“Oğlum qız qaçırtdı...ÖLDÜRDÜLƏR ”
Ağsuya qonaq gedən və bıçaqlanaraq öldürülən 29 yaşlı Məmmədkərim Dərgahlının atası onun əvvəlcə 10 nəfər tərəfindən döyüldüyünü iddia edib.
Sabirabad rayonunun Balvar kənd sakini Kərim Dərgahov “Kriminalqafqaz”a müraciət edərək oğlunun qətli ilə bağlı istintaqı aparan Ağsu Rayon Prokurorluğundan şikayətçi olduğunu bildirib.
O qeyd edib ki, oğlu Məmmədkərim hadisədən təxminən 3 ay əvvəl Ağsunun Padarqışlaq kəndindən qız qaçırıb: “Həmin vaxt müstəntiq gəlib izahat da aldı, qız öz istəyi ilə gəldiyini dedi. Bundan sonra ara sakitləşmişdi, amma kimsə plan qurub ki, oğlum o kəndə gedəndə qətlə yetirsinlər. Toy edəcəkdik, qohumlarımızda yas var idi deyə toyu ilin sonuna saxlamışdıq. Amma edə bilmədik”.
K.Dərgahov bildirir ki, oğlu dekabrın 13-də Ağsuya əmisigilə qonaq gedib: “Axşam saat 8-9 radələrində orada 10 nəfər oğlumu döyüb. Daha sonra bir neçə nəfər onun əl-qolundan tutublar və müqavimət göstərə bilməməyindən istifadə edərək bıçaqlayıblar. Həmin şəxslər qızın qohumlarıdır. Qız da indi elə bizimlə birlikdə yaşayır, evlərinə qayıtmadı”.
Mərhumun atasının sözlərinə görə, Ağsu Rayon Prokurorluğu oğlunun ölümündə günahkar olan 10 nəfərdən sadəcə birini məsuliyyətə cəlb edib: “Qalan 9 nəfər azadlıqdadır, amma onlar da həbs edilməli idi. Ağsu Rayon Prokurorluğuna getməkdən artıq bezmişəm. Həmin işi aparan Kamran Ağayev bu cinayətkar dəstəni qoruyur. Onları sudan quru çıxarmaq istəyir. Mən narazılıq edəndə deyir ki, “hara istəyirsən, şikayət et”. Ağsu rayon prokuroru Rəşad Mansurovla Kamran Ağayev əlbir olub bu işi ört-basdır etmək istəyirlər”.
Baş Prokurorluğun Mətbuat xidmətindən “Kriminalqafqaz”ın sorğusuna cavab olaraq bildirilib ki, 13 dekabr 2021-ci ildə Ağsu rayonu ərazisində Məmmədkərim Dərgahlının qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb: “Orxan Qaçayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Zərərçəkmişin qohumu ifadəsində cinayətin törədilməsində Qaçayev Orxan Gülxan oğlunun qohumlarının da iştirak etdiyini bildirib. Bu səbəbdən ifadəsində göstərdiyi şəxslərin həmin cinayət hadisəsində iştirak edib-etməmələrini müəyyən etmək məqsədilə bütün lazımi istintaq hərəkətləri yerinə yetirilməklə yanaşı müvafiq ekspertizalar da təyin edilib.
İstintaqın hazırkı mərhələsində həmin cinayətin Qaçayev Orxan Gülxan oğlu tərəfindən törədilməsi müəyyən edilib. Hazırda Ağsu Rayon Prokurorluğunda cinayət işi üzrə ibtidai istintaqın aparılması davam etdirilir”.
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Tikim sizin ağzınızı - Elza Seyidcahan- Şeirlərimi bəşəriyyət üçün yazıram- VİDEO
1 mart 2024 00:13
- Həmin gün həkimə getməli idi, amma qətli polisə etiraf etdi
22 fevral 2024 15:32
- Həkim qadınların DƏHŞƏTLİ QİSASI: kişini boğub öldürdülər
19 fevral 2024 21:44
- Oğlumun ölümünü internetdən öyrəndim, bunu heç kimə bağışlamayacağam
19 fevral 2024 19:03
- Şəhid atası oğlunun adına park salıb, ancaq açılış edə bilmir...
19 fevral 2024 15:54
- Dünyaca məşhur alimi LENİN-ə görə zəhərləyib öldürdülər....
16 fevral 2024 21:45
- AZADLIQ AŞIXI-nın 17 000 vergi borcu var..?
16 fevral 2024 20:53
- Navalnını öldürdülər - KİMLƏR ? - Yenilənib
16 fevral 2024 20:18
- Qızım məhkəmədə məndən imtina edib - Xalq artisti
4 fevral 2024 11:57
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15