrdən səs çıxmayıb. Daha doğrusu, sizin nümayəndələriniz GÖRÜNTÜ üçün gəlib-getsə də, onların fəaliyyətinin sakinlər üçün heç bir nəticəsi olmayıb, hətta yaşadığımız binalarda adi bir ODSÖNDÜRƏN balon da quraşdırılmasına nail olmayıblar. Ona görə də Sizin dəyərli vaxtınızı alaraq yenidən şəxsən Sizə müraciət etməyə məcburuq.
Cənab nazir !
Özünüzü bir anlıq BİZİM YERİMİZDƏ hiss eləyin.
Gecə yatanda da təlaş, qorxu, səksəkə içərisində yatırıq ki, birdən yaşadığımız binada yanğın olar, insan fələfatı olar, uşaqlarımız yanar və s.
Cənab nazir !
Belə hallar azmı olub..?
Hörmətli Kəmaləddin müəllim !
Sizə əbəs yerə FÖVQƏLNAZİR demirlər. Bu təkcə Sizin rəhbərlik etdiyiniz qurumun adı ilə bağlı deyil, daha çox sizin sözübütövlüyünüz, dürüsüt insan olmağınız və sadə insanlar arasında HÖRMƏT və NÜFUZUNUZLA bağlıdır.
Cənab nazir !
Siz illər öncə boş yerdə bir qurum – Fövqəladə Hallar Nazirliyi yarada bildiniz.
Azərbaycan cəmiyyəti Sizi dövlətə, dövlətçiliyə, cənab Prezidentə sadiq, həm də millətinə daxilən bağlı bir dövlət adamı kimi tanıyır. Sizin həm də unikal TƏŞKİLATÇILIQ bacarığınız var.
Cənab nazir !
Axı bizim YANĞIN TƏHLÜKƏSİZLİYİ ilə bağlı tələb etdiyimiz və sizin nümayəndələrin dəfələrlə yazılı olaraq TƏSDİQ EYDİYİ problemlərin aradan qaldırılması üçün dövlət vəsaitinə ehtiyac yoxdur. Yalnız “KAT-2020” MTK-ya ciddi tapşırıq verməyiniz, konkret müddət göstərməyiniz və ortada konkret nəticənin olması yetərlidir.
Cənab nazir !
Sizin nümayəndələrin hər dəfə gələrək MTK-nı 300-400 manat cərimə etməsi ilə TƏHLÜKƏ-PROBLEM aradan qalxmır. Hətta yazılan cərimələr də icra olunmur, sadəcə, kağız üzərində qalır.
Həm də 300-400 manat cərimə yanğını söndürmür, sadəcə, Sizin nümayəndələr cərimə etməklə özlərini gələcək sorğu-sualdan, məsuliyyətdən sığortalayırlar.
Onu da bildirək ki, “KAT-2020” MTK-nın bu qanunsuz əməlləri Siz nazir olmazdan əvvəl mövcud olub və əbəs yerə deyil ki, Siz 15 ildir haqqında bəhs etdiymiz yaşayış kompleksini təhvil almırdınız. Deməli, ciddi problemlər var imiş, yəni bu problemlər sonradan yaranmayıb, əvvəldən mövcud olub və Sizin nümayəndələr bu problemlər MTK tərəfindən aradan qaldırılmadan yaşayış kompleksini qəbul ediblər.
Hörmətli Kəmaləddin müəllim !
Nəzərə alın ki, 2 ha sahədə yerləşən və 10 binadan ibarət yaşayış kompleksinin ərazisində uşaq bağçaları, məktəb yaşına qədər uşaqların kolleci, uşaqların idman meydançası, klinikalar yerləşir, sakinlərin əksəriyyəti gənc ziyalı ailələrdir, hətta sakinlər arasında xeyli sayda xarici ölkə vətəndaşları da var.
Yaşayış kompleksinin ərazisindəki binaların zirzəmilərində yerləşən parkovka-avtomobil dayanacaqları heç bir yanğın təhlükəsizliyi qaydalarına uyğun deyil və ciddi təhlükə mənbəyidir.
Cənab nazir !
FHN-nin nümayəndələri 2021-ci ildə İqtisadiyyat Nazirliyinin rəsmi icazəsi ilə 4 dəfə araşdırma aparıb, təxirəsalınmaz tədbirlər planı hazırlayıblar, cərimələr yazıblar, Xətai RİH-nə tapşırıq veriblər, 2021-ci ilin dekabr ayında isə parkovkaların fəaliyyəti ilə bağlı məhdudlaşdırıcı qərar çıxarıblar, plomlayıblar, Xətai rayon Elektrik Təchizatı İdarəsinə məlumat verərək elektrik şəbəkəsindən ayırıblar.
Lakin 24 saat keçmədən MTK plombları qıraraq , elektrik enerjisini bərpa edərək zirzəmilərdəki parkovkaların əvvəlki fəaliyyətini bərpa ediblər.
Cənab nazir !
Müraciətimizin sonunda FHN DYNX-nin 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, daxili xidmət mayoru Mircavad Seyidovun imzaladığı rəsmi sənədi nəzərinizə çatdırırıq:
“Müayinə zamanı KAT-2020 yaşayış kompleksindəki binaların dəhlizlərində və digər zəruri sahələrində yanğın xəbərverici siqnalizasiya qurğusu quraşdırılmadığı, zirzəmi sahəsində yerləşən avtodayanacaq sahələrinin avtomatik yanğınsöndürmə qurğusu ilə təmin edilmədiyi müəyyən edilmişdir”.
Cənab nazir !
Bu biz sakinlərin deyil, Sizin idarə rəisinin imzaladığı rəsmi sənəddir.
Bizə elə gəlir ki, əlavə şərhə ehtiyac yoxdur.
Ehtiyac olan yeganə odur ki, Siz konkret göstəriş verəsiniz və problem aradan qaldırılsın.
Və bizim ailələrimiz də Sizə dua edərək evimizdə təhlükəsiz yaşayaq.
Dərin hörmətlə, Xətai rayonu, S.Vəzirov 11 ünvanda yaşayan sakinlər.
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 2024 14:30
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 2024 18:40
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31