Yeni nazirlik yaradıldı, qaldı idarəçilərin, alimlərin çalışması Sosial
Prezident İlham Əliyev Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb. Fərmanla Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb. Sənədə əsasən, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər bu Nazirliyə həvalə edilib.
Tarixə ekskurs edək: Hələ XIX əsrdə böyük alim və təhsil islahatçısı Vilhelm fon Humbolt tədqiqat və tədris fəaliyyətinin vəhdəti prinsipini formalaşdırdı. Alman universitetləri indiyə qədər bu prinsipə riayət edirlər. Bu ölkənin klassik universitetlərinin başlıca vəzifəsi təkcə tələbələrə təhsil vermək deyil, həmçinin yeni elmi ideyaların generasiyası, müstəqil fundamental və tətbiqi tədqiqatların aparılması, yeni nəsil tədqiqatçıların hazırlanmasıdır. Alman ixtiralarının böyük əksəriyyətinin kökündə Humboltun ideyası əsasında formalaşmış təhsil və tədqiqatın vəhdəti durur. Üstəlik, bu ideya bütün dünyaya yayıldı və məşhur universitetlər bu prinsiplə işləməyə başladı. İndi də uğurla fəaliyyət göstərən bütün universitetlər bu ideya ilə çalışır.
Böyük İspan filosofi Xose Orteqa-i-Qasset “Universitetin missiyası” kitabında yazır: “Universitet mədəniyyəti nəql etməli, peşələri öyrətməli, elmi tədqiqatlar aparmalı və yeni tədqiqatçılar hazırlamamlıdır.” Göründüyü kimi Elm və təhsilin vəhdəti mütəfəkkirlərin diqqətindən yayınmamışdır. Və ideya ölkələrə böyük faydalar gətirmişdir.
Dünyanın elm və təhsil mənzərəsi
Almaniyada Təhsil və elm siyasətini həyata keçirən qurumun adı belədir: Təhsil və elmi tədqiqatların Federal nazirliyi.
Rusiyada: Elm və ali təhsil nazirliyi;
Qazaxıstanda: Təhsil və elm nazirliyi;
Ukraynada: Təhsil və elm nazirliyi;
Moldovada: Təhsil, mədəniyyət və tədqiqatlar nazirliyi;
Gürcüstanda: Təhsil və elm nazirliyi;
Latviyada; Təhsil və elm nazirliyi;
Göründüyü kimi Elm və Təhsil nazirliyinin yaradılması zamanın tələbidir.
Orta təhsil və elm: Ölkədə artıq olimpiada hərəkatı yaranıb. Fənn olimpiada mərkəzləri yaradılıb. Olimpiada elm yarışmasıdır. Uğurlar əlbəttə ki, uşaqlarda elmi bacarıqların formalaşması və inkişafından keçir. Yalnız tədqiqatçı müəllimlər məktəbliləri Olimiadalara səmərəli hazırlaya bilərlər. Olimpiada hazırlığı aparacaq müəllimlər üçün gerçək və faydalı elmi seminarlar təşkil edilməli, Universitetlər məktəblilər üçün öz olimpiadalarını gerçəkləşdirməlidirlər.
Fənn Olimpiada qaliblərindən birinin bu maraqlı fikri heç yadımdan çıxmır: “İstəyirəm ki, bütün müəllimlərimiz azı magistratura pilləsini bitirmiş olsunlar.” Demək Olimpiada qalibi müəllimlərinin elmi hazırlığını önə çəkir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə Ali təhsil müəssisələrinin “təhsil-tədqiqat-innovasiya” formatında inkişafı nəzərdə tutulur. Həmin sənəddə göstərilir: Ali təhsil insan kapitalının formalaşmasında və inkişafında mühüm mərhələdir. Onun insan kapitalının formalaşmasına və inkişafına təsiri özünü iki şəkildə büruzə verir: 1) insan kapitalının formalaşmasında birbaşa iştirak edən ixtisaslı mütəxəssislərin hazırlaması; 2) yeni biliklərin yaranmasında, tətbiqində və ötürülməsində bilavasitə iştirak.
Elm və Təhsil nazirliyinin yaradılmasından öncə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda ölkədə tədqiqat potensialı yüksək olan iki universitetin bazasında 2 tədqiqat universiteti yaradılması əksini tapıb.
2023-2025-ci illərdə ali məktəblərin yeni elmi tədqiqat ənənəsinin artması, dövrün sonuna qabaqcıl elmi-tədqiqat nəşrlərində aktiv iştirak edən 2 elmi-tədqiqat universitetinin fəaliyyət göstərməsi təmin ediləcək.
Ölkədə elm və təhsilin vəhdəti və tədqiqat universitetlərinin yaradılması barədə cənab Prezidentin qərarları təqdirəlayiqdir və birgə inkişafa yeni üfüqlər açır. Təcrübə göstərir ki, İnsan kapitalının formalaşmasında təhsilin gücü yetərli deyil. Elm mütləq tamamlayıcı funksiyanı yerinə yetirməlidir.
Elm və Təhsil nazirliyinin yaradılması alimlərin pedaqoji fəaliyyətlə yanaşı effektiv tədqiqatlarla da məşğul olmalarına şərait yaradacaq. Dərs demək və tədqiqat aparmaq bir-birilərini tamamlayacaq.
Elm və Təhsil nazirliyi ölkəmizdə yüksəkixtisaslı elmi və elmi- pedaqoji kadrların hazırlanması və attestasiyasının səmərəliliyini artıracaq.
Yaradılacaq Tədqiqat universitetləri ölkəmizdə peşəkarların, alimlərin, tədqiqatçıların hazırlanmasında, həmçinin milli innovasiya sisteminin dəstəklənməsində, yeni biliklərin istehsalında mühüm rol oynayacaq.
Elm və Təhsil nazirliyi Təhsil və elmin vəhdətini gücləndirməklə Tədqiqat universitetlərinin sayının artırılmasına çalışmalıdır. İndi ölkələrin elmi potensialı Tədqiqat universitetlərinin tutumu ilə ölçülür.
Yeni nazirlik, elm və təhsilimizə yeni ab-hava gətirəcək. Qalır idarəçilərin, pedaqoqların, alimlərin və təhsil mütəxəssislərinin birgə çalışmaları.
Və bir də Texnofest imtahanına hazırlaşmaq...
Biz birlikdə güclüyük!
Etibar Əliyev
Millət vəkili
P.S. Qeyd edək ki, Etibar Əliyev uzun illərdir Azərbaycanda elm və təhsilin birləşdirilməsi və analoji nazirliyin yaradılması təşəbbüsü ilə çıxış edirdi.
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 2024 11:53
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 2024 15:41
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31