Ukrayna 4 ölkə arasında bölünəcək - bəs Rusiya...

Rusiya rəhbərliyinin köhnə imperiyanı bərpa etmək planı yeni deyil. Bunu heç gizlətmirlər də. Putinin özünü 1-ci Pyotra bənzətməsi, Pyotr dönəmindəki “tarixi rus torpaqlarını bir yerə yığmaqla məşğul olması”nı söyləməsi özlüyündə çox şey deyir.
Bu arada isə Rusiya siyasi isteblişmentinin qırğılarından sayılan Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedev “Telegram” kanalında Ukrayna ərazisinin böyük hissəsinin Rusiya, Polşa, Rumıniya və Macarıstan arasında bölündüyü yeni Avropa xəritəsini paylaşıb. Medvedev iki fotoya belə şərh yazıb: “Psixotrop maddələrdən təsirlənən Ukrayna prezidentinin ağlında ölkəsinin parlaq gələcəyinin aşağıdakı mənzərəsi canlanır. Qərb ekspertləri əslində belə olacağını düşünürlər. Burada Ukraynanın yalnız Kiyev bölgəsindən ibarət olduğu, digər bölgələrin isə Rusiya, Polşa, Rumıniya və Macarıstan arasında bölündüyü görünür”.
Öz növbəsində Putinin mətbuat katibi Dmitri Peskov Moskvanın Ukraynadakı əsas hədəfinin bu ölkənin “denasifikasiyası” (oxu: de-ukrainizasiya - red.) olduğunu söyləyib.
Yəni bir daha aydın olur ki, Rusiya rəhbərliyi Ukraynanı bir dövlət, ukraynalıları da bir xalq olaraq görmür. Aydındır ki, Rusiya Ukraynadakı hədəflərinə çatsa, sıra digər hansısa postsovet ölkəsinə çatacaq. Bu həm də beynəlxalq hüquqa tüpürməkdir. Odur ki, az qala dünyanın yarıdan çoxu, həmçinin özünün nəhəng hərbi və maliyyə potensialı ilə Qərb (NATO) Ukraynanın arxasındadır. Hələ bilmək olmaz, Rusiyanın öz aqibəti necə olacaq, Ukrayna bataqlığından çıxa biləcəkmi və özü neçə yerə parçalanacaq.
Şəhla Cəlilzadə: “Ukraynanın güclü əks-müqavimət imkanları o vaxt artacaq ki...”
Bu xüsusda ABŞ dövlət katibi Entoni Blinken iyulun 28-də etdiyi çıxışında deyib ki, Ukrayna istila edilməyib və edilməyəcək: “O, suveren və müstəqil ölkə olaraq qalacaq. Ukrayna xalqı öz vətənini müdafiə etməkdə və öz mədəniyyətini qoruyub saxlamaqda heç vaxt olmadığı qədər qətiyyətlidir və bir çox dünya ölkələri Moskvanın hərəkətlərini pisləyib. Münaqişənin başlanğıcından etibarən NATO-da birlik daha da artıb və alyans böyüməyə hazırdır. Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar güclü və artan təsirə malikdir. Müharibənin başlanğıcından etibarən energetika və texnologiyalar sahəsində yüksək təhsilli mütəxəssislər, həmçinin 1000-dən çox şirkət Rusiyanı tərk edib. Bu il Rusiyanın idxalı 50%-dən çox azalıb, Asiyadan idxal isə Avropadan idxal itkilərinin yerini doldurmur. Bu, həmçinin o deməkdir ki, Rusiya lazımi məhsulu istehsal edə bilmir və xarici bazarları itirəcək. Rusiyanın büdcəsində kəsir var, Kremlin suveren sərvətlərinin yarısı isə xaricdə dondurulub”.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadənin bu istiqamətdəki fikirləri diqqət çəkir. O, getdikcə Rusiya qarşısında Qərbin çətin vəziyyətə düşdüyünü qeyd etdi: “Rusiyanın dağılmağını, bölünməyini və parçalanmağını gözləmək real siyasi prosesləri doğru qiymətləndirməmək və fiaskoya uğrayan xarici siyasi kursa köklənmək demək olar. Nə 19-cu əsrdə Avropanın Rusiya Çarlığının qabaran iştahlarına qarşı vahid cəbhədə birləşməsi, nə də 1917-ci il inqilabı, hətta 1991-ci ildə SSRİ-nin dağılması belə Rusiyanı məhv etmədi. O cümlədən, Qərbin Rusiyaya qarşı sanksiyaları onu zəiflətsə də, məhv edəcək qədər güclü deyil. Rusiyanın təsir dairəsi zaman-zaman genişlənib-darala bilər və bu, dünyanın təbii, yaxud qeyri-təbii nizamının formalaşması və yaxud yenidən yaradılması prosesi çərçivəsində baş verən normal haldır. Lakin hələ ki, Ukraynanın dağılması daha böyük ehtimal daxilindədir.
Medvedevin “xəritəsində” Ukraynanın 4 yerə parçalanması, onun böyük hissəsinin Rusiyaya verilməsi, bir hissəsində Kiyev dövlətinin mövcudluğunun qorunması, bir hissəsinin Moldovaya, bir hissəsinin isə Rumıniyaya qatılması əslində Rusiyanın Ukrayna dövlətçiliyinə ənənəvi baxışını əxz elətdirir. Belə ki, Moskva knyazlığının qurulmasından öncə Kiyevdə knyazlıq qurulmuşdu, lakin bunu tarix boyu Kiyev Rus Knyazlığı adlandırmışlar. Hazırdakı Ukraynaya aid olan qərb və cənub-qərb əraziləri isə tarixən Rumıniyaya və Moldovaya aid olan Bessarabiya və Bukovina idi ki, bu torpaqlar nasist Almaniyası tərəfdə müharibəyə qatılan Rumıniya II Dünya Müharibəsində məğlub edildikdən sonra Sovet İttifaqı tərəfindən alınaraq Ukraynaya birləşdirilmişdi. Məhz bu tarixi fonda Rusiyanın Ukraynaya iddiaları, xüsusilə, Ukraynanın Qərbpərəst siyasət yürütməsindən sonra təkrar canlanıb. Elə buna görə də, Medvedev öz “xəritəsini” Qərbin yaratdığını, başqa sözlə Ukraynadakı hazırkı mənzərənin “Qərbin əsəri” olduğunu iddia edir.
Ukraynalılar isə təbii olaraq, bunu Rusiyanın özlərinə qarşı genosid siyasəti adlandırır. 6-20 iyul 2022-ci il tarixlərində Kiyev Beynəlxalq Sosiologiya İnstitutu tərəfindən keçirilən sorğunun nəticələrinə görə, ukraynalıların 84%-i Rusiyaya ərazi güzəştlərinə qarşıdırlar, 16 % isə Rusiya ilə müharibənin başa çatması üçün ərazilərin güzəştə gedilməsini dəstəkləyir. Bu təklifi dəstəkləyənlərin daha çox ölkənin şərq ərazilərindən olduğu də diqqət çəkicidir. Bu, tarixən Ukraynanın qərb və şərq hissələrinin mental və siyasi baxış fərqlərinin real mənzərəsini təqdim edir. Çox maraqlıdır ki, 20-ci əsrin ən önəmli siyasi fiqurlarından və dünya siyasətinin memarlarından biri olan keçmiş ABŞ dövlət katibi Henri Kissincer hələ müharibənin 3-cü ayının gedişində Ukraynanı güzəştlər etməyə və müharibəni bitirməyə səsləmişdi (Kissincer az sonra bu fikrini təkzib etdi və bildirdi ki, Rusiya 24 fevraldan sonra işğal elədiyi Ukrayna ərazilərini qaytarmalı olacaq - red.). Əksi daha çox ərazi itkisi, Avropa və kollektiv Qərb üçün daha ağır nəticələr demək olacaqdı. Elə də olmaqdadır. Hazırda Rusiya müharibənin başlanğıcında iddia etdiklərindən daha artığına iddia edir.
Hazırda Qərb müharibənin əvvəlində olduğundan qat-qat artıq sanksiyaların yükü altında əzilir, qarşıdan isə soyuq qış gəlir. Münaqişə uzanar və Avropa 2022-23-cü ilin qışından alnıaçıq-üzüağ çıxmağı bacarsa, Ukrayna xalqının mübarizə əzminə yeni güc qatılacaq, yeni-yeni silah təchizatları onların imkanlarını genişləndirəcək və işğala son qoymaq üçün güclü əks-müqavimət göstərmək imkanları artacaq. Əksi baş verərsə, Rusiyanın Ukraynadakı müharibəsi uğurla başa çatarsa, bu, Avropada yeni müharibə ocaqlarının yarana biləcəyinə siqnalların gəlməsi ilə müşayiət oluna bilər. Təsadüfi deyil ki, NATO rəsmi saytında yer alan ən son məqalədə Rusiya hücumu qarşısında kollektiv Qərbin özünü silahlandırması və hər an müharibəyə hazır vəziyyətdə dayanması vurğulanır".
Məhəmməd Əsədullazadə: “Rusiya Ukraynada ciddi hərbi məğlubiyyətlə üzləşməkdədir”
Politoloq Məhəmməd Əsədullazadə isə Rusiyanın özünün parçalanma təhlükəsi ilə üz-üzə qaldığını qeyd etdi: “Rusiyanın Ukraynaya qarşı işğal planı və parçalanmasını Medvedev açıq şəkildə etiraf etdi. İlk əvvəl isə Rusiya Kiyevi işğal edərək yeni Rusiyapərəst bir rejim qurmağı hədəfləmişdi. Amma proseslər Rusiyanın planına uyğun getmədiyindən indi Moskva Şərqi Ukraynanı özünə birləşdirmək, referendum keçirib qondarma rejim yaratmağa çalışır. Bütövlükdə Ukraynanı parçalamağı planlaşdırır. Təbii ki, bu da Qərbin maraqlarına cavab vermir və ABŞ bu xüsusda Ukraynaya tam dəstək verməklə işğalın sona çatdırılması istiqamətində səylərini davam etdirəcək.
Bütövlükdə Rusiyanın Ukraynada planının reallaşdırılmamasına çalışırlar. NATO və Qərb alyansı Moskvanın parçalamaq planına qarşı Ukraynanı ciddi şəkildə silahlandıracaqlar. Ukrayna silahlı qüvvələrinin Rusiya ordusuna ciddi zərbələr vurması, Xersonda irəliləməsi fonunda Kremlin bu planı reallaşdırmaq istəməsi Polşanın şirnikləşdirilməsi deməkdir. Amma buna Ukraynanın qonşuları getməyəcək. Rusiya Ukraynada ciddi hərbi məğlubiyyətlə üzləşməkdədir. Çıxış yolu axtarılır və danışıqlarla ölkənin bölünməsini təklif kimi irəli sürür. Ukrayna hakimiyyəti hərbi bir rejimə keçib, güclü müqavimət göstərir və üzümüzə gələn aylarda Rusiya ciddi məğlubiyyətə düçar olacaq. Onda Rusiya danışıqlar masasına əyləşməyə can atacaq. Rusiyanın əsas planı Ukraynanı işğal edib, imperiyanın sərhədlərini genişləndirmək idi. Artıq bu da fiaskoya uğrayıb".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
- 16-cı əsrdə Hitlerin doğulacağını kim deyib? - “Krım ora birləşəcək”
14 avqust 2022 16:46
- Ukraynadan qayıdan rus desant Rus ordusu haqda miskin reallığı-ŞOK
13 avqust 2022 12:36
- Nursultanda Orta Asiyanın ən böyük məscidi açıldı- Nazarbayev açılışda
13 avqust 2022 00:19
- 1 kilosu MİLYON dollara - Dünyanın ən bahalı çayları (VİDEO)
12 avqust 2022 22:35
- “350 min casus olar?”- Bəhai icmasının təmsilçisi ilə müsahibə
12 avqust 2022 22:28
- Rusiyalı sülhməramlı Xocalıda qəza törətdi - 4 dənə erməni gəbərdi
12 avqust 2022 16:16
- Mehdiyev özünə və ailə üzvlərinə gülləkeçirməz maşınları necə alıb?
11 avqust 2022 13:12
- Avropanın ən əsəbi ölkləri- Siyahıda Türkiyə 1-ci
11 avqust 2022 10:43
- “Qarabağ” Vətənə qayıtdı
10 avqust 2022 07:54
- Bu il 3 Azərbaycan vətəndaşı Ermənistana turist kimi gedib
9 avqust 2022 12:37
- Səlim Müslümov büdcəyə 20 milyon ödəyib
15 avqust 22:08
- “8 yaşlı qızımı 13-cü mərtəbədən atası atıb” iddiası ilə bağlı
15 avqust 15:52
- Baklda qazi qətlə yetirildi
15 avqust 11:02
- ŞOK OLAY: 2 yaşlı qız onu sancan ilanı dişləyib öldürdü - FOTO
15 avqust 08:13
- İrəvanda partlayış: 61 yaralı, 2 ölü - VİDEO
14 avqust 22:28
- Laçını tərk edən erməni evini yandırır - Video
14 avqust 19:42
- 16-cı əsrdə Hitlerin doğulacağını kim deyib? - “Krım ora birləşəcək”
14 avqust 16:46
- Əflatun Amaşov : “Buna nə deyəsən, nə ad verəsən!”
14 avqust 14:21
- Sabah 41° isti olacaq
14 avqust 13:14
- Tikinti şirkətində çalışan 3-cü kurs tələbəsi yıxılaraq öldü
14 avqust 10:19
- Meral Akşeneri it dişlədi
14 avqust 10:11
- Deputat onun adından yayılan sitatla bağlı - Açıqlama verdi
14 avqust 09:57
- Sabiq nazir müavinin biznesmen oğlu... FOTOFAKT )
13 avqust 21:43
- Bu qəndləri almayın - AQTA-dan xəbərdarlıq
13 avqust 20:48
- Ukraynadan qayıdan rus desant Rus ordusu haqda miskin reallığı-ŞOK
13 avqust 12:35
- Şəmkirdə "Əməkçi qadın" heykəli dağıdılıb - FOTO
13 avqust 11:00
- Ağalıda ilk ailə təsərrüfatları yaradıldı - Video
13 avqust 09:07
- Nursultanda Orta Asiyanın ən böyük məscidi açıldı- Nazarbayev açılışda
13 avqust 00:19
- Bakıda 27 yaşlı qadın 4 oğul 1 qız doğub - Beşəm
12 avqust 23:26
- 1 kilosu MİLYON dollara - Dünyanın ən bahalı çayları (VİDEO)
12 avqust 22:35
- “350 min casus olar?”- Bəhai icmasının təmsilçisi ilə müsahibə
12 avqust 22:28
- Qəbələdə Qarabağ qazisi özünü asdı....
12 avqust 21:44
- Niyə Avropada 50 manata olan dərman Bakıda 100 AZN-dən bahadır?
12 avqust 18:44
- Rusiyalı sülhməramlı Xocalıda qəza törətdi - 4 dənə erməni gəbərdi
12 avqust 16:16
- Şəmkirdə əməliyyat keçirildi - həbslər
12 avqust 14:12
- Bakcell qazi və şəhid övladları üçün kurslar təşkil edib
12 avqust 12:47
- Prezidentlə xanımı “Diri Baba”da yenidənqurma işləri ilə tanış oldu
12 avqust 11:04
- Gədəbəyin tazə icra başçısı Orxan Mürsəlov kimdir?
12 avqust 10:48
- Aqil Əliyevin nəvəsi Riyadın əmlaklarını kim ələ keçirib?
12 avqust 10:41
- Oğlu özünə qəsd etdi, İranın ilk taclı qadını - Azərbaycanlı şahzadə...
12 avqust 08:12