Diktatura qəbizlikdir... Demokratiya isə ishaldır, qarınağrısıdır...
Reportaj9 aprel 2022 10:47
Jirinovski öldü, ancaq o, yaddaşlarda necə qaldı?
Onun bir ayaması "siyasi təlxək" olsa da, siyasi baxışları ziddiyətlə dolu idi. O, "Böyük Rusiya” istilasının alovlu tərəfdarı, populist antiqərbçi idi. O, yəhudiydi və eyni zamanda antisemit idi. Bəzən qadınların ünvanına nifrət saçsa da, qadın elektoratın sevimlisi adlanırdı. Bəziləri onu məsxərəyə qoyub gülür, ona nifrət edir, bəziləri isə ona heyran qalırdı. Onun haqda çoxlu şayiələr gəzdi, anekdotlar yarandı.
Aşağıdakı ifadələr Jirinovskinin ayrı-ayrı vaxtlarda söylədiyi çıxışlarından götürülmüş nümunələrdir. Bu fikirlər onun ziddiyətli şəxsiyətini xarakterizə etmək baxımından maraq doğurur.
Qaynarinfo Vladimir Jirinovskinin çıxışlarından yadda qalan sözləri təqdim edir:
Rusiya haqda
* Rus xalqı yeniliyə, müasirliyə öyrəşməyib. Onlar icma halında, kilsə birliyində yaşamağa alışıblar. Budur əbədi rus arxetipi.
* Himni bərpa edin, bütün ölkə deyəcək, bizə maaş lazım deyil!
* Mən arzu edirəm, rus əsgərləri öz ayaqlarını Hind okeanının ilıq sularında yusunlar. Həm də qoy, orada istirahət bazaları, gənclər düşərgələri, sanatoriyalar, dispanserlər olsun!
* Dəyməyin, qoyun, xalqımız siqaret çəksin! Hamılıqca hər gün siqaret çəkmək və içki içmək intihardan qurtuluşun yeganə yoludur! Siqaret çəkməyi dayandırsalar, hamı özünü asar!
* Bəs niyə gülmürsünüz? Gülməli deyil? Başa düşmürsünüz, hə? Bəli, bura Rusiyadır!
Özü haqda
* Mən Rusiyanın ən kasıb deputatıyam.
* Əsgərlikdə çeçenlərə kim corab yumayıb ki?! Şəxsən mən yumuşam.
* Səddam Hüseyn mənə bir dinar da vermədi. Versəydi, alardım.
* Bütün seçkilərdə iştirak edəcəyəm, ölənə qədər! Öləndən sonra da qəbiristanlıqdan namizədliyimi irəli sürəcəyəm və ordan işarələr verəcəyəm ki, burdayam, burda uzanmışam!
* Məndən soruşurlar: "Mercedes-Maybach”ı hardan almısan? Hardan alacam? Almaniyadan!
* Mən necə varamsa, elə də varam. Bu mənim gözəlliyimdir.
* Mənim əllərim bu saat tər-təmizdir, ancaq prezident olsam, onlar mütləq qana batacaq.
Qadınlar haqda
* Qadının işi budur: evdə oturmalı, ağlamalı, corab toxumalı və yemək bişirməlidir!
* Ey qadınlar, bütün kişilər sizə nifrət edir, çünki siz həmişə kişinin inkişafına mane olursunuz! Kişiyə lazım olanda isə yoxa çıxırsınız. Ancaq kişilər sizi pulu, vəzifəsi ilə alır. Kişi həm də sizin tənhalıq qorxunuza, uşaqla tək qalmaq qorxunuza şərik çıxır.
* Ana oğluna hər şeyi öyrədə bilməz, çünki onun özü heç vaxt oğlan olmayıb!
* Oğlanlar arasındakı münasibətdən uşaq doğulmur, lakin bu, erotik mədəniyyətin bir hissəsidir.
* Oğlanlar və gənc qızlar arasında olan münasibətləri də tərbiyəvi proseslə tənzimləmək lazımdır. Yoxsa dərhal zorlama baş verir. Beş dəqiqəlik kef üçün beş il həbs çəkirlər. Əvvəlcə ondan soruşmaq lazımdır, sən nə istəyirsən, beş il həbs? Həbs istəmirsənsə, sakitləş, rahat danış! Qadını bezdirmə!
Təhsil haqda
* Uşaqlarımızın ingilis dili öyrənməsi lazım deyil! Yaxşısı budur, qoy onlar gedib avtomat "Kalaşnikov”u öyrənsinlər. Bax, onda bütün dünya rusca danışmağa başlayacaq.
* Xalq nə qədər savadlı olsa, inqilablar bir o qədər tez olar.
* Bunu niyə anlamaq istəmirsiniz ki, gənclər savadlandıqca, gənc nəsillər müasirləşdikcə hər on ildən bir hakimiyyət dəyişikliyi qaçılmaz olacaq?!
Qərb haqda
* İnəklər niyə dəli olur? Britaniya demokratiyasına görə!
* Dünya siyasətində ən alçaq və ən məkrli şey Britaniyadır!
* Amerika Xirosimanı və Naqasakini bombalayır - hamı susur. Amerika yüz əlli ölkəni işğal edib - hamı susur. Amerika bizim "Kursk” sualtı gəmimizi darmadağın etdi, ancaq biz onları bağışladıq. Çünki onlara qarşılıq versəydik, nüvə müharibəsi olardı.
* Bir vaxtlar almanlar bizə içi bolşeviklərlə dolu möhürlənmiş vaqonlar göndərmişdilər. İndi də biz Avropaya möhürlənmiş, içi çeçenlərlə dolu vaqonlar göndərməliyik.
* Gecə bizim alimlər Yerin qravitasiya sahəsini bir balaca dəyişəcək və ABŞ su altında qalacaq!
* Biz bu dəfə 10 milyon rusu Amerikaya göndərəcəyik və Amerikada öz prezidentimizi seçəcəyik. Və sənə, ey Corc Buş (ABŞ prezidenti kiçik Corc Buş nəzərdə tutulur - red.), Butırkada (Moskvada yerləşən Butır türməsi - red.) yaxşıca bir kamera ayırarıq!
Qorbaçov və Yeltsin haqda
* Mən bilmirəm bu baş katib Mixail Qorbaçovu başqa hansı sözlərlə ifadə edə bilərik? Görəsən, rus dilində "satqın”, "xəyanətkar”, "əclaf” sözlərindən başqa hansı təhqiramiz sözlər var ona deməyə?!
* "Yeltsin Mərkəzi”nin binasının pəncərələrinə dəmir barmaqlıqlar bərkidilməlidir ki, Yeltsinin Rusiya rəhbəri olduğu müddətdə tutduğu əməllərinə görə, heç olmasa, simvolik olaraq nəyə layiq olduğu görünsün!
* Biz Qorbaçov və Yeltsin dövrünün bütün daxili və xarici siyasətini mühakimə etmək qərarı verdik! Lakin qanunverici orqan bu işdə bizə mane olur.
* Bəli, Yeltsin artıq yoxdur. O, niyə öldü, bilirsinizmi? Utandığından, vicdan əzabından! Bəs, Yeqor Qaydar? O da xəcalətindən ölüb getdi! Bəs, bu Çubays niyə ölmür, bilirsinizmi? Çünki həyasızdır, vicdanı yoxdur!
Hazırki hakimiyyət haqda
* Bizdə bütün siyasi liderlər ölən kimi həyatda da izləri itib-batır, ölüm onları yoxa çıxardır.
* Diktatura qəbizlikdir. Demokratiya isə ishaldır, qarınağrısıdır. Özünüz seçin.
* KPSS nəcis idi, ancaq bu "Vahid Rusiya” ondan üç dəfə murdardır.
* Bizim Dumada hər şey yağ kimi gedir, orada bir dənə də olsun müxalifət görünmür, hamı yekdilliklə səs verir - heyrətamiz ləzzət!
Hazırladı: Murad Köhnəqala
Oxşar xəbərlər
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Azərbaycanda qeydiyyatı olmayan partiyalar necə fəaliyyət göstərir?
22 mart 2024 14:00
- BAXCP adını dəyişdi
16 mart 2024 13:52
- Qubad İbadoğlunun həbs müddəti uzadıldı
15 fevral 2024 16:29
- Milli Məclis Fransa ilə bağlı bəyanat yaydı
3 fevral 2024 17:00
- İlqar Məmmədov Türkiyə əleyhinə fikirlərinə görə istefaya çağırıldı -AÇIQLAMA
27 yanvar 2024 12:15
- Prezidentliyə namizədlər seçkiyə hansı şüarlarla gedir?
15 yanvar 2024 16:13
- Əli İnsanov iqtidardan 8 min avro alacaq...
6 dekabr 2023 10:04
- Abzas Media" rəhbərliyinin xarici donor təşkilatları ilə gizli əməkdaşlığı ifşa olunub - EKSKLÜZİV ARAŞDIRMA
26 noyabr 2023 10:39
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya