FHN-in xanım əməkdaşı Türkiyədən SIĞINACAQ istəyir
Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin Dib Dərinləşdirmə İşləri İdarəsində kadr üzrə mütəxəssis vəzifəsində çalışan İlahə Mirəsgər qızı Ağalarova işlədiyi idarədə baş verən külli miqdarda yeyinti faktları, ciddi maliyyə pozuntuları ilə bağlı bu ilin avqust-sentyabr aylarında məlumat verdikdən sonra rəhbərlik tərəfindən diskriminasiyaya məruz qaldığını bildirir.
Bu haqda o, “Hürriyyət” qəzetinə ünvanladığı müraciətdə qeyd edib. İlahə Ağalarovanın sözlərinə görə, çalışdığı idarədə hökm sürən neqativ hallarla bağlı ölkə başçısına müraciət etdikdən sonra ona nə məzuniyyət verilir, nə də əmək haqqı ödənilir: “Bu barədə “Hürriyyət” qəzetində məqalə işıq üzü gördü, 3 sentyabr 2021-ci il tarixdə Hurriyyet Tv-də canlı yayıma çıxdım və Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin Dib Dərinləşdirmə İşləri İdarəsində yaşanan neqativ hallarla bağlı rəsmi sənədlərlə ölkə başçısına müraciət etdim. Çox ümid edirdim ki, həmin müraciətdən sonra müvafiq qurumlar tərəfindən qeyd etdiyim yeyinti faktlarına, maliyyə pozuntularına ciddi şəkildə reaksiya veriləcək və məsələ araşdırıldıqdan sonra neqavit hallara yol vermiş şəxslər öz cəzasını alacaq. Lakin müraciətimdən 3 aydan artıq vaxt keçməsinə baxmayaraq, hələ də araşdırılma olmadığından idarədə mənim vəziyyətim çox kritik hala salınıb. Mən bütün dediklərimin məsuliyyətini daşıyan ali savadlı xanımam, işimə vicdanla, dürüst yanaşan əməkdaşam. Bununla yanaşı, mən himayəsində 4 azyaşlı körpəsi olan anayam. Uşaqlar məktəbə gedərkən məzuniyyət istədim vermədilər. İndinin özündə də müəyyən çətinliklərlə qarşılaşıram. Belə ki, məzuniyyət hüququm olduğu halda, məzuniyyətlə bağlı müraciətlərimə baxılmır, çox qərəzli yanaşılır”. Noyabrın 2-də Əmək Məcəlləsinin 110, 112, 113, 117 , 131 və 133-cü maddələrinin tələbləri ilə bağlı Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin rəisi Fuad Bağırova müraciət etdiyini deyən şikayətçi konstitusion hüquqlarının tapdalandığını qeyd edib: “Müraciətimdə Fuad Bağırovdan xahiş etdim ki, mənə 15 günlük əmək məzuniyyətinə çıxmağa icazə versinlər. Qeyd edim ki, xidməti müraciətim Dib Dərinləşdirmə İşləri İdarəsinin rəisi Fuad İsmayılzadə tərəfindən geri qaytarıldı. Yəni, əməkdaş olaraq mənim xidmət rəisinə müraciət etmək səlahiyyətim də alınıb. Noyabrın 2-si axşam saatlarında əmək haqqlar köçüb və məndən başqa idarənin hər bir əməkdaşı əmək haqqı alıb. Onu da nəzərinizə çatdırım ki, artıq bir ildir bizdə istehsalat fəaliyyətində müəyyən çatışmazlıq, gəlir hissəsinin kəskin azalması və s. bəhanələr gətirilməklə Əmək Məcəlləsinin 169-cu maddəsi tətbiq edilərək əmək haqqlarımız 67 faizə endirilib. Buna etiraz edən 22 nəfər əməkdaş isə işdən uzaqlaşdırılıb. Mən isə işimdə nöqsan tapılmadığından, nazirliyin əmri ilə çalışdığım üçün hələ də bu qurumda işləyirəm. Aidiyyatı orqanlar ciddi maliyyə pozuntuları haqda müraciətlərimə baxmadığından bu şəxslər idarədə 67 faizi, yəni Əmək Məcəlləsinin 169-cu maddəsini ancaq mənə şamil edirlər. Çünki mən baş verən qanun pozuntularına etiraz etmişəm”. Əməkhaqqı ala bilməməsi, daha doğrusu ayrı-seçkiliyə məruz qaldığı üçün əmək haqqı verilməməsi ilə bağlı Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin maliyyə şöbəsi ilə əlaqə saxladığını deyən İlahə Ağalarova bildirdi ki, əgər ona qarşı diskriminasiyaya son verilməsə, Türkiyədən sığınacaq almaq məcburiyyətində qalacaq: “Xidmətin maliyyə şöbəsindən Gülnarə xanım bildirdi ki, yalnız işləyən gəmilər maaş alır. Bu isə doğru deyil. Digər şöbələrlə əlaqə saxladıqda məlum oldu ki, məndən başqa hamı maaş alıb. Belə çıxır ki, Dib Dərinləşdirmə İşləri İdarəsində əmək haqqı almayan yeganə əməkdaş mənəm. Qeyd edim ki, bunu aidiyyatı qurumların səhlənkarlığının nəticəsi kimi qəbul edirəm. Əgər müvafiq qurumlar qeyd etdiyim qanun pozuntuları ilə bağlı lazımı araşdırma aparsaydılar, müraciətimə reaksiya versəydilər, onda bu gün Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin və Dib Dərinləşdirmə İşləri İdarəsinin yetkili şəxsləri tərəfindən ayrı-seçkiliyə məruz qalmazdım. Onu da deyim ki, əgər proses bu cür davam edərsə, yəni mənə qarşı diskriminasiyaya son verilməsə, onda qonşu və qardaş Türkiyədən sığınacaq almaq məcburiyyətində qalacağam”.
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- Leyla Bədirbəylinin Amerikada yaşayan nəvəsi
23 mart 2024 19:51
- Terror aktında şübhəli bilinənlərdən biri saxlanıldı - KİV
23 mart 2024 00:01
- Mayda ƏFV olacaq ..?
22 mart 2024 19:41
- İcra başçısı xanım müavinini işdən çıxarıb - NİYƏSİ bilnmir...
22 mart 2024 19:13
- 7 uşaq atası olan bələdiyyə sədrindən işçisinə qarşı İYRƏNC ƏMƏL - VİDEO
22 mart 2024 18:32
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05