Əjdər Ol 327 min manatdan artıq vəsaiti rüşvət qismində ələ keçirib
İqtisadiyyat12 yanvar 2022 23:04

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq Aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edilib.
"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror qeyd edib ki, ittiham aktına əsasən, Ə.Cəbiyev xidməti vəzifələrinin icrası ilə əlaqədar külli miqdarda pul vəsaitini vətəndaşlardan rüşvət qismində istəyərək alıb.
O, qulluq mövqeyindən istifadə edərək külli miqdarda dövlət vəsaitini mənimsəyib.
Cinayət materiallarında göstərilib ki, Ə.Cəbiyev sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla əlbir olaraq müxtəlif şəxslərdən ümumilikdə 327 min manatdan artıq vəsaiti rüşvət qismində ələ keçirib.
Bundan başqa, nazirliyin tikilməkdə olan obyektlərini kurasiya edərkən qulluq səlahiyyətlərindən istifadə edərək şəhid ailələri və Qarabağ əlilləri üçün Gəncə və Mingəçevir şəhərlərində alınan mənzillərə görə artıq pul köçürməklə 262 min manat büdcədən pul silinməsinə nail olub. Həmin pulları nazirliyin inzibati binasında tikintilərdən məsul şəxs olan Natiq Əzizov vasitəsi ilə əldə edib.
Ə.Cəbiyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə, külli miqdarda törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) və 311.3.3-cü (Rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Daha sonra nazirliyin sabiq Aparat rəhbəri Ə.Cəbiyev qeyd olunan bütün ittihamları qəbul etdiyini deyib. O, ittihamda göstərilən cinayət əməllərini törətdiyini etiraf edib: "İttiham üzrə özümü təqsirli bilirəm. İstintaqa verdiyim ifadələri tam təsdiq edirəm. Pulları alıb nazirliyin müəyyən xərclərinə sərf etmişik. Başqa məqsədim olmaylb. Özü də həmin pullar uzun illər ərzində alınmış məbləğlərdir. Səlim Müslümovla əlbir olmamışam. Aldığım pullardan ona nəsə verməmişəm".
Daha sonra şahidlər dindirilib. Şahidlər ifadələri zamanı Dövlət Sosial Müdafiə Fondunda və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq vəzifələrə təyin olunmaq üçün təqsirləndirilən şəxsə müxtəlif məbləğlərdə pul verdiklərini deyiblər.
Şahid ifadələri zamanı məlum olub ki, Ə.Cəbiyev müxtəlif vəzifələrə düzəlmək üçün ayrı-ayrı şəxslərdən 2 min manatdan 120 min manata qədər pul alıb.
Növbəti proses yanvarın 19-da davam etdiriləcək.
Oxşar xəbərlər
- Baklda qazi qətlə yetirildi
15 avqust 2022 11:02
- Sabiq nazir müavinin biznesmen oğlu... FOTOFAKT )
13 avqust 2022 21:43
- Bu qəndləri almayın - AQTA-dan xəbərdarlıq
13 avqust 2022 20:48
- Ukraynadan qayıdan rus desant Rus ordusu haqda miskin reallığı-ŞOK
13 avqust 2022 12:36
- “350 min casus olar?”- Bəhai icmasının təmsilçisi ilə müsahibə
12 avqust 2022 22:28
- Aqil Əliyevin nəvəsi Riyadın əmlaklarını kim ələ keçirib?
12 avqust 2022 10:41
- Səlim Müslümovun bu əmlaklarına həbs qoyuldu - Siyahı
8 avqust 2022 21:34
- Kremli işıqsız qoydu- Beriyanın güllələmək istədiyi nazir ...
7 avqust 2022 22:00
- Darya Aslamova Kosovada casus kimi saxlanıldı
7 avqust 2022 11:32
- Xaçmazda müəllimdən məktəb rəhbərliyinə ittiham -Dərsə içkili gəlir
6 avqust 2022 22:27
Xəbər lenti
- Səlim Müslümov büdcəyə 20 milyon ödəyib
15 avqust 22:08
- “8 yaşlı qızımı 13-cü mərtəbədən atası atıb” iddiası ilə bağlı
15 avqust 15:52
- Baklda qazi qətlə yetirildi
15 avqust 11:02
- ŞOK OLAY: 2 yaşlı qız onu sancan ilanı dişləyib öldürdü - FOTO
15 avqust 08:13
- İrəvanda partlayış: 61 yaralı, 2 ölü - VİDEO
14 avqust 22:28
- Laçını tərk edən erməni evini yandırır - Video
14 avqust 19:42
- 16-cı əsrdə Hitlerin doğulacağını kim deyib? - “Krım ora birləşəcək”
14 avqust 16:46
- Əflatun Amaşov : “Buna nə deyəsən, nə ad verəsən!”
14 avqust 14:21
- Sabah 41° isti olacaq
14 avqust 13:14
- Tikinti şirkətində çalışan 3-cü kurs tələbəsi yıxılaraq öldü
14 avqust 10:19
- Meral Akşeneri it dişlədi
14 avqust 10:11
- Deputat onun adından yayılan sitatla bağlı - Açıqlama verdi
14 avqust 09:57
- Sabiq nazir müavinin biznesmen oğlu... FOTOFAKT )
13 avqust 21:43
- Bu qəndləri almayın - AQTA-dan xəbərdarlıq
13 avqust 20:48
- Ukraynadan qayıdan rus desant Rus ordusu haqda miskin reallığı-ŞOK
13 avqust 12:35
- Şəmkirdə "Əməkçi qadın" heykəli dağıdılıb - FOTO
13 avqust 11:00
- Ağalıda ilk ailə təsərrüfatları yaradıldı - Video
13 avqust 09:07
- Nursultanda Orta Asiyanın ən böyük məscidi açıldı- Nazarbayev açılışda
13 avqust 00:19
- Bakıda 27 yaşlı qadın 4 oğul 1 qız doğub - Beşəm
12 avqust 23:26
- 1 kilosu MİLYON dollara - Dünyanın ən bahalı çayları (VİDEO)
12 avqust 22:35
- “350 min casus olar?”- Bəhai icmasının təmsilçisi ilə müsahibə
12 avqust 22:28
- Qəbələdə Qarabağ qazisi özünü asdı....
12 avqust 21:44
- Niyə Avropada 50 manata olan dərman Bakıda 100 AZN-dən bahadır?
12 avqust 18:44
- Rusiyalı sülhməramlı Xocalıda qəza törətdi - 4 dənə erməni gəbərdi
12 avqust 16:16
- Şəmkirdə əməliyyat keçirildi - həbslər
12 avqust 14:12
- Bakcell qazi və şəhid övladları üçün kurslar təşkil edib
12 avqust 12:47
- Prezidentlə xanımı “Diri Baba”da yenidənqurma işləri ilə tanış oldu
12 avqust 11:04
- Gədəbəyin tazə icra başçısı Orxan Mürsəlov kimdir?
12 avqust 10:48
- Aqil Əliyevin nəvəsi Riyadın əmlaklarını kim ələ keçirib?
12 avqust 10:41
- Oğlu özünə qəsd etdi, İranın ilk taclı qadını - Azərbaycanlı şahzadə...
12 avqust 08:12
Video & Fotoqalereya
Video
Fotoqalereya