Tetçer Andropovun dəfnində niyə ağlayıb? - “Dəmir ledi”nin SİRRİ
Maqazin12 noyabr 2021 22:51
"Dəmir ledi”nin 1984-cü ildə Yuri Andropovun dəfnində iştirakı heç də gözlənilən hadisə deyildi. O, Leonid Brejnevin dəfn mərasimində yox idi, həmin mərasimdə Britaniyanı xarici işlər naziri Frensis Pim təmsil edirdi.
Britaniya Baş nazirinin Brejnevin dəfnində yoxluğunun səbəbi SSRİ-nin siyasəti, xüsusən də sovet qoşunlarının Əfqanıstana yeridilməsi ilə qəti şəkildə razılaşmaması ilə bağlı idi.
Ancaq xanım Tetçer uzun illər Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etmiş və ölkəyə rəhbərlik etdiyi qısa müddət ərzində özünün kapitalist Qərbə qarşı ardıcıl mübariz olduğunu bəyan edən Andropovun dəfn mərasimində iştirak edib, hətta göz yaşları da axıdıb.
Tabut üstündə hüzn normal bir şeydir, amma bildiyimiz kimi böyük siyasətdə istənilən personanın hər addımı mikroskop altında izlənilir. Buna görə də heç kim heç nəyi elə-belə etmir.
"Dəmir ledi”nin özü də SSRİ-yə Andropovun dəfn mərasiminə gəldiyini xatırlayarkən qeyd edib ki, baş katibin dəfnində dini komponentlərin tamamilə olmaması onu heyrətə gətirib. O, həmçinin, havanın nə qədər soyuq olduğunu da xatırlayıb (qeyd edək ki, Yuri Andropov fevralın 9-da vəfat edib, fevralın 14-də saat 12-də Qızıl meydanda Kreml divarları yanındakı nekropolda dəfn olunub-S.Həmid). SSRİ-nin Böyük Britaniyadakı o vaxtkı səfiri L.Zamyatinin sözlərinə görə, 1984-cü ilin dekabrında Londonda Qorbaçovla keçirilən görüşdə M.Tetçer Moskva səfərini xatırlayaraq deyib: "Məni necə qoruduqları yadımdadır. Şaxta idi, mən isə nazik corabda və yüngül kostyumda idim”.
Aydındır ki, Tetçer soyuqdan donub qalmışdı. O, Andropovun tabutunun üstündə göz yaşları tökürdü ki, bu da onun çox az tanıdığı bir insana səmimi rəğbətinə görə deyildi.
Onun Moskvada peyda olmasının səbəbi daha praqmatik idi. Xanım baş nazir görkəmli siyasətçiyə yaraşan bir şəkildə başa düşürdü ki, SSRİ-də ciddi dəyişikliklər dövrü yetişir. Və o, onilliklər ərzində Qərbin ən güclü geopolitik rəqibi olan ölkədə situasiyanın necə olduğunu öz gözləri ilə görməli idi.
O, Andropovun varisi olacaq Çernenkonu görür və analitiklərin bu şəxsin də müvəqqəti fiqur olduğuna dair proqnozlarının doğruluğuna əmin olur. Memuarlarında yazdığı kimi, soyuq olduğu üçün ona ayaqqabılarını xəz çəkmələrlə dəyişməyi məsləhət görürlər və o bunu edir. Xanım Tetçer daha sonra yazır: "Cənab Çernenkoya baxdıqdan sonra başa düşdüm ki, tezliklə mənə yenidən qış çəkmələri lazım olacaq”.
O, həmin vaxt Sov.İKP MK-nın ikinci katibi, SSRİ Ali Sovetinin Xarici Əlaqələr Komitəsinin sədri olan Mixail Qorbaçovu da görür.
Oksford Universitetinin professoru, britaniyalı politoloq Braun Arçi öz xatirələrində yazır ki, Qorbaçov fiquru Marqaret Tetçeri hələ Andropovun sağlığında maraqlandırırdı. Və onun baş katibin dəfn mərasimi zamanı Moskvada peyda olmasının səbəbi Mixail Sergeyeviçlə şəxsən tanış olmaq idi.//Teleqraf.com
Oxşar xəbərlər
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Ürəyinizi qorumaq üçün 25 qayda...
24 mart 2024 06:59
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- Bunu qatığa 1 qaşıq əlavə etsəniz, sonsuz faydalarını görərsiniz- Sağlamlıq sirri
23 mart 2024 20:40
- Azərbaycanlı ictimai fəalı Türkiyədə kim döy(dür)üb?-Zərəçəkən bəzi məmurlardan şübhələnir-Video
22 mart 2024 20:55
- 7 uşaq atası olan bələdiyyə sədrindən işçisinə qarşı İYRƏNC ƏMƏL - VİDEO
22 mart 2024 18:32
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya