Prezidentin MİDA layihəsinə NİDA qoyan kvartetlə bağlı 2-ci YAZI
“Prezidentin nəcib MİDA layihəsinə “NİDA” qoyan “cinayətkar kvartet” – Sadıq Sadıqov, Fərhad Təhməzov, Xəyyam Abdinov və Elçin Ələkbərov” başlıqlı araşdırma yazısının 2-Cİ HİSSƏSİ-ni təqdim edirik.
1-Cİ YAZININ SONUNDA qoyduğumuz suallardan başlayaq:
Əcəba, görək, PƏRDƏARXASINDA hansı cinayətlər baş verib ki, Prezidentin nəcib təşəbbüsü belə nəticələnib?
Həbsi DTX tərəfindən aparılmış Xəyyam Abdinov ( muzey müdiri ) nə üçün bu məsələyə burnunu soxmuşdu ?
MİDA rəhbərliyi hansı məntiqlə, heç bir araşdırma aparmadan, borc içində boğulan, “KAT Holdinq” MMC-nin təsisçisi Elçin Ələkbərova dövlət səviyyəli bir tikintini “hədiyyə” edib ?
Deməli, MİDA ( Mənzil İnşaatı Dövlət Agentliyi ) yaranan kimi qurumun rəhbərliyi MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisini həyata keçirmək üçün özəl investorların, şirkətlərin axtarışına çıxıb. Bəli, MİDA-nın rəhbərliyi milyonları mənimsəmək üçün özünə “tərəfdaş” axtarırdı.
Dəvət olunan şirkətlər bu layihədə olacaq korrupsiyanın “razmer”ini, “otkat”ların dərəcəsini, maxinasiyanın dəhşətini görüb kənara çəkiliblər. Hansı investisiya müsabiqəsindən söhbət gedə bilərdi ?
MİDA-nın müqavilədən kənar “TƏLƏBLƏRİNİ” eşidən iş adamları TENDERDƏ İŞTİRAK ETMƏKDƏN qəti surətdə İMTİNA ETDİLƏR.
Belə olan halda MİDA rəhbərliyi “cəsarətli oğlan”, hər cürə cinayət əməlləri ETMƏYƏ HAZIR və BELƏ İŞLƏRDƏ TƏCRÜBƏSİ OLAN şirkət axtarmağa başladı. Və tapdı.
Beləliklə, Yasamal Yaşayış Kompleksi ərazisində 3 ədəd çoxmərtəbəli yaşayış binasının tikintisi üzrə birinci investisiya müsabiqəsinin qalibi olaraq Elçin Ələkbərova məxsus “KAT Holdinq” MMC-ni elan etdilər.
Əslində MİDA rəhbərliyi sözün həqiqi mənasında dələduz, cinayətkar, maxinator Elçin Ələkbərovu axtarırdı. Ki, onunla “işbirliyi” qursun.
Məlumdur ki, tenderin baş tutması üçün iştirakçıların sayı ən azı 2 olmalıdır.
Hətta müsabiqəyə yalandan, görüntü yaratmaq üçün Elçin Ələkbərovla tanış olan və ofisləri bir binada yerləşən “MAQ” LTD şirkətini rəqib iştirakçı kimi tenderə qeydiyyata aldılar. Yəni, 2-ci şirkəti də Elçin özü tapıb gətirib ki, guya tender keçirilib.
Yeri gəlmişkən, Elçin Ələkbərovla “MİDA” RƏHBƏRLİYNİN sövdələşməsi zamanl hər iki tərəfə ZAMİN duran şəxs isə DTX-nin bir neçə gün əvvəl həbs etdiyi Müasir İncəsənət Muzyinin direktoru Xəyyam Abdinov olub.
Həə, deyəsən cinayətkat “40 ayaq şəbəkə”nin üstü açılır...
Sual olunur, Xəyyam Abdinov kimdir ki, MİDA-nın və “KAT Holdinq”in adından şikayətçilərə vəd verir, hətta zamin durur. İstintaq orqanları bu məsələni ciddi araşdırmalıdırlar.
Sual olunur, məgər “KAT Holdinq” MMC-ni qalib elan edən MİDA İH-nin sədri Sadıq Sadıqov, MİDA MMC-nin rəhbəri Fərhad Təhməzov Elçin Ələkbərovun cinayət əməllərindən, ağzınacan borc içində olduğundan xəbərsiz idi?
Axı, Elçin Ələkbərov MİDA ilə sövdələşəndə borcun içində üzrürdü, işçilərinə maaş verə bilmirdi, Xətai rayon prokurorluğundan güclə canını qurtarmışdı, tikinti materialları satan təmir-tikinti şirkətlərinə böyük məbləğdə borcunu qaytara bilmirdi, evindən çıxanda qorxa-qorxa çıxırdı, yanmış ofisinə qorxa-qorxa dal qapıdan girirdi, pəncərədən boylanırdı...
Sual olunur, bu adam pul tapıb yanmış ofisini təmir edə bilmirdisə, necə investisiya qoyacaqdı ?
Sual olunur, bunları öyrənmək kimin üzərinə düşürdü ?
Güzəştli ev almaq arzusunda olan vətəndaşların, yoxsa, dövlət başçısının yaratdığı MİDA-ya rəhbərlik edənlərin ?
Hüquq-mühafizə orqanları Elçindən şikayət edənlərdən bezmişdilər...
Sual olunur, MİDA MMC-nin direktoru Fərhad Təhməzov “Qaçqınkom”da elədiyi milyonluq maxinasiyaları indi də MİDA-da Elçin Ələkbərovun əli ilə həyata keçirmək istəyirdi?
Bəli, MİDA rəhbərliyi Prezidentə yalandan məruzə etməli idi ki, işlər gedir.
Nə isə işlər başlayır və çox tezliklə ortaya ciddi problemlər çıxır, tikintisi hələ bitməmiş mənzillər ayrı-ayrı vətəndaşlara, bəzi hallarda isə BİR MƏNZİL BİR NEÇƏ NƏFƏRƏ satılır və alınan pulların bir hissəsi Elçin Ələkbərovun köhnədən yığılmış külli miqdarda şəxsi borclarının bağlamasına istifadə olunub, qalan hissəsi deyilənə görə rüşvət və “otkat” kimi verilib. Təəccüblüsü odur ki, bu güzəştli mənzillərin sahibərinin sıralarında yalnız “MİDA” işbazlarına deyil, keçmiş millət vəkillərinə, prokurorluq əməkdaşlarına və inşaatdan çox kənar olan şəxslərə ödənişsiz verilib, işləri aparan podratçı tikinti təşkilatlarına isə 1 manat da ödənilməyib, onlara da MƏNZİLLƏR SÖZ VERİLİB.
Nəhayət, bizə məlum olan, ancaq hələ qeyd etmək istəmədiyimiz bir şikayətdən sonra Elçin Ələkbərov həbs edilir və 2020-ci iyulunda cinayət işi başlanır.
Mənzil İnşaatı Dövlət Agentliyinin sosial layihəsi olan Yasamal Yaşayış kompleksinin 2017-ci ildən inşası zamanı yol verilən cinayət, dələduzluq, mənimsəmədə və s şübhəli bilinən Elçin Ələkbərovun istintaq işi 16 aydır davam edir (adətən 9 aya yekunlaşır) və 30.10.21 cil tarixində, istintaq materialları tərəflərə tanış olmaq üçün verilib.
2017- ci ildən bu günə kimi 132 ailə, evlərini satıb pullarını Elçin Ələkbərova veriblər ki, Dövlətin Sosial Lahiyəsindən yararlanıb ev , mülk sahibi olsunlar, əvəzində 4 il 6 ay qalıblar küçələrdə.
Agentliyin yaradılmasının 5 illiyi ilə bağlı keçirilən tədbirdə MİDA İdarə Heyətinin sədri cənab Sadıq Sadıqov deyir: “Agentlik fəaliyyətə başladığı ilk gündən öz işini Azərbaycan Respublikası Prezidentinin dəyərli tövsiyə və göstərişlərinə əsaslanaraq təşkil edib”.
Cənab Sadıqov ! Prezident sizə tövsiyyə etmişdi ki, milyonları mənimsəyin, güzəştli ev almaq istəyən insanlar kirayədə çürüsünlər ?
Cənab Sadıqov, deyirsən ki, fəaliyyəti dövründə MİDA tərəfindən müxtəlif sosial və ekoloji aksiyalar da təşkil olunub. Bu tədbirlər çərçivəsində dövlətin sosial siyasətinə dəstək məqsədilə XEYRİYYƏ FOND-larına ianələr edilib, şəhid ailələri, müharibə VETERANları, aztəminatlı ailələrə yardımlar paylanılıb. Sən yüzlərlə vətəndaşın pullarını mənimsəyib müharibə veteranına yardım edirsən ?
Hansı Fonda xeyriyyə yardımı etmisən ?
Xeyriyyəçilik budurmu ?
MİDA-ya şikayətə gələn vətəndaşlarI Fərhad Təhməzov və Sadiq Sadıqov qəbul edərək , deyir: “Tikintiyə heç bir məsuliyyət daşımırıq”.
Necə məsuliyyət daşımırsınız, ay maxinatorlar ?
Dövlət sifarişi olan binalar yarımçı qalıb, təmir yox, bəs onda vətəndaşlardan yığılan milyonlar kim(lər)in cibindədir?
Cənab Sadıq Sadıqov, Fərhad Təhməzov !
Prezidentin sizə göstərdiyi etimadı belə doğruldursunuz ?
Yəqin ki, ölkə başçısı baş verənlərdən xəbər tutan kimi DƏMİR YUMRUĞUNU sizin başınıza endirəcək.
MİDA və Elçin Ələkbərovla bağlı 3-cü yazıda daha ilginc məsələlərə toxunacağıq.
Bizi izləyin.
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 2024 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 2024 20:32
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06