Prezidentlə xanımı açılışa qatıldı - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.
“Qafqazinfo” xəbər verir ki, Bakının Xətai rayonunda 11,2 hektar ərazisi olan parkda paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının səmərəli istirahəti üçün hər cür şərait yaradılıb. Mövcud park və xiyabanların yenidən qurulması və yenilərinin salınması Bakının müasir görünüşünə və ekoloji vəziyyətinə müsbət təsir edən əsas amillərdəndir. “Nizami İli”nin sonunda dahi mütəfəkkirin adını daşıyan parkın yenidənqurmadan sonra istifadəyə verilməsi həm də rəmzi olaraq xüsusi məna kəsb edir. Bir vaxtlar “Luna Park” adı ilə məşhur olan ərazi uzun illər baxımsız qalmışdı. Ətraf ərazilərdə yaşayan sakinlərin sevimli istirahət məkanı olan parkda əsaslı yenidənqurmaya zərurət yaranmışdı. Bu məsələ Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli Sərəncamı ilə həllini tapdı. Qeyd edək ki, 1922-ci ildə salınmış parkın şəhərin estetik görünüşünə uyğunlaşdırılması məqsədilə onun ərazisində yerləşən bir və iki mərtəbəli inzibati binalarda əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib, süni göl yaradılıb, amfiteatr və 1938-ci ildən mövcud olan yay kinoteatrı yenidən qurulub, iki fəvvarə kompleksi və müasir tipli işıqlandırma sistemi yaradılıb. Parkda müasir söhbətgahlar, müxtəlif ölçülü oturacaqlar, idman qurğuları quraşdırılıb, uşaq əyləncə kompleksi yaradılıb. Yay kinoteatrının qarşısında çay daşlarından qədim tipli yeni qala divarı tikilib. Parkın ərazisində yaşıllaşdırma işləri görülüb, minlərlə ağac-kol və dekorativ bəzək bitkiləri əkilib.
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 2024 21:20
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- 20 yaşında kəndinin muxtarı oldu - Fotolar
4 aprel 2024 21:12
- Prezident Sankt-Peterburqun qubernatorunu qəbul etdi - Yenilənib - Fotolar
3 aprel 2024 13:36
- Nazir bu xanımı birinci müavin təyin etdi - Vüqar Əsgərovu onun yerinə gətirdi
1 aprel 2024 10:44
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 2024 20:32
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31